Ardını oxu...
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib.
“Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir.
Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib.
“Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb.
Həkim belə problemlərin çox olduğunu bildirib:
“Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”
Ardını oxu...
"Sən məni işdən çıxarsan, filan sirlərini açaram",
"Alverimə mane olsan, mən də sənin rüşvətini çar çəkərəm",
"Sən öləsən, sənin zibillərini elə ifşa edərəm ki, akademiklik arzun gözündə qalar",
"Sadduqə, bax, üzə durmasan, səni doktorluq üzünə həsrət qoyaram", "Haqqımda tərif yaz, kitabına həmmüəllif qoy,səni şöbə müdiri edəcəm",
"Mən nüfuzlu akademikəm, ay Xərabəddin müəllim. Bilirəm çox savadlısan. Pulun isə yoxdur. Onda adımdan yaxşı bir kitab yaz, səni AMEA-nın müxbir üzvü edərəm, hər ay müftə 1000-2000 əlavə təqaüd alacaqsan",
"Sən mənim adamımsan. Heç kəs sənə bir söz deyə bilməz. Rüşvət almamış müzakirəni, seminarı keçirmə!",
"Saxtakarlığına şahidlik etmişəm, Bambul əfəndi, mən deyən olmasa, açacam sandığı, tökəcəm pambığı. Ondan sonra ol, görüm, akademik, necə olursan?!"
Dövləti təhdid edən qorxulu şəbəkələr məhz belə mühitdə formalaşır. Üzdə məlahət, arxada xəyanət. Akademşəbəkə bu şəbəkələşmənin bariz nümunəsidir.
Idris Abbasov
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Cəmilə Əhmədova: “Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir”

“O, müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış, onların müdafiəsinə qalxmışdır”

Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 108-də yaşayan Cəmilə Əkbər qızı Əhmədova tərəfindən Azmedia.info.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Beləliklə, saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevdən və müvafiq qurumların rəhbər şəxslərindən yardım istəyən Cəmilə Əhmədovanın müraciətini olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident! Mənim 73 yaşım var. Saçlarımı küçələri süpürməklə, evlər təmizləməklə ağartmışam. Bu günə kimi nə qızım, nə də özüm heç bir cinayət törətməmişik. Qızıma qarşı Mircavad Seyidov və Mirislam Seyidzadə (ata-oğul) tərəfindən törədilmiş dələduzluq hərəkətləri barəsində Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişik. Müraciətimiz əsasında cinayət işi qaldırılmışdır. Cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılmışdır. Dələduzlardan biri Mirislam Seyidzadə əvvəllər hərbiçi olduğu üçün cinayət işi təxminən, 5 aydan sonra Baş Prokurorluq vasitəsilə Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Cinayət işini Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov aparmışdır. Məhəmməd Abbasovun qanunsuz hərəkətləri, dələduzlarla əlbir olduğu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişik. Baş Prokurorluq tərəfindən müraciətimizə baxılmışdır. Müraciətimizdə göstərdiyimiz faktlar və sübutlar təsdiqini tapdığı üçün Baş Prokurorluq tərəfindən cinayət işi Məhəmməd Abbasovdan və ümumiyyətlə, Bakı Hərbi Prokurorluğundan alınmış və Respublika Hərbi Prokurorluğuna, müstəntiq Bəxtiyar Əzimzadənin icraatına verilmişdir.

Beləcə, hüquq mühafizə orqanları iki nəfər şəxsi – qızım Aidə Qafarovanı və qonşumuz Vüsalə Fətullayevanı 11 ay zərərçəkmiş qismində tanınmışlar. Aydın məsələdir ki, Respublika Hərbi Prokurorluğu da cinayət işini, eynilə Bakı Hərbi Prokurorluğunun müstəntiqi Məhəmməd Abbasov kimi qanunsuz hərəkətlər etməklə aparmışdır. Çünki Respublika Hərbi Prokurorluğun müstəntiqi Bəxtiyar Əzimzadə tərəfindən təhqir olunan, təzyiqlərə məruz qalan, yalançı şahidlik etməyə ifadə verməyə məcbur edilən, 10-larla müxtəlif şahidlər və cinayət işinə aidiyyəti olmayan şəxslər tərəfindən müstəntiqin qanunsuz hərəkətlərindən Xanlar Vəliyevin özünə teleqramlar göndərilmiş, müraciətlər olunmuşdur. Hətta elə müraciətlərimiz var ki, səsimiz Xanlar Vəliyevə çatsın deyə, sosial şəbəkədə internet üstündən yayımlanmışdır.

Hörmətli cənab Prezident! Xanlar Vəliyev müstəntiqinin qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, düz 11 aydan sonra tabeçiliyində olan müstəntiqlərlə birləşib dələduzların tərəfini saxlamış və dələduzların müdafiəsinə qalxmışdır. Belə ki, təqsirləndirilən şəxslərə – Mircavad Seyidova və oğlu Mirislam Seyidzadəyə bəraət vermiş, qızım Aidə Qafarovanı və Vüsalə Fətullayevanı yalançı xəbər verməkdə ittiham edərək, barələrində cinayət işi qaldırmış. Cinayət işini Tərtər Rayon Prokurorluğuna göndərmişdir. Qızım Aidənin və Vüsalə xanımın həbs edilmələri ilə bağlı Tərtər Rayon Prokurorluğuna göstəriş vermişdir. Aydın məsələdir ki, Tərtər Rayon Prokurorluğunun müstəntiqi qorxusundan Xanlar Vəliyevin sifarişini yerinə yetirəcəkdir. Əks təqdirdə gələcəkdə işini itirəcəyindən qorxur.

Hörmətli cənab Prezident! Xüsusilə qeyd etmək istəyirəm ki, Xanlar Vəliyev barəsində bəraət verdiyi və müdafiəsinə qalxdığı dələduzlardan biri – Mirislam Seyidzadənin əvvəllər də Azərbaycan Respublikası CM-nin 177-ci (Oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə barəsində qanunu qüvvəyə minmiş hökmün olduğunu və hazırda məhkumluq həyatı yaşadığını gizlətmişdir. Məlum məsələdir ki, Xanlar Vəliyevin icazəsi olmadan, müstəntiqin bu qədər qanunsuz hərəkətlərə yol verməsi və qanunsuz hərəkətlərinin arxasında dayanması mümkünsüzdür və inandırıcı görünmür. Xanlar Vəliyevin müstəntiqin müdafiəsinə qalxması məlum məsələdir. Ancaq Xanlar Vəliyevin dələduzları müdafiə etməsini bu gün də başa düşə bilmirik.

Hörmətli cənab Prezident! 01.02.2024-cü il tarixdə səsimizi sizə çatdırmaq üçün Prezident Administrasiyasının qabağında olmuşam. Sizə qədər bütün aidiyyəti qurumlara teleqramlar göndərmişəm, müraciətlər etmişəm. Xanlar Vəliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini və Respublikanın Hərbi Prokuroru olduğu üçün, bütün prokurorluq orqanlarının işçiləri Xanlar Vəliyevdən qorxurlar. Ona görə də şikayətimizə baxmırlar. İşə düzəltmək üçün qızıma verdiyim pul, qəpik-qəpik yığdığım kəfən pulumdur. Kəfən pulumun alınması üçün Xanlar Vəliyevin qəbulunda olmuşam. Xanlar Vəliyev bizi çəkindirmək, pulumuzu tələb etməməyimiz üçün əlindən gələn bütün haqsızlıqları edir və qızımı həbs etdirməklə hədələyir. Düşünürəm ki, görəsən, Xanlar Vəliyevi ana doğmayıbmı? Görəsən, Xanlar Vəliyevin anası, bacısı, qızı yoxdurmu? Cavab tapa bilmirəm!…

Cənab Prezident! Hər yerdən ümüdümüz kəsilmişdir. 73 yaşlı, ağbirçək bir ana kimi Sizə müraciət edirəm. Sizdən xahiş edirəm, Xanlar Vəliyevin dələduzlarla birləşib bizi məhv etməsinə imkan verməyin! Ümid yerimiz ancaq Sizsiniz. Xanlar Vəliyevin qanunsuz hərəkətlərinin qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
cumhuriyyet.net
 
Ardını oxu...
Ən maraqlısı nədir, bilirsinizmi?
Naxçıvanın Kənd Təsərrüfatı nazir əvəzi təkcə nazirliyin hüquqşünası Gülşən Hacıyevanı işdən azad etməyib. Onu və nazirliyin aparat rəhbəri Zəkəriyyə Gözəlovu 5 nəfəri qanunsuz işə götürdüyünə görə vəzifələrindən uzaqlaşdırıb. Üstəlik, həmin 5 nəfəri də onların gözünə qatıb. Qısası bir əmrlə 7 nəfərin işinə xitam verib.
Daha sonra isə işdən çıxardığı 5 nəfəri yenidən işlərinə qaytarıb. Gülşən Hacıyeva və Zəkəriyyə Gözəlov isə indiyədək bütün instansiyalara baş vurmalarına baxmayaraq bu səadətə qovuşa bilmirlər.
Adama deyərlər, əgər o 5 nəfərin işlə təminatı qanunsuz idisə, onda özün niyə yenidən həmin səhvə yol veribsən? Yox əgər qanuni idisə, niyə onları işə götürənləri cəzalandırırdın?
Heydər Oğuz
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Akademik qiyafədə kitab çapı adı altında Dövlətin pulunun Dövlətin özunə qarşı xərclənməsi prosesi davam edir. Dövlətin əldən salınması hesabına təki "dost" yeyimcil və xəyanət səriştəsi olan akademşəbəkənin sıraları genişlənsin. Mən hələ digər intellektual xəyanətləri demirəm.
Dövlətə, xalqa və ölkə üçün görülən möhtəşəm işlərə ( başda ölkəmizin ərazi bütövlüyunün təmin olunmasına) bu qədər nifrət, görəsən, haradan qaynaqlanır? Doyumsuz akademik tamahdanmı, xislətdənmi, zatdanmı, ya nədənmi?! Məddahlıq qılıncını ələ alıb, rəhbərin portretini və Azərbaycan bayrağını başınin üstünə asaraq ölkə Prezidentinin adından sui-istifadə edən akademşəbəkənin zərərli fəaliyyəti R.Mehdiyevdən sonra daha mütəşəkkil və daha hiyləgər xarakter alıb.
Çox şeyi sınaqdan keçirmis vicdandan məhrum daxili düsmən şəbəkəsi çox yaxşı bilir ki, onların ölkədə etdikləri bütün pisliklər ölkənin birinci şəxsinin adına müncər edilir. Ona görə də, antidövlət əməllərini rahat və sınaqdan keçirdikləri həyasız məddahlığın müşayiəti ilə hələ ki uğurla davam etdirirlər.
Idris Abbasov
TEREF: Xocanin Blogu
Ardını oxu...
 
Ardını oxu...
"Şikayətim Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundandır". Dia-az.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupudakı paylaşımda giley olunur.

Ardını oxu...

Narazı vətəndaş daha sonra bildirir: "31.07.2022ci il tarixində bu xəstəxanada qızım dünyaya gəlib, adıçəkilən xəstəxanada normal doğuş üçün bizdən 400 azn pul alınıb, lakin uşağın qan qrupu səhv təyin edilib. Keçən əsrdə insanların qan qruplarını düzgün təyin etdiyi bir vaxtda 122 il sonra, Bakının ən çox uşaq dünyaya gələn ən böyük xəstəxanasında uşağa səhv qan qrupu təyin edilərək, 3+ olan uşağa +1 qan qrupu təyin edilməsi ağlasığmaz dərəcədə absurddur, üstəlik dövlət xəstəxanası ola ola ödəniş aldıqları halda. Qeyd edim ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şikayətlərə baxmır. Qeyd edilən xəstəxana TƏBİB in deyil , Səhiyyə Nazirliyinin balansındadır. Şikayətim əsasında xəstəxananın həkimi zəng edərək, üzrxahlıq edib aldığı pulu geri vermək əvəzinə hətta məni borclu çıxarır və deyir: "Olar da... yəqin labaratoriyada anlizlər qarışıb.... nə var ki burda?".
Allah sizi islah eləsin... Bu dövrdə bu cür bir xəstəxana labaratoriyada analizləri qarışdırırsa, sabah uşaqları qarışdırmayacağına kim təminat verə bilər?"

Ardını oxu...
Ardını oxu...
““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib.

İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Bu sensasion iddia ilə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Gununsesi.info-ya müraciətində çıxış edib.

Saytımıza müraciət edən Saləddin Allahverdiyev bildirib ki, Qoruqda baş verən neqativ halları Şahin Seyidzadəyə məktublar şəklində yazsa da heç bir tədbir görülməyib.

İçərişəhər ağsaqqalının “GününSəsi”ə müsahibəsini təqdim edirik:

 Redaksiyadan: Bu iddialarla bağlı Qoruğun mətbuat katibliyinə ünvanladığımız sorğu cavabsız qaldığından qarşı tərəfin mövqeyini işıqlandıra bilmədik.
Ardını oxu...
Barat Yusubov "Yeni Klinika"ya rəhbər gələndən bəri müəssisədən "EGE Hospital"a yönləndirmələr çoxalıb.

Bununla bağlı AFN.az-a danışan mənbə iddia edir ki, demək olar, hər gün dövlət xəstəxanasından adıçəkilən özəl xəstəxanaya "müştəri" göndərilir: "EGE Hospital"a hazırda Barat Yusubovun xanımı Gültəkin Yusubova rəhbərlik edir. Barat Yusubov "Yeni Klinika"ya rəhbər təyin ediləndən bəri xəstələrin bir çox prosedurlar üçün - sığortalı-sığortasız "EGE Hospital"a yönləndirməsi halları çoxalıb. Belə çıxır ki, Barat Yusubov dövlət müəssisəsi olan "Yeni Klinika"dan öz şəxsi biznesini "çiçəkləndirmək" üçün istifadə edir".

Qeyd edilənlərlə bağlı "Yeni Klinika"nın mətbuat xidmətindən AFN.az-a bildirildi ki, müəssisədə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tibbi xidmətlər təklif olunur: "Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə (qeydiyyat yeri nəzərə alınmadan) və ya göndərişlə tibb müəssisəsinə yaxınlaşaraq növbə götürməklə tibbi xidmətlərdən yararlana bilər.
Müraciət edən pasiyentə Xidmətlər Zərfi daxilində ehtiyac olan tibbi xidmət "Yeni Klinika"da mövcud deyilsə (bu çox məhdud sayda xidmətlərlə bağlıdır) müvafiq qaydaya uyğun olaraq həmin xidmətin təqdim olunduğu digər dövlət xəstəxanalarına göndəriş verilir. Göndərişin verildiyi tibb müəssisəsi imtina verdiyi təqdirdə isə ölkədə fəaliyyət göstərən özəl klinikalara göndərişlərin verilməsi təmin olunur.
Qeyd edək ki, özəl tibb müəssisələrində də Xidmətlər Zərfi daxilində göstərilən xidmətlər vətəndaş üçün tam ödənişsiz həyata keçirilir.

AFN.az
 

      
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, ötən gün "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Xocavənd sakinləri Məğrur İmanov, Eldəniz Məmmədov və Rəşad Hüseynov canlı yayıma bağlanaraq, İcra başçısı Eyvaz Hüseynov və Mərkəzi rayon Xəstəxanasının direktoru Canəli Nəbiyev barəsində narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, 32 ildir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov barəsindəki narazı sakinlər artıq, 3 ildən çoxdur ki, tez-tez "DogruXeber.az" informasiya agentliyinə üz tuturlar və hər müraciətlərində icra başçısının əməlləri barəsində yeni faktlar açıqlayırlar. Hansı ki, dəfələrlə bu barədə portalımızda, eləcə də "Kanal14" YouTube kanalında məlumatlar yayımlanıb.

Bu dəfə də agentliyimizə üz tutan Xocavənd sakinləri Mərkəzi rayon Xəstəxanası barəsində şokedici açıqlamalar verdilər və söylədikləri bütün faktlara dair əllərində maddi dəlillərin olduğunu vurğulayaraq, məhz aidiyyatı qurumlar dərin araşdırma aparmalarına tapşırıq verməsi üçün canlı yayım vasitəsilə ölkə başçısına müraciət etdilər

Söhbətin hansı faktlardan getdiyini aşağıdakı videoda ətraflı izləyə bilərsiniz.

 
 
 
Ardını oxu...
Yazıya Şəmkir rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş İcra başçısı Alimpaşa Məmmədovun 24 noyabr 2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə prokuror müttəhimin barəsində açıqladığı ittihamları bir daha xatırlatmaqla başlamaq istərdik.

İttihama görə, Alimpaşa Məmmədov 2014-2022 ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş bir çox şirkətlərdən rüşvət alıb. Şəmkir rayonunun abadlıq işlərinə, Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə yüz minlərlə manat dövlət vəsaiti rəsmiləşdirilib.

İttihama görə, Alimpaşa Məmmədov eləcə də Şəmkir rayon Mədəniyyət və Turizm, Gəncələr və İdman İdarəsi, Şəmkir rayon Mərkəzi Xəstəxaması, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı, Təzəkənd, Düyərli, Çənlibel, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə görlən işərə görə Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.

Bu qəsəbələrin arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də adı keçir. Alimpaşa Məmmədov 2016-cı ildə Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb. Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, “Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb. 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS” MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibindən rüşvət alıb.

Aktualinfo.org Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən son illər keçirilmiş satınalmalar ətrafında yeni araşdırmalar aparıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dəllər qəsəbə nümayəndəliyi 2023-cü ildə iki satınalma keçirib.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 21.548,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanmışdır.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 53.249,73 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2023-cü il tarixdə açıqlanmışdır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib. Respublikanın ayrı ayrı yerlərində tenderlər udan bu MMC-nin eyni vaxtda bu kimi işləri hansı işçi qüvvəsi ilə həyata keçirməsi elə özü şübhə doğurur.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci ildə də Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri üzrə daha bir kotirovka sorğusu keçirib. Bu prosedurda isə “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 32.857,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 23.12.2022-cü il tarixdə açıqlanmışdır.

Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci ildə də bir satınalma keçirib. Mənzil fondunun əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “”BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 48.497,28 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.08.2021-ci il tarixdə açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 23.12.2022-ci il tarixdən 26.12.2023-cü il tarixə qədər, yəni bir il ərzində Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınmasına ümumi olaraq 107 655 manat dövlət vəsaiti xərcləyib. Bu da görülən işlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilmədiyinə, qiymətlərin süni şəkildə şişirdilməsinə və bir sıra qanun pozuntularına yol açmasına əsaslı şübhələr yaradır.

Rəsmi mənbələrdən, “Xalq qəzeti”ndə verilmiş elanlardan məlum oldu ki, Dəllər qəsəbə nümayəndəliyi 2017-ci ildən bəri hər il Sarıtəpə kəndində dam ötüklərinin dəyişdirilməsinə vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda 2020-ci ildə bir tenderin ləğv edildiyi göstərilir. Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə kəndə binaların dam örtüyünün yenilənməsinə ötən ildən başlanılıb və 10-15 fərdi yaşayış evinin damı yenilənib. Buradan belə çıxır ki, Alimpaşa Məmmədovun başçılığı dövründə Sarıtəpə kəndində dam örtüklərinin dəyişdirilməsinə ayrılan pullar formal olub, vəsaitin böyük hissəsi mənimsənilib.

Qeyd edək ki, hazırda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdi. O, Prezident İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə təyin olunub. Görsənən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşa Məmmədov kimi dövlət vəsaitlərini qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində təmir işləri adı altında təyinatından kənarlaşdırır.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti