Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə(QSC) Rövşən Rüstəmovun sədr təyin edilməsindən gözləntilər vardı.
Qurumdan işdən çıxardılan onlarla şəxs hesab edirdi ki,yeni sədr islahatlar aparacaq,haqq və hüququ pozulmuş şəxslərin qanunla müəyyən edilmiş mənafeyi qorunacaq, "ADY" QSC-nin İnfrastruktur Departamentində "təmizləmə" aparılacaq. Amma heç nə baş vermədi,gözləntilər reallaşmadı.
Faktinfo.az xəbər verir ki,bir müddət əvvəl fesbuk sosial şəbəkəsində yer alan və bəzi səhifələrdə paylaşılan məlumatları nəzərə alıb, "Azərbaycan Dəmir Yolları"nın rəhbərliyi İnfrastruktur Departamentinin son 5 ili əhatə edən fəaliyyətinə nəzər salmaq,daxili auditin xətti ilə təftiş etdirmək qərarına gəlib.
Qeyd edək ki,fesbuk sosial şəbəkəsində paylaşılan məlumatlara görə,"ADY" QSC-nin İnfrastruktur Departamentinin bir sıra yol sahələrində müəyyən "sənədləşmə işi" aparılmaqla vaqonlar,reyslər,"podklatkalar",metaldan olan körpü keçidləri,dəmir borular metallom kimi satılıb. Min tonlarla metalın satışından,qurumun hesabına qəpik-quruş daxil edilib.Eləcə də minlərlə istismar edilmiş taxta şpallar saxta sənədləşmə üzərindən satılıb,sravi işçilərə qarşı əmək məcəlləsinin tələbləri pozulub,bir çox şəxslər əsassız yerdən işdən çıxarılıb,başqaları ilə əvəzlənib vəs.

Faktinfo.az
Ardını oxu...
Stres orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beynin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, Bu hal baş verdikdə ölkənin pisxoloqları mütləq hansısa sakit məkanda istrahət etməyi məsləhət görür bunun üçündə restoran və istirahət mərkəzlərinə üz tutmalı olursan.
Bakıda faliyyət göstərən bir çox restoranlar heç də kənardan göründüyü kimi deyil, içəri daxil olanda xidmətçilərin qəribə baxışları menyu olan qiymətlərdən əlavə ödəniş almağ və.s kimi problemlər az qalır ki, insanı xəstəxanalıq edə. Necə deyərlər əsəb üstünə daha çox əsəb gəlir.
"Azərbaycan Reallığı"na danışan məlumatlı mənbə bildirir ki, Xətai rayonu Qaçaq Nəbi-8 ünvanında yerləşən "Meduza" restoranı demək olar ölkənin bütün qanunlarına üz çevirib burada nöksanlar saymağla bitib tükənmək bilmir. Mənbə əlavə edir ki, restoranda hər gün ictmai asayış pozulur. Yeyib-içib dincəldikdən sonra menu qiymətləri ilə ofisiantın dediyi hesab arasında xeyli fərq olur.

İşlədilən işçilər ilə əmək müqaviləsi bağlamayıb vergidən yayınırlar. Kassa və post terminal aparatları yoxdur. Sifariş etdiyin qidalar olduğca keyfiyyətsizdir və buna görə hələ artıq ödənişdə alınır. Etiraz edəndə isə idmançı gödəkcəli insanlarla üz-üzə qalmalı olursan. Bir sözlə restoran ölkənin nə qədər yazılan qanunları varsa ona göz yumub özlərinin yazdıqları yeni qanunlarla işləyirlər.
Sözü gedən məkan haqqında adiyyəti qurumlar dəfələrlə tədbirlər görsələr də hətta məkan qapadılsada muxtəlif yollara əl atıb yenidən faliyyətin bərpa etməyə nail olublar. Ümudvarıq ki, adiyyəti qurumlar bu dəfə sözü gedən məkan barədə ciddi araşdırmalar aparacaq və barələrində lazım olan tədbir görüləcək
"Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyin tanıyır.
Ardını oxu...
Məlumdur ki, 70 illik sovet dönəmində özəl mülkiyyət, nəinki şəxsi zavod, fabrik, heç xırda bir sex də ola bilməzdi. Yəni dövlətin ərazisində nə vardısa hamısı dövlətə məxsus idi. 1991-ci ildə SSRİ-nin dağılması və müstəqil dövlətlərin elan olunması ilə LİBERAL-BAZAR İQTİSADİYYATINA keçid başladı. Yəni dövlətə məxsus olan zavodlar, fabriklər, xəstəxanalar, mağazalar özəlləşdirilməyə çıxarıldı.
Daha dəqiq desək, özəlləşdirmə adı altında dövlətə və xalqa məxsus olan əmlak kimlər tərəfindənsə özününküləşdirildi. Əlbəttə, biz bir media orqanı olaraq bazar-liberal iqtisadiyyatın əleyhinə deyilik, amma yüz illərlə yığılmış əmlakın təsadüfi adamlar tərəfindən ələ keçirilməsinin adı TALANÇILIQ idi. Ən dəhşətlisi isə çörək zavodlarının, ictimai nəqliyyatın və digər strateji sahələrin kimlərinsə əlinə keçməsi idi. Bu gün paytaxt Bakıda ictimai nəqliyyatın necə dözülməz halda olduğunu hamı gözəl bilir. Bu sahəni tez bir vaxtda özəlləşdirmək, paytaxt nəqliyyatını hansısa dələduzlara vermək olmazdı. Ən dəhşətlisi isə qida, ərzaq və çörək istehsalı ilə bağlı idi. Qısa bir vaxtda Bakıdakı çörək zavodları özəlləşdirildi və yerində kustar çörək sexləri yarandı. Və ona görə də, Bakıda və regionda fəaliyyət göstərən çörək zavodları ilə bağlı gündə nələr oxumuruq...
Çörəyin içindən mıx çıxdı...çörək kiflənib...çörək tavalarının dibinə maşın yağı sürtülür...və s... Belə çörək zavodlarından biri də “BİNƏ” çörək zavodudur. Bu gün BİNƏ çörək zavodunun Suraxanıda, Xəzər rayonunda, hətta uzaq İmişli rayonunda filialları fəaliyyət göstərir. “Binə” çörək zavodu haqqında mediada oxuyuruq. “Binə" çörək zavodundan ŞOK FAKTLAR “Bazarstore” marketlər şəbəkəsində satılan “Binə” çörək zavodunun məhsulları keyfiyyətsiz və zərərlidir... “Binə” çörək zavodu dövlətə və prezidentə qarşı iqtisadi sabotajla məşğuldur....çörəyin çəkisini azaldır...qiyməti qaldırır...
Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” çörək zavodu nə dövlət orqanlarını sayıb, nə də dövlətin iqtisadi siyasətinə uyğun kurs götürüb. Hökumət ölkədə infilyasiyanın qarşısını almaq, əhalinin narazılığının böyüməməsi üçün layihələr həyata keçirmək istiqamətində addımlar atır. Amma bu cür müəssisələr şəxsi mənfəətini xalqın istəklərindən üstün tutaraq çörəyin qiymətini bahalaşdırır, çəkisini azaldır. Xəzər rayon sakini yazır ki, marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb.
Başqa bir sakin yazır ki, "BİNƏ" zavodunun çörəyini aldım içindən qurd və ...uzun iplər çıxdı.... Bir başqası yazır ki, "BİNƏ" çörəyini aldım, içindən siçan nəcisi çıxdı... Görəsən o boyda AQTA-nın sədri Qoşqar Təhməzli hara baxır..? Bütün bunları bir kənara qoyaq.... "BİNƏ" çörək zavodunun məhsullarını satış məntəqələrinə daşıyan sürücülər var...
Mediada yayılan məlumatdan bəlli olur ki, onların çoxunun sürücülük vəsiqəsi yoxdur... Yəni çörək zavodunun rəhbərliyi bilərəkdən bu şəxslərə maşın etibar edib və nəticədə... "BİNƏ" çörək zavoduna məxsus avtomobilin sürücüsü ölümlə nəticələnən qəza törədib. Belə ki, məlumata görə, sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub.... Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Amma maraqlıdır ki, zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb.... Vətəndaşlar haqlı olaraq soruşurlar ki, "BİNƏ" çörək zavodunun arxasında kim dayanır ki....bu qədər toxunulmazdır... //gundelik-baku.com//
 
Ardını oxu...
Hurriyyet.az xəbər verir ki, “SHAURMA №1”-nın tanınmış şəbəkəsinin keçmiş direktoru Ceyhun Məhərrəmov bildirib ki, ona Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) “SHAURMA №1” nömrəli əmtəə nişanına hüququnun təsbit edilməsi həmin sertifikat ilə verilmişdir. Lakin vəkilinin araşdırması zamanı məlum olub ki, eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi ilə eyni olan sənəd Teymur İmamverdiyevə də verilib.

Deməli, ilkin olaraq, Ceyhun Məhərrəmovun Teymur İmamverdiyevə hüquqlarının könüllü keçməsi haqqında imza saxtalaşdırıb. Bundan sonra Teymur İmamverdiyev, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahibliyi barədə saxta sənəd alaraq 3-cü şəxslər vasitəsilə onu öz adına keçirə bilib.

Buna görə, Ceyhun Məhərrəmovun yerinə çəkilən imza, ilkin olaraq ekspertizaya göndərilib, və əlyazma üzrə ekspert Şükür Hüseynovun rəyinə əsasən bilinib ki, “imza kobud şəkildə saxtalaşdırılıb”.

Bundan əlavə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli “SHAURMA №1”nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus, Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib.

Nəzərinizə çatdıraq ki, əqli mülkiyyət hüququn “Əmtəə nişanları və coğrafi göstəricilər” üzrə “Sənaye Mülkiyyəti” bülletenində tanınması barədə sənədli sübutlar da vəkili tərəfindən əldə olunub.

Əqli Mülkiyyət Agentlik Ceyhun Məhərrəmovun sözlərini, yəni “SHAURMA №1”-nın şəriklərindən birinin qohumu Teymur İmaməliyevin adına “SHAURMA №1” əmtəə nişanının “yenidən rəsmiləşdirilməsinin” QANUNSUZ olduğunu təsdiqləyib.

Bundan əlavə, Ceyhun Məhərrəmov bildirib ki, “SHAURMA №1” əmtəə nişanının qanunsuz onun əlindən alınması və saxtalaşdırılması xəbəri məlum olduqdan sonra, o, ailəsinin və qonşularının gözü önündə vəhşicəsinə döyülüb. Məhkəmə-tibbi ekspertizası C.Məhərrəmovun sağlamlığına xəsarət yetirdiyini müəyyən etdikdən sonra Xətai prokurorluğunda xuliqanlıq maddəsi ilə cinayət işi açılsa da, bundan sonra isə bu iş ətrafında tamamilə anlaşılmaz manipulyasiyalar başlayıb: iş 36-cı bölmədən Xətai rayon polis bölməsinə, sonra camaatın indi də “qorotdel” adlandırdığı Bakı şəhər Baş Polis İdarəsinə, sonra prokurorluğa, sonra isə yenidən “qorotdel”ə qayıda-qayıda CM-nin 221.3-cü maddədən düşür sanksiyası ağır olmayan maddəyə. Nəticədə hakim Fuad Axundov işi 128-ci maddəyə tövsif edib və döyülmənin bütün iştirakçılarının 9 ay müddətinə şərti cəzası ilə cinayətkarların ürəklərini açıb. Eyni zamanda, Ceyhun Məhərrəmovu isə eyni maddə ilə cəzalandırmağı unudaraq onu köhnə maddə ilə (CM 221) bir il sınaq müddəti cəzalandırırlar. Bundan əlavə, bütün subutların olmasına baxmayaraq prokuror belə həmin qanunsuz tövsif ilə bağlı protest belə vermir. Hazırda isə Ceyhun Məhərrəmov hökmdən şikayət etdiyindən onun işi Ali Məhkəmədə baxılır.

Bunu da qeyd etmək yetər ki, C.Məhərromovu döyən məhkumlar elektron qolbaqlar olmadan ölkədə sərbəst dolaşaraq hər kəsi inandırır ki, onlar hər şeyə qadirdirlər, təkcə hakim və müstəntiqlər deyil, bütövlükdə qanunlar da onlara tabedir.

Aydın məsələdir ki, bütün bunlar saxtakarlıqla əmtəə nişanını sahibinin əlindən alan və özünü də döymələrinə rəğmən faktiki olaraq cəzalanmayan qanun pozanların gücünə yox, qanunun təntənəliliyinə inanmaq istəyənCeyhun Məhərrəmovu narahat etməyə bilməz.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
 

Məlumdur ki, 70 illik sovet dönəmində  özəl mülkiyyət, nəinki şəxsi zavod, fabrik, heç xırda bir sex də ola bilməzdi. Yəni dövlətin ərazisində nə vardısa hamısı dövlətə məxsus idi. 1991-ci ildə SSRİ-nin dağılması və müstəqil dövlətlərin elan olunması ilə LİBERAL-BAZAR İQTİSADİYYATINA keçid başladı. Yəni dövlətə məxsus olan zavodlar, fabriklər, xəstəxanalar, mağazalar özəlləşdirilməyə çıxarıldı. 
Daha dəqiq desək, özəlləşdirmə adı altında dövlətə və xalqa məxsus olan əmlak kimlər tərəfindənsə özününküləşdirildi. Əlbəttə, biz bir media orqanı olaraq bazar-liberal iqtisadiyyatın əleyhinə deyilik, amma yüz illərlə yığılmış əmlakın təsadüfi adamlar tərəfindən ələ keçirilməsinin adı TALANÇILIQ idi. Ən dəhşətlisi isə çörək zavodlarının, ictimai nəqliyyatın və digər strateji sahələrin kimlərinsə əlinə keçməsi idi. Bu gün paytaxt Bakıda ictimai nəqliyyatın necə dözülməz halda olduğunu hamı gözəl bilir. Bu sahəni tez bir vaxtda özəlləşdirmək, paytaxt nəqliyyatını hansısa  dələduzlara vermək olmazdı. Ən dəhşətlisi isə qida, ərzaq və çörək istehsalı ilə bağlı idi. Qısa bir vaxtda  Bakıdakı çörək  zavodları özəlləşdirildi və yerində kustar çörək sexləri yarandı. Və ona görə də, Bakıda və regionda fəaliyyət göstərən çörək zavodları ilə bağlı gündə nələr oxumuruq... 
Çörəyin içindən mıx çıxdı...çörək kiflənib...çörək tavalarının dibinə maşın yağı sürtülür...və s... Belə çörək zavodlarından biri də “BİNƏ” çörək zavodudur. Bu gün BİNƏ çörək zavodunun Suraxanıda, Xəzər rayonunda, hətta uzaq İmişli  rayonunda  filialları fəaliyyət göstərir. “Binə” çörək zavodu haqqında mediada oxuyuruq. “Binə" çörək  zavodundan ŞOK FAKTLAR “Bazarstore”  marketlər şəbəkəsində satılan “Binə” çörək zavodunun məhsulları keyfiyyətsiz və zərərlidir... “Binə” çörək zavodu dövlətə və prezidentə qarşı iqtisadi sabotajla məşğuldur....çörəyin çəkisini  azaldır...qiyməti qaldırır... 
Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” çörək zavodu nə dövlət orqanlarını sayıb, nə də dövlətin iqtisadi siyasətinə uyğun kurs götürüb. Hökumət ölkədə infilyasiyanın qarşısını almaq, əhalinin narazılığının böyüməməsi üçün layihələr həyata keçirmək istiqamətində addımlar atır. Amma bu cür müəssisələr şəxsi mənfəətini xalqın istəklərindən üstün tutaraq çörəyin qiymətini bahalaşdırır, çəkisini azaldır. Xəzər rayon sakini yazır ki, marketdən çörək alıb. Evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb. 
Başqa bir sakin yazır ki, "BİNƏ" zavodunun çörəyini aldım içindən qurd və ...uzun iplər çıxdı.... Bir  başqası yazır ki, "BİNƏ" çörəyini aldım, içindən  siçan nəcisi çıxdı... Görəsən  o boyda AQTA-nın sədri  Qoşqar Təhməzli hara baxır..? Bütün bunları bir kənara qoyaq.... "BİNƏ" çörək zavodunun  məhsullarını satış məntəqələrinə daşıyan sürücülər var... 
Mediada yayılan məlumatdan bəlli olur ki, onların çoxunun sürücülük vəsiqəsi yoxdur... Yəni çörək zavodunun  rəhbərliyi bilərəkdən bu şəxslərə maşın etibar edib və nəticədə... "BİNƏ" çörək zavoduna məxsus  avtomobilin sürücüsü ölümlə nəticələnən qəza törədib. Belə ki, məlumata görə, sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub.... Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Amma maraqlıdır ki, zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmayıb.... Vətəndaşlar haqlı olaraq soruşurlar ki, "BİNƏ" çörək zavodunun arxasında kim dayanır ki....bu qədər toxunulmazdır...

Ardını oxu...
 
Bu gün dünyada ən ciddi problemlərdən biri, bəlkə də birincisi QİDA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Təsəvvür edirsiniz, problem o dərəcədə ciddidir ki, hətta Prezident İlham Əliyev cənabları bu məsələ ilə bağlı ayrıca bir dövlət qurumu, Azərbaycan Qida Təhükəsiziyi Dövlət Agentliyi, hətta Qida Təhlükəsizliyi Elm-Tədqiqat İnstitutu yaradıb. İndi bildinizmi problem nə dərəcədə ciddidir. Yəni söhbət millətin  genefondundan, gələcəyindən, sağlamlığından gedir. 
Təsəvvür edirsiniz, bu gün bütün dünyada geni modifikasiya olunmuş ( GMO ) ərzaq və qida məhsulları ciddi problemə çevrilib,  bir çox xəstəliklərin, o cümlədən xərçəngin səbəbi bu məhsullardır. Azərbaycan cəmiyyətinin mətbəxində əsas qidalardan biri, bəlkə də birincisi toyuq əti, toyuq məhsullarıdır. Ölkə mətbəxini bunsuz təsəvvür etmək olmur. 
Son 15-20 ildə ölkəmizdə toyuq məhsulları yetişdirən broylerlərin sayı durmadan artır. Bunlardan biri də “Səba Broyler”dir. 
Media üzərindən apardığımız araşdrıma zamanı bəlli oldu ki, “Səba Broyler” şirkətinin sahibi Namiq Quliyev müxtəlif rayonlarda vətəndaşlara məxsus torpaq sahəsini ələ keçirib taxıl əkdirir və torpaq sahiblərinin pulunu vermir. 
Daha dəqiq desək, Namiq Quliyev "Qarabağ Taxıl" MMC-nin adı ilə vətəndaşlarla müqavilə bağlayıb onlara məxsus torpaq sahələrində taxıl əkir və sonda vətəndaşların pulunu vermir. 
Yeri gəlmişkən, onu da qeyd edək ki, “Səba Broyler" şirkətinin sahibi  Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Və Namiq Quliyev başqa bir dostu ilə birgə Haramı düzündə 100 hektarlarla şərikli torpaq sahələri əkib-becərir. Bütün bunları qoyaq bir kənara, keçək əsas mövzuya. Yəni “Səba Broyler” millətimizə nə yedirdir..? 
Mediada yayılan xəbərlərdə “Səba Broyler” toyuqlarından uzaq olmağı məsləhət bilirlər. Və məlum olur ki, “Səba Broyler” toyuqların yetişdirilməsində GMO məhsullarından, konkret olaraq GMO hibrid-qarğıdalıdan yem kimi istifadə edir. Toyuqlara qida kimi vermək üçün Argentinadan  GMO tərkibli soya gətirilir. Başa düşmək lazımdır ki, yediyimiz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Hətta mediada “Səba” Broyler”in yüz minlərlə xəstə toyuğu satışa çıxarması barədə də məlumatlar var. 
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Tanınmış  ekspert  deyir ki, həmin GMO hibrid qarğıdalını siçovula verirsən yeyib ölür, insan yeyəndə xərçəng xəstəsi olur… Bax, “Səba Broyler” GMO qarğıdalıları toyuqlara yem kimi verir, üstəlik də Argentina soyası… 
İndi özünüz düşünün ki, biz  nə yeyirik..? Qısa məlumat üçün qeyd edək ki,  “Səba” ticarət nişanı “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “Dəvəçi Broyler” ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazası əsasında yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir. "Səba Broyler" 2002-ci ildən Azərbaycan bazarına “Səba” ticarət nişanı adı altında bütöv toyuqlar və toyuq hissələrini satışa çıxarıb. Və bu şirkətin sahibi isə, sabiq baş bankir Elman Rüstəmov, daha dəqiq desək sənəd üzərindəki sahibi isə onun dostu “Bank Respublika”nın səhmdarı Quliyev Natiq Saday oğlu (16,66%) və qohumlarına məxsus olduğu deyilir: Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%)  və s.
Bu gün "Səba Broyler" Azərbaycanda xəstəlik yayacaq dərəcədə yetişdirdiyi toyuqların qida təhlükəsizliyini təmin etməsə, gələcəkdə insan orqanizmində yaranan xəstəliklərin qarşısını almaq çətin olacaq.

 

Ardını oxu...
 
İnsan Alverinə qarşı Mübarizə İdarəsi yolunu hoteldən salsa, çox sirrlər açılacaq... 
Müdriklərimiz demişkən, ilan vuran ala çatıdan qorxar... 
Bizi qınamayın...Nə vaxt söhbət ölkəmizdəki qonaq evlərindən, hotellərdən düşür, biz də...ala çatıdan qorxan kimi qorxuruq... 
Əslində, bütün zamanlarda qonaq evləri, karvansaralar, mehmanxanalar olub və  ölkəyə gələn insanlara, qonaqlara, tacirlərə və s. xidmət edib. Amma son illər Bakıda və regionlarımızda hotellərin sayı yağışdan sonrakı göbələk kimi durmadan artır... Və ən dəhşətlisi odur ki, bu hotellər barəsində əhali arasında, sosial mediada ancaq və ancaq mənfi fikirlər səslənir... Heç uzağa getməyək...bir neçə gün öncə hotellərin birində  əcnəbi ərəb turist ölmüşdü. 
Rəsmi məlumat yayıldı ki, əcnəbi ərəb  hoteldə  cinsi gücü artıran dərmanlardan çox istifadə etdiyi üçün ürəyi dayanıb... Çox üzr istəyirik, məgər hotellər  seks məkanıdır, bir daha üzr istəyirik fahişəxanadır ki, ərəb orada cinsi ehtiyacını ödəyirmiş... 
Məlumdur ki, dünyanın bir çox sivil ölkələrində fahişəxanalar açıq fəaliyyət göstərir, dövlətə vergi ödəyir, orada təhlükəsizlik qorunur, tibbi-gigiyena normalarına ciddi riayət olunur və s və i... 
Bizdə isə birdən oxuyuruq ki, filan rayonda baş həkim gecələr xəstəxananı əxlaqsızlıq yuvası kimi istifadə edir və daha nələr... 
Sözümüzün canı odur ki, hər bir obyekt öz təyinatına uyğun olaraq işləməlidir... Əgər bura hoteldirsə, qoy hotel kimi fəaliyyət göstərsin, yox, intim məqsədlər üçündürsə, qapısına yazın qoy hamı da bilsin.... 
Bəli, biz dəqiq bilirik ki, xeyli yüksək dövlət məmuruna məxsus hotellər var ki, təyinatı bambaşqadır, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir... 
Təsəvvür edirsiniz, vaxtilə dini qurumlara rəhbərlik etmiş, adını çəkmək istəmədiyimiz şəxs öz hotelinə gələnlərə deyir ki, narahat olmayın otaqlarda gizli kamera yoxdur.... 
Sözün qısası, ölkəmizdəki hotellərdə baş verənlər təkcə mənəvi məsələ deyil, həm də cinayət əməlləridir... 
Biz konkret olaraq kiminsə, yaxud hansısa hotelin fəaliyyətini qaralamaq istəmirik. Amma ortada araşdırma üçün ciddi olayların olduğu  hotellərdən biri də "HOMEBRİDGE" hotelidir. Bakı şəhəri, Səbail rayonu, Şıxov deyilən ərazidə  yerləşən, Xəzər dənizinin gözəl mənzərəsini seyr etməyə imkan verən bu hotel müasir arxitektura stilində inşa olunub, 5 mərtəbəlidir, "lyuks" səviyyəli olan 65 otaq individual dizayna malikdir. Hotelin yüksək səviyyəli "SAUNASI", üzgüçülük hovuzu gecə-gündüz işləyir. 
Birinci ondan başlayaq ki, əgər hotel-istirahət kompleksində ciddi audit yoxlaması aparılsa, ciddi maxinasiyalar, külli miqdarda vergidən yayınma faktları ortaya çıxacaq. Bura Rusiyadan, Ukraynadan və başqa ölkələrdən dəvət olunan qızlar nəyə və kimə qulluq edirlər..? 
Düşünürük ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yolunu "HOMEBRİDGE" hotel-istirahət kompleksindən salsa, burada nələr baş verdiyini öz gözləri ilə görəcəklər...
Ardını oxu...
Neçə illərdir bir media olaraq yazırıq ki, cənab Prezidentimizin dediyi kimi, Azərbaycanda neft-qaz sənayesinə alternativ olan, qeyri-neft sektoru, o cümlədən, aqrar sahə inkişaf etdirilməlidir. Ancaq və ancaq bu yolla Azərbaycanın gələcək iqtisadi inkişafını təmin etmək olar. Yoxsa neft-qaz tükənəndə ölkə dəhşətli duruma düşə bilər...
Onu da nəzərə almalıyıq ki, Azərbaycan tarixən aqrar ölkə olub, burada taxıl, pambıq, üzüm, çəltik, tütün, çay və digər aqrar sahələr inkişaf edib. Xoşbəxtlikdən müstəqillik dönəmində dövlətimiz də AQRAR sahəyə ciddi fikir verməklə yanaşı, dövlət tərəfindən bu sahəyə ciddi maliyyə dəstəyi verildi. Bu istiqamətdə yaranan şirkətlərdən biri də "AQRO-VEST" MMC-dir. “Aqro-Vest” MMC 2000-ci illərdən başlayaraq ölkədə fəaliyyətdədir. “Aqro-Vest” MMC fındıq və fındıq məhsulları (qovrulmuş və doğranmış fındıq, fındıq pastası, ağardılmış fındıq ləpəsi) ixrac edir. Bu şirkətin əsasında 2014-cü ildə yaradılmış "AQRO-VEST DC" MMC isə dünyanın bir çox ölkələrindən idxal etdiyi, eləcə də daxili istehsala aid olan gündəlik tələbat məhsullarının daşınmasını həyata keçirir. Bir sözlə, bu şirkət həm ölkəmizə qida məhsulları idxal edir, həm də ölkəmizin aqrar məhsullarını xarici ölkələrə ixrac edir.
Şirkətin saytında, həm də fb səhifəsində (https://www.facebook.com/AgroWestDc) insan haqqlarından, demokratiyadan, işə şəffaf qəbuldan, müasir mühasibatlıqdan, ixrac və idxal etdikləri qidaların keyfiyyətindən, müasir standartlara cavab verməsindən xeyli söhbət açılır. Amma...Əmması odur ki, əlimizdə olan rəsmi xəbərə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu ilin mart ayında “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsullarını tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv etdi. Bu, rəsmi məlumatdır. Belə məqamda adam “Aqro-Vest”in rəhbərlərindən soruşmaq istəyir ki, saytınızda, fb səhifənizdə keyfiyyətdən, sağlam qidadan danışırsınız, amma 40 tona yaxın qida məhsulu tərəfinizdən tullantı kimi məhv edilir. Buna nə deyirsiniz, cənablar...? Bu hələ harasıdır..?
Bir müddət əvvəl "Aqro-Vest“ə gömrük qaydalarını pozduğuna görə, inzibati protokol tərtib edilib və məsələyə məhkəmədə baxılır. Bundan başqa, şirkət ölkədən mal gətirmək adı ilə valyuta çıxarsa da, əvəzində ölkəyə lazım olan məhsullar gətirilməyib, valyuta isə geri qaytarılmayıb və daha nələr...
Şirkətin rəhbərliyi öz saytlarında şəffaf mühasibatlıqdan danışır... Amma mediada yazılanlardan bəlli olur ki, Azərbaycan fındığını Hollandiya, Belçika, Lüksemburq, Rusiya və başqa ölkələrə ixrac edən, yüz hektarlarla fındıq bağı olan, 800-dən artıq işçisi olan şirkətdə qara mühasibatlıq hökm sürür. Yeri gəlmişkən, şirkətin Zaqatala rayonunda böyük strukturu fəaliyyət göstərir, tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu, soyuducu anbarları, laboratoriyası, qonaq evi, Qusar rayonunda da fındıq bağları, anbarları var, bir sözlə, geniş bir şəbəkə. Və yüz milyonlarla ticarət dövriyyəsindən söhbət gedir. Amma şirkət vergidən külli miqdarda yayınır. Şirkətin keçmiş əməkdaşı deyir ki, bizə kağız üzərində, yəni rəsmi olaraq 300 manat maaş verilsə də, əslində 1500 manatdan çox pul alırdım.
Deməli, şirkətin direktoru cənab Anar Şərifov hər işçinin 1200 manatını vergidən gizləyib. Görün bu adam bu illər ərzində Azərbaycanın dövlət büdcəsinə neçə milyon ziyan vurub?
Şikayətçi deyir ki, şirkətin direktoru rəsmi sənədlərdə 500 manat maaş alır, əslində isə onun maaşı 15 000 manatdır. Şikayətçi onu da xüsusi olaraq qeyd edir ki, şirkətin mal dövriyyəsi real miqdarından ən azı 20 dəfə az göstərilir.
Təsəvvür edirsiniz, 20 DƏFƏ AZ... Bunları yazaq şirkət rəhbərliyinin ayağına... Bəs görəsən bu illər ərzində ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat və Vergilər nazirliyi hara baxıb? Bax, əsas məsələ budur... //gundelik-baku.com//
 

 
 
Ardını oxu...
 
 

Təhsil naziri Emin Əmrullayev nə üçün bu saxta diplomu təsdiq elədi…. 
Bu saxtakarlığı Sumqayıt Məhkəməsi niyə görmədi...?  
Əlahəzrət faktlar üzünə durur, cənab Vüqar Qurbanov...  
Haqqında bəhs edəcəyimiz, hazırda Sumqayıt Tibb Mərkəzinin Kadrlar şöbəsinin müdiri Elnarə Arif qızı Məmmədova haqqında onu qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qobustan rayonu, Qobustan şəhəri, Şikar Şükürov küçəsi, ev  3, mənzil 2 ünvanda qeydiyyatda olan bu xanım gənclik illərində yeməkxanalarda, yas məclislərində “povır”- aşbazlıq edirmiş. Həmin vaxt, Qobustan Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn Elnarə ilə tanış olur. Və sonradan  Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə  təyin olunarkən, heç bir ali və tibbi təhsili olmayan Elnarə Məmmədovanı özü ilə Astaraya aparır və Astara Mərkəzi Xəstəxanasının Kadrlar şöbəsinə müdir təyin edir. 
Bir müddət sonra, daha doğrusu, 2015-ci ildə Astara sakinləri baş həkim Emin Hüseynin rüşvətxorluğu, korrupsiya və s əməlləri barədə  dövlət orqanlarına şikayət ərizələri yazırlar. Belə olan halda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2 MİLYON MANAT MƏNİMSƏMƏDƏ adı hallanan, bu qalmaqallı baş həkimi Astaradan çıxarıb, Qobustan Mərkəzi Xəstəxanasına baş həkim təyin edir. Və Emin Hüseyn Astaraya apardığı Elnarə Məmmədovanı yenidən özü ilə Qobustan Mərkəzi Xəstəxanasına gətirərək Kadrlar şöbəsinə müdir təyin edir. 
Bəli, Emin Hüseyn ilə Elnarə Məmmədova Qobustan Mərkəzi Xəstəxanasında həkimlərin adına kredit götürmək, rüşvət müqabilində xəstələrə təqaüd üçün saxta sənədlər vermək adı ilə pul yığmağa başladılar. 
Medianın yazdığına görə, Emin Hüseyn Qobustanda işləyərkən hətta həkimləri və xəstələri təhqir edirdi. 
Sözün qısası, yenə Emin Hüseyndən şikayətlər dövlət orqanlarına yönəldi. Və nəticədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu dəfə “dostu”nu Şamaxı Mərkəzi Xəstəxanasına direktor təyin etdi. Amma.... Əmması odur ki, Emin Hüseyn bu dəfə Elnarə Məmmədovanı özü ilə Şamaxıya apara bilmədi. Və Qobustan Mərkəzi Xəstəxanasına yeni təyin olunan baş həkim.... Qurban Kərimov heç bir ali və tibb təhsili olmayan Elnarə Məmmədovaya deyir ki, sənin haqqında rayon rəhbərliyi mənfi fikirdədir, ərizəni yaz, işdən çıx. Amma Elnarə Məmmədova işdən çıxmaq  haqqında ərizə yazmaq istəmir. Belə olan halda Mərkəzi Xəstəxananın baş həkimi Qurban Kərimov Əmək Məcələsinin 70-C maddəsi ilə Elnarə Məmmədovanı işdən azad edir. 
Sonra bir müddət işsiz qalan Elnarə Məmmədovanı kimsə başa salır ki, Sumqayıt məhkəməsinə müraciət elə. Və nəticədə məhkəmə Elnarə Məmmədovanın iddiasını təmin edərək onun barəsindəki ƏM-nin 70-C maddəsini ləğv edərək, onu işinə bərpa edir. Amma burada bir nüans var, onu mütləq  qeyd etməliyik. 
Belə ki, TƏBİB-in rəhbərliyi Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminə tapşırmışdı ki, məhkəməyə etiraz etməyin, qoy Elnarə Məmmədova işinə qayıtsın və tezliklə başqa işə gedəcək... Həqiqətən belə də oldu. Və bir müddət sonra Elnarə Məmmədova Səkinə Sadıqovanın direktor olduğu Sumqayıt Tibb Mərkəzində kadr şöbəsinin müdiri vəzifəsinə təyinat aldı. Bir neçə gün şadyanalıq edildikdən sonra keçmiş aşbaz Elnarə Məmmədova Sumqayıt boyda böyük bir şəhərin Səhiyyə Mərkəzində saxta diplomla kadrlar şöbəsində rəis vəzifəsini icra etməyə başladı. Yəni, əmrlə rəis vəzifəsinə təyin olundu. Həmin dəqiqədən etibarən, Sumqayıt Səhiyyəsinin qara günləri başladı. TƏBİB-in yanlış addımları Sumqayıt Səhiyyə Mərkəzində işləyən zəhmətkeş həkimlərin hər birinin çətinliklə qarşılaşmasına yol açır. Özünüz fikirləşin, uzun illər təhsil alaraq, həkim adını qazanmış şəxslərin kadr anketlərini saxta diplomlu bir şəxs qəbul etsin. 
İndi gəlin görək, bu adi təhsili olmayan xanım necə saxta diplom əldə edib. Deməli, əslən Gürcüstandan olan Emin Hüseyn dostu Elnarə Məmmədovaya 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Biznes, Hüquq və Sosial Elmlər ixtisası istiqamətində Biznesin idarəedilməsi  ixtisas dərəcəsi üzrə verilən diplomun ekvivalentini təsdiq edib. 
Konkret olaraq təhsil naziri Emin Əmrullayev 2021-ci ildə diplomu təsdiq edib və qeydiyyat nömrəsi də 022109-dur. İndi gördünüzmü, 1977-ci il təvəllüdlü Elnarə Məmmədova 2019-cu ildə, yəni 42 yaşında necə saxta diplom alıb. Və bu saxta diplomu Təhsil Nazirliyi təsdiq edib. Yaxşı bütün bunları bildik. Bəs görəsən Sumqayıt Məhkəməsinin hakimləri işi araşdıranda görmədilər ki, bu xanımın heç bir ali təhsili yoxdur, Gürcüstandan aldığı diplom isə saxtadır..? Əlbəttə, Gürcüstandan saxta diplom alan da, TƏBİB-lə bu məsələni razılaşdıranda və s Emin Hüseyndir. 
Onu da qeyd edək ki, Elnarə Məmmədovanın qızının həyat yoldaşı Ozal da, hal-hazırda Qobustan xəstəxanasında işləyir. Ozaldan əlavə Elnarə Məmmədovanın qızı Mayanın və oğlu Valehin də Qobustan Tibbi Mərkəzdə adları işçi kimi gedirdi. Onlar ölü canlar kimi saxlanılaraq yalnız və yalnız məvacib alırdılar. 
Emin Hüseyn Şamaxıya gedəndə onları işdən azad etdi. Amma kürəkəni Ozal hal - hazırda Qobustan Tibbi Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır. 
İndi gördünüzmü, Emin Hüseyn TƏBİB-dəki dostlarına nə qədər arxayın olubsa, adi təhsili olmayan aşbazı Kadr şöbəsinə müdir təyin edib. 
Sözün qısası, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun sayəsində, Elnarə Məmmədova hazırda Səkinə Sadıqovanın rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzində KADRO məsələlərinə baxır. Biz isə öz növbəmizdə Elnarə Məmmədovanın iş vaxtı əlində tutduğu 10.000 manatın kimə məxsus olduğunu və rüşvət kimi kimdən alındığını, həmin puldan Səkinə Sadıqovaya nə qədər çatdığını isə növbəti yazımızda dərc edəcəyik. İndi isə, üzümüzü TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova və onun Sumqayıtdakı ən yaxın adamı olan Səkinə Sadıqovaya tutaraq deyirik ki, sizinlə əlahəzrət faktlar danışır...Bu dəfə yaman yerdə axşamlamısınız... Ardı var...
P.S. Onu da qeyd edək ki, Emin Hüseyn Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri olub.

Dünyapress TV

Xəbər lenti