Seysmoloji mərkəzdə də "yeyirlər"
Seysmoloji mərkəzdə də "yeyirlər"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da sifarişçi olduğu iki satınalmaya yekun vurub.

Teref.az Qlobal-a istinadən xəbər verir ki, bu satınalmaların ümumi məbləği 57.525 manat təşkil edib.

Mərkəzin 2022-ci ilin noyabr ayının 30-da smetası 47.725 manat olan "Abadlıq işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada "FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"FLONDEX" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. "FLONDEX" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Binəqədi rayonu, 7 mkr, ev 11 B, mənzil 0 ünvanıdır. Bu MMC-nin qanuni təmsilçisi Fətullayev Romal Şakir oğludur.

Mərkəzdə abadlıq işləri aparacaq "FLONDEX" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, işçilərinin sayı, əlaqə ünvanları barədə açıq internet resurslarında məlumat yoxdur.

Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu daha bir satınalma "Proqram və proqram təminatlarının satınalınması" lotu üzrə keçirilib. Bu satınalmanın məbləği 9800 manat, qalibi isə "KASTELLUM CORPORATED" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "KASTELLUM CORPORATED" MMC Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC ilə eyni tarixdə - 2022-ci ilin may ayının 5-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hüququ ünvanı Seysmoloji Xidmətin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "FLONDEX" MMC-nin hüquqi ünvanı kimi qeyri-dəqiqdir - SABUNÇU RAYONU, E.SARATOV, ev 67, m. 0.

İlginc məqamlardan biri isə Seysmoloji Xidmət Mərkəzinə proqram təminatı xidməti göstərəcək "KASTELLUM CORPORATED" MMC-nin özünün web ünvanının olmamasıdır. Eyni zamanda bu şirkətin də fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumat verilmir.

Fəaliyyət profilləri barədə məlumat olmayan, eyni tarixdə yaradılan, hüquqi ünvanları naməlum olan MMC-lərin Seysmoloji Xidmət Mərkəzi 2022-ci ilin noyabr ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.

Qlobal.az məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən mövqe öyrənib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1686671009_2.jpg
SXM-nin açıqlamasında deyilir: "2022 – ci ilin noyabr ayının 30 da abadlıq işləri üzrə kotirovka sorğusunda aşağıdakı iştirakçılar olublar: 1 "Qlobal Finans” MMC, "FLONDEX” MMC və "Menecment” MMC 2. Proqram təminatı üzrə kotirovka sorğusunda isə "KASTELLUM CORPORATED” MMC, "Menecment Expert-85” MMC və "İNTER CORPORATED” MMC olubdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron portalında müvafiq ödəniş etdikdən sonra istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar iştirak etmək hüququ əldə etmiş olurlar. Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununun 27.5-ci maddəsinə uyğun olaraq qalib subyekt aşağı qiymət verən və meyarlara uyğun gələn seçilir. Bu baxımdan abadlıq işləri üzrə satınalmalarda aşağı qiymətlə çıxış edən "FLONDEX” MMC qalib seçilmişdir. Proqram təminatı üzrə isə "KASTELLUM CORPORATED” MMC qalib seçilmişdir. Tərtib edilmiş protokollar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yoxlamadan keçib qeydə alınmışdır. Göstərilənlərə əlavə etmək istəyirik ki, qalib MMC bank zəmanəti verdikdən və işi gördükdən sonra ödəniş əldə edir.Ötən illərdə 2020, 2021, 2022-ci ildə yerinə yetirilməyən işlərə görə ayrılmış vəsaitlər büdcəyə qaytarılmışdır".

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir.

Cahandar Laçınlı
Twitter Facebook
 
 
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti