Qlobal mədəniyyətin formalaşması,mədəniyyətlərin transformasiyalar nəticəsində xarici amillərin təsirinə məruz qalması,ölkəmiz qarşısında da yeni-yeni öhdəliklər yaradır.Bu mənada mədəniyyətimizin,tarixi abidələrimizin,qədim musiqi alətlərimizin,milli mətbəximizin- Azərbaycana məxsusluğunun qorunub saxlanmasında məsuliyyət Mədəniyyət Nazirliyinin,onun yerli şöbələrinin üzərinə düşür. Bu anlamda savadlı kadrlarla işlənilməyəndə əlavə problemlər ortaya çıxır. Nədən? Çünki işi, iş bilənə tapşırmadıqda,savadlı mədəniyyət işçiləri kənarda qaldıqda rayonlarda mədəniyyət abidələrimizin qorunub saxlanmasına biganəlik artır.O da faktdır ki,zamanla rayonlarda mədəniyyət şöbələrinə mühasib,zootexnik,hətta baytar ixtisaslı şəxslərin rəhbərlik etməsi səbəbindən tarixi abidələr istənilən şəkildə qorunmayıb bərpa və restavrasiya işlərindən kənarda saxlanılıb.Rəhbər şəxsləri mədəni abidələrin qorunması,abidələrə yanaşmada insanların maarifləndirilməsi deyil, pul qazanmaq maraqlandırıb.
Maliyyə yoxlamalarının nəticələri barədə məlumatlar açıqlananda ictimaiyyət bilib ki,bu idarələrdə artıq ödəmə, təyinatdan yayındırma,nəzərdə tutulan yanacaq pulunun mənimsənilməsi,lazımsız ştatların saxlanması kimi bir çox maliyyə pozuntularına yol verilib.Bir sözlə dövlət vəsaitinin mənimsənilməsində xüsusi istedada malik olublar.Eləcə də mədəniyyət şöbə müdiri olub ki,nazirinin adındakı axrıncı hərfin "Z" yoxsa "S" olduğunu bilməyib,hər ay katibəsindən soruşmaq məcburiyyətində qalıb.
Deməli,sabiq Mədəniyyət nazirləri tərəfindən rayonlarda işlədilən belə şöbə müdirləri bölgələrdə yüksək mədəni xidmətin həyata keçirilməsində,poeziya günlərinin təşkilində maraqlı ola bilməzdilər,o cümlədən də yaşı əsrlərlə ölçülən abidələrin bərpasına yanaşma tərzləri istənilən şəkildə ola bilməzdi.Musiqi alətlərini tanımadan bu sahəyə rəhbərlik edənlərdə vardı,tarixi abidələrin yerləşdiyi yerlərin kommersiya strukturu kimi istifadəsinə razılıq verənlər də tapılırdı.Daha onlardan soruşan yox idi ki,musiqi mədəniyyəti tarixindən anlayışları varmı,musiqi alətlərini tanıyırlarmı,musiqi alətləri neçə qrupa bölünür,zərb alətlərinə hansı musiqi alətləri aiddir vəs.
Qaldı saytların bu günlərdə Gəncə Dövlət Filarmoniyası və oranın direktoru Rəşad Yusifov barəsində yazdıqlarına, aidiyyatı şəxslər burada da qeyri adi heç nə axtarmazlar. Çünkü indiyə kimi bir çoxları musiqi alətlərini tanımadan şöbə müdiri işləyiblərsə, indi "not" bilməmək nədən təəccüb doğursun ki,düşünməzlərmi?
Yəni Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun "not" nədir bilmədiyi halda, 200 nəfərə yaxın ali və orta ixtisaslı musiqi təhsilli müəllimlərə rəhbərlik etməsini qanun pozuntusudur, kimi demək,yazmaq hardasa Azərbaycan cəmiyyətində,Mədəniyyət Nazirliyində də təəccüb doğurmaz.
Və üstəlik Azərbaycan qanunlarına söyürlər…. Bir neçə gün öncə eşşək ətini dağ keçisi adı ilə Bakıda baha qiymətə restoranlara satan dəstə həbs olundu. Ondan əvvəl “Leş tofiq”in, “Eşşək Tahir”in dəstəsi həbs ounmuşdu və bir müddət sonra azadlığa buraxıldılar. Yəni Azərbaycanda uzun illərdir ki, LEŞ MAFİYASI deyilən cinayətkar şəbəkə fəaliyyət göstərir. Təsəvvür edirsiniz bu LEŞ MAFİYASI ölmüş, xəstə heyvan cəmdəklərini gətirib Bakıda ucuz qiymətə dönərxanalara satırlar. Bu az qala millətə qarşı genosiddir. Çünki bu xəstə, ölmüş heyvan cəmdəklərindən hazırlanan qidaları yeyən insanlar gec-tez xəstəlik tapmalıdır. Maraqlıdır ki, bu dəstələr rayonlarda, kəndlərdə məskən salıblar. Guya onların fəaliyyətindən kəndin bələdiyyə sədrinin, kəndin icra nümayəndəsinin, kəndin polis müvəkkilinin, kəndin axundunun və s xəbəri yoxdur..? Əlbəttə, hamısının da xəbəri var. Amma tədbir görən yoxdur. Bu leş mafiyası öz “leş ət”lərini konkret restoranlara, kafelərə, dönərxanalara verirlər. Guya bu obyektlərin adı hüquq-mühafizə orqanlarına bəlli deyil. Əlbəttə, hamısının adını əzbər bilirlər. Bu “leş mafiyası” nə dərəcədə cinayətkardırsa, onlardan “leş” alan obyektlərin sahibləri də o dərəcədə cinayətə şərikdirlər. Çünki onlar da gözəl bilirlər ki, bu ətlər xəstə, ölmüş heyvanların ətidir. Amma ucuz alıb baha satırlar, milyonlar qazanırlar. Ortada millət məhv olur. Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, belə şəbəkələrdən biri də uzun illərdir Azərbaycanda fəaliyyət göstərən “Böyük Fırat” restoranlar şəbəkəsidir. Bu şəbəkənin tərkibində olan “Büyük Fırat Lahmacun” dönərxanalarından edilən şikayətlər mediada kifayət qədər yayılıb. Ona görə də cəmiyyət üzvləri media üzərindən dəfələrlə müraciət ediblər ki, “Büyük Fırat” restoranlar şəbəkəsinin mətbəxində ciddi monitorinqlər aparılsın. Həm də nəzərə almalıyıq ki, ötən əsrin 90-cı illərindən sonra “Böyük Fırat”ın şəbəkəsi Azərbaycanda geniş yayılıb. Ancaq çox təəssüf ki, türk qardaşlarımızın Azərbaycanda açdığı obyektlərin ( istər məktəb, istər restoran, istər bank və s) sonra arxasından şübhəli isimlər çıxır. Məsələn son illər bu obyektlərin çoxunun adı Türkiyə düşməni Fətullah Gülənin adı ilə əlaqələndirilir. Yəni bunların bines marağı ilə yanaşı siyasi maraqları da var. Biz ölkəmizdə geniş yayılan “Büyük Fırat”ın üzərinə kölgə salmaq fikrindən uzağıq. Amma.. Amması odur ki, Azərbaycanın qida sektorunda, ictimai-iaşə sahəsində “Büyük Fırat”ın öz xüsusi çəkisi olsa da ona ciddi nəzarət yoxdur. Restoran, dönərxanalar kimi geniş şəbəkəyə sahib olan “Büyük Fırat” ölkəmizdə qida sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb ? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) niyə “Büyük Fırat”a himayədarlıq edir, niyə mətbəxlərində aşkar şəkildə monitorinq aparmır..? Yaxşı Vergilər Dövlət Xidməti bu boyda şəbəkənin vergisi ilə bağlı niyə cəmiyyətə dürüst məlumat vermir..? Mediada yayılan məlumatlardan bəlli olur ki, “Böyük Fırat” həm də müxtəlif dini sektaların görüş yeridir. Bütün bunlar azmış kimi, “Böyük Fırat” işçilərini əmək müqaviləsi olmadan 10 saat işlədir. Bəs görəsən o boyda Əmək Müfəttişliyi hara baxır..? Təsəvvür edirsiniz, 11 il “Böyük Fırat”da çalışan Azərbaycan vətəndaşı əmək kitabçasını ala bilmir. Restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyük Fıratın bacısı oğlu Emin Kəklik Azərbaycan vətəndaşlarının hüquqlarını pozur. Azərbaycan vətəndaşı ölkə qanunlarından danışanda qanunlarımızı söyürlər. Hətta deyirlər ki, bizimkilər sizinkilərlə əllə görüşür, heç kim bizə toxuna bilməz... Bizə elə gəlir ki, bura sözün bitdiyi yerdir...Qoy dövlətin müvafiq qurumları nəticə çıxartsın.. Ardı var.. gundelik baki.com
DİA.AZ: - Astara rayonu Ərçivan kənd sakini Əlimə Rəhimova hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlunun həyatından narahat olduğunu bildirib. DİA.AZ-ın məlumatına görə, o açıqlamasında övladına işgəncənin verildiyini iddia edib.
Narazı vətəndaş bildirir: "Oğlum Ələmdar Novruz oğlu Rəhimov 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Oğlumla məhkum yoldaşı arasında mübahisə olub və buna görə də həbsxana rəhbərliyi oğlumu vəhşicəsinə döyərək, ona xəsarətlər yetiriblər.
Oğlumun ağır vəziyyətdə olmasına baxmayaraq, onu aprel ayının 7-dən 20-nə kimi karserdə saxlayıblar, heç bir tibbi yardım göstərməyiblər".
DİA.AZ bildirir ki, narazı vətəndaş mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edib:
"Mən Prezidentdən, Birinci viste-prezidentdən, ombudsmandan xahiş edirəm ki, oğluma qarşı bu vandalizmi törədənləri cəzalandırsınlar".
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ: - Keçən günlərdə barəsində müxtəlif iddialar səslənən və kifayət qədər SİRLİ MƏMUR təsiri bağışlayan Bakı şəhər İcra Hakimiyyətində Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətovla bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik.
Qeyd edək ki, bu yazımızın ardından müxtəlif mənbələrdən olduqca ilginc məlumatlar əldə etmişik. Aydın olur ki, əslində "köhnə komanda"nın İŞDÜZƏLDƏNİ kimi tanınan Mübariz Əlmədətov hüquq-mühafizə orqanlarının da hədəfindədir.
Mötəbər mənbə iddia edir: "Ola bilsin ki, yaxın günlərdə inunla bağlı konkret addım atılsın... Çünki adam çox irəçli gedib..."
Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq... İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
ŞOK: Bu cinayət əməlinin başında duran Azəddin Cəlilov deyir ki, buna görə 150 min vermişəm... Qısa məlumat üçün qeyd edək ki, 10 may 2023-cü il tarixdə APA-nın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla yaydığı məlumatdan bəlli olur ki, 2023-cü il may ayının 1-də saat 04:25 radələrində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü, Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini, 1983-cü il təvəllüdlü, Əsgərov Emin Xubeş oğlu saxlanılıb. Avtomobilə baxış keçirilən zaman, ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu təxminən 3 ay öncə APA-nın yaydığı rəsmi məlumatdır. Biz bir media olaraq bu tip məlumatlara çox həssas yanaşırıq və anındaca konkret mövqe bildiririk. Çünki bu gün az qala bütün dünya AĞ ÖLÜM deyilən bu fəlakətlə mübarizə aparır. Və yuxarıdakı rəsmi məlumatdan aydın olur ki, söhbət 31,5 kiloqram natkotikdən gedir. Yəni hansısa uşaq-muşaqdan, həvəskar dəstədən deyil, təcrübəli narkotacirlərdən söhbət gedir. Bütün bunlara görə apardığımız araşdırma nəticəsində bəlli oldu ki, narkotik maddənin daşınmasında istifadə olunan 99-KU-990 dövlət nömrə nişanlı KİA markalı avtomobilin sahibi Naxçıvanın, Şərur rayonundan olan Cəlilov Azəddin Əbülfəz oğludur. Onun hazırda yaşadığı ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev32, giriş 2A, mənzil 30. Həm də maraqlı odur ki, bu cinayət əməlində istifadə olunan, nakotikin daşındığı avtomobilin kimə məxsus olması barədə mediada, rəsmi xəbərlərdə bircə cümlə də yoxdur. Görünür, maraqlı qüvvələr bu cinayət əməlini sonadək araşdırmaq istəməyib. Təsəvvür edirsiniz bu boyda cinayət əməlinin üstündən 3 ay keçib, amma heç kim soruşmayıb ki, bu avtomobil kimə məxsusdur..? Bu avtomobilin sahibi kimdir, nəçidir..? Bu hələ harasıdır..? Bizim araşdırmamız zamanı bəlli oldu ki, istintaq başa çatmamış həmin avtomobil öz sahibinə, yəni Azəddin Cəlilova qaytarılıb. Təsəvvür edirsiniz, istintaq prosesində əşyayi-dəlil kimi hətta adi bir bıçaq da kənara qoyula bilməz, amma DSX-nin istintaqçıları 31,5 kiloqram narkotikin daşındığı avtomobili RAHATCA öz sahibinə qaytarıblar. Doğrudanmı, RAHATCA..? Bəlkə...? Gəlin görək, bu barədə avtomobilin sahibi, el arasında Azad deyilən, Cəlilov Azəddin Əbülfəz oğlu yaxınlarına nə deyir: May ayından bugünədək qazandıqlarımın hamısı əlimdən çıxdı... Maraqlıdır, hadisə may ayında baş verib və o gündən bu günədək Azəddinin yığdıqları əlindən çıxıb... Bu məqamda Azəddindən soruşan lazımdır ki, kimlərə nə qədər vermisən ki, canını cəzadan qurtara bilmisən...? Sonrakı araşdrımamız zamanı bəlli oldu ki, Azəddinin özünü, avtomobilini XİLAS etməsi bir yana, indi də cinayət ortağı, hazırda həbsdə olan Emin Xubeş oğlu Əsgərovu azadlığa çıxartmaq istəyir. Təsəvvür edirsiniz nələr baş verir...? Bəli, Emin Xubeş oğlu Əsgərov ultimatium göndərib ki, əgər 4 aylıq həbs qəti imkan tədbiri başa çatarkən məni azad etməsəniz, açacam sandığı, tökəcəm pambığı, əsl cinayətkarın adını açıb məhkəmədə deyəcəm... Və Azəddin Emin Əsgərovun həbsdən azad olunması üçün bütün gücünü, pulunu-varını ortaya qoyaraq, yükək vəzifədə çalışan dostlarını səfərbər edib. Və... Və qısa müddət əvvəl redaksiyamıza daxil olan məlumata görə, yaxın saatlarda Emin Əsgərovun cinayət əməlinə xitam veriləcək və o azadlığa buraxılacaq. Və 31,5 kiloqram narkotikin guya başqa bir şəxsə məxsus olması versiyası ortaya atılacaq. Budur, Emin Xubeş oğlu Əsgərovun 31.5 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan sərhədlərini pozaraq, ölkəmizə gətirməsi, gətirərkən həbs zamanı hadisə yerindən qaçması, əsgərlərimiz tərəfindən tutularaq həbs olunması yalan çıxdı. İşə xitam, Emin Xubeş oğlu Əsgərova isə daha çoxlu şey-şüy gətirmək nəsib oldu. Görəsən, bu dövlətin hüquq-mühafizə orqanları, məhkəməsi, prokuroru hara baxır..? Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev isə arın-arxayın öz işindədir.
"Bu tam da şikayət postu deyil. Məlumat üçün deyim. "Coca cola" şirkətinin keçirdiyi kampaniyada - gümüşü qapağın altındakı kodu 7676-a sms ilə göndərməklə keçirilən lotereyanın 10-cu həftəsinin cavabları çıxıb və sayta yüklənib... DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Famil Laçınski adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Diqqətimi bir şey çəkdi, sonu 593 olan mobil nömrə sahibi 600+ hədiyyədən 45-ini qazanıb.
Qazandığı ən bahalı hədiyyə 2 ədəd iPhone 14 pro mobil telefon, 14 pro airpods və digər hədiyyələr qulaqlıq, səs gücləndirici və s. Bu qədər təsadüf olar, ya "Coca cola" şirkəti karusel çevirir???"
Məsələ ilə bağlı TEREF.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırmalarına görə, son zamanlarda regional təhsil idarələri içində, Lənkəran-Astara “Regionalı” xüsusilə fərqlənir. Belə ki, bu ilin əvvəlindən bəri, bölgə təhsili ilə bağlı ortaya çıxan bir çox dramatik pozuntular, diqqəti cəlb edir.
Doğrudur, bir çox hallarda LARTİ rəsmi açıqlama veribdir, lakin açıqlamaların məzmunu eynidir: “Araşdırma aparılmış, bəhs olunan qanun pozuntusuna rastlanmamışdır”.
(Məsələn, Astara təhsilində gündəmə gələn 2 ekstraordinal hadisə barədə bu ilin yanvar ayındakını rəsmi açıqlamanı təqdim edirik: https://www.mektebgushesi.az/2023/01/26/l%C9%99nk%C9%99ran-astara-regional-t%C9%99hsil-idar%C9%99sind%C9%99n-yoxlamalarla-bagli-aciqlama/ )
Yəqin ki, bu şablon və bəsit taktika, bundan sonra üçün də keçərli olacaq: hər dəfə hansısa məktəbdə ya da təhsil idarəsinin birbaşa özündə, problemlər gündəmə gələcək və LARTİ açıqlama verərək ki, “Araşdırma aparılmış, iddia təsdiqini tapmamışdır” deyəcək və beləcə, kimlərsə də buna inanacaq.
Lakin, cənab müdir Elxan Nəcəfov unudur ki, bu taktika ilə, medianı və QHT-ləri aldatmaq mümkün deyil. Əksinə, “zibillər”, “xalının altına süpürüldükcə” vəziyyət daha da qəlizləşir.
Yəqin ki, az-çox savadı olan Elxan bəy bunu bilməmiş deyil; deməli, məqsəd, sadəcə olaraq, vaxt udmaq, hansısa başqa işlərə köklənməkdir. Həmin işlər də, hər halda, “təhsildənkənar” işlərdir.
Elə tanınmış təhsil eksperti Kamran Əsədov da bu fikirdədir. O, düşünür ki, Elxan Nəcəfovun ən ali məqsədi, təhsili inkişaf etdirmək yox, “haqq toplamaqdır.
Gəlin onu dinləyək:
“Regional Təhsil İdarələri yaradılanda, böyük ümidlər var idi. Amma elə ilk vəzifə təyinatları göstərdi ki, heç də məqsəd, təhsilin inkişafı deyil, yeyintidir.
Deməli, Elm və Təhsil nazirliyinin xeyir-duası, dəstəyi ilə, Regional Təhsil İdarələri, orta məktəblərə yoxlamalar yollayır. Amma burada məqsəd, qudurğanlıq edənlərin cəzalandırılması deyil, onlardan haqq almaq, nazirlik üçün yığılanlardan özünə pay qoparmaqdır.”
Araşdırmaçı-ekspert, fikrini əsaslandırmaq üçün, cəmiyyətin bilmədiyi konkret bir fakt açıqlayıb: “Misal üçün, 2023-cü ilin əvvəlində Lənkəran-Astara Regional Təhsil İdarəsinin yoxlama heyəti, Yardımlı rayon Alar kəndində yerləşən orta məktəbdə yoxlama aparıb.
Yoxlama zamanı, ortaya, ciddi qanun pozuntuları çıxıb. Məsələn:
Dövlətin, məktəbin istilik sistemi üçün ayırdığı vəsait, mənimsənilib.
Vakant müəllim yerləri gizlədilib.
Fakultativ məşğələlər yazılıb, amma keçirilmir.
Dövlətin, məktəbin təmizlənməsi üçün ayırdığı materiallar mənimsənilib.
Biologiya müəllimi vəfat edib, lakin oun dərs saatı, diaqnostik balı olmayan direktora yazılıb.”
K. Əsədov fikrinin davamında qeyd edir: “Kifayət qədər belə ciddi qanun pozuntuları var. Bunlar, hələ bir məktəbdə olanlardır. Digər bir çox məktəblərdə də analoji vəziyyət hökm sürür…”
_________
Qeyd edək ki, Lənkəran-Astara Regional təhsil idarəsi rəhbəri Elxan Nəcəfovla bağlı, ekspertin söylədikləri, ilk maxinasiya faktları deyil. Son bir neçə ayda, dəfələrlə bu cür yaramaz halların, maxinasiyaların üstü açılıbdır.
Cənab müdir bir şeyi unudur ki, sosial və elektron mediada bütün bunlar gündəmə gəldikcə, onun olmayan reytinqi daha da aşağı düşür və limiti tükənir.
Yeri gəlmişkən, Regional rəhbərlərin əməlləri barədə hüquqi prosedurlar, artıq başlayıb! Bəli, Quba-Xaçmaz təhsil idarəsinin rəisi barədə cinayət işinin açılması, həm də o deməkdir ki, Elxan Nəcəfova verilən şans da sona çatmaqdadır! O, tezliklə, etdiyi əməllərin hesabını verməli olacaq!
“Təhsil Araşdırmalar Mərkəzi”nin hazırladığı sujeti təqdim edirik: Teref.az
Lerikin deputatı İqbal Məmmədov Piran kəndindən keçən çayı sözün əsl mənasında qan gölünə döndərib. 10 ildir işlətdiyi broyler çayı yarasız edib, çaydan su əvəzinə qan gedir.