Ardını oxu...
 Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciədə deyilir:

"Bir daha xatırladım ki,  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.

 Bildirim  ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 13 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır.  Amma bu siyahıda yer alan şəhid ailələrinin məndən sonra, yəni 2012-ci ildən sonra növbəyə duranların  əksəriyyəti evlə təmin edilmişdir.  Cənab Prezident! Sizin  2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük. 

 26 avqust 2023-cü il tarixli müraciətimə cavab olaraq 08 sentyabr 2023-cü ildə yenə də Şəki İH-nin müavini, qohumumuz sayılan Həsən Həsənov əvvəlki kimi təkrar cavab yazıb ki, «2028-ci ilə kimi növbəlilik əsasında siz mənzillə təmin olunacaqsınız.»   Elə ƏƏSMN-yi də belə formal cavab verməklə işlərini bitmiş hesab edirlər.

Bu yalana arayış olaraq qeyd edim ki, oğlum Həziyə bir şəhid qardaşı kimi Şəki-Qax yolunun 18-ci km-də 10 sot torpaq sahəsi həyətyanı torpaq kimi 2013-cü ildən yerli bələdiyyə tərəfindən rəsmən verilmişdir. Torpağın çıxarışı da var. Hazırda yaşadığım 28 kv m sahəsi olan yarasız evimin həyəti də 1 ha həyətyanı sahəsi var. Rəsmilər gəlib evə də həyətə son 5 il ərzində  90 dəfə baxıb fotolar çəkib gediblər mümkündür. Yəni rəsmi orqanların dedikləri yalandır. Onlar sadəcə mənimlə -çoxuşaqlı şəhid anası ilə ( ailədə 10 nəfər olmuşuq) utanmazcasına prinsip aparırlar. Vəssəlam. Belə prinsip nə kişiyə, nə insanlığa, nə də müsəlmana yaraşan bir hərəkət deyil. 

  Cənab Prezident Siz öz rəsmi çıxışlarınızda və son dəfə də 7 fevral president seçkilərindən sonrakı rəsmi çıxışlarınızda bildirisiniz ki, 2025-ci ilədək bütün şəhid ailələri mənzillə təmin olunacaqlar. Amma Sizin yerli və nazirliyin səbatsız, süründürməçi məmurlarınız mənə rəsmi məktub göndərib yazırlar ki, 2028-ci ilədək Sizə mənzil növbənizə uyğun olaraq evlə təmin olunacaqsınız. Bu süründürməçilər sadəcə mənə həqarət edirlər. Və yaşımın ( 75 yaş) bu vaxtında bu bürokrat cavabla mənə utanmazcasına bildirilər ki, «SƏN MƏNZİL ALACAĞIN GÜNÜ GÖRMƏYƏCƏKSƏN!»

     13-cü ildir ki, rəsmi növbə ilə gözləyirəm. Növbəyə duranda şəhid ailələri arasında 11-ci idim. Yada salım ki, 2020-ci ildə 22 ev və mənzil rayonumuzda tikilib şəhid ailələrinə verildi. ƏƏSMN nazirliyinin məsuliyyətsiz məmurları isə  hər dəfə məni ələ salmaqla məşğuldur. 

   Əgər dövlətimiz çox düzgün olaraq şəhid ailələrinin mənzillə təmin olunması üçün bu qədər vəsait xərcləyirsə, o zaman yerli məmurlar niyə mənə 2028-ci ili gözləməyimi məsləhət görürlər?

     Cənab Prezident mən bu süründürməçilikdən bezərək 18 sentyabr 2023-cü ildə məni şəxsən qəbul etməyiniz barədə teleqram vurmuşam. Bundan sonra 08 oktyabrda və 04 noyabrda yenə təkrar olaraq Sizə məni şəxsən qəbul etməyinizlə bağlı teleqramlar vurdum. Ola bilsin ki, bu  teleqramların heç biri şəxsən  Sizə çatdırmayıblar. Sizdən çox xahiş edirəm mənim 13 il gözlədiyim mənzil problemimin həll edilməsini şəxsi nəzarətinizə götürəsiniz..."

 

Ardını oxu...
Azərbaycan məmurları arasında “nadir tapıntılar” gen-boldur. Onların misli-bərabəri yoxdur. Sanki dinozavrlarla eyni dövrdə yaşayıblar. Çünki elə ağılasığmaz əməllərə yiyəlik edirlər ki, heç ən yırtıcı məxluqların belə ağlına gələ bilməz. Axı hansı ölkədə görmək olar ki, bir məmur min oyundan çıxsın, işlədiyi qurumdan əlavə idarələrə də əl uzatsın, kamfulyaj olub hər hoqqaya imza atsın?! Amma bizdə var, onların adları “Qırmızı kitab”a düşə bilər. Heyf ki, belə məmurlarımızın qədrini bilənlər yoxdur, dünya ictimaiyyətində tanıda bilmirik. Əgər onları təbliğ etsəydik, Azərbaycanın adını “ucalara” yüksəldərdilər. İndi bəhs edəcəyimiz dövlət məmuru da “unikal” və “analoqu olmayan” personajlardan biridir.

Əvvəla “xamis” sözündən başlayaq. Ona görə başlayaq ki, ölkəmizin inkişafında xüsusi “rolu” olan məmurun adı Xamisdir. Di gəl ki, “Xamis” sözü tərcümədə “beşinci” deməkdir. Yox-yox, elə fikirləşməyin ki, “arabanın beşinci təkəri” anlamını daşıyır. Sadəcə, bu söz ad olanda fikirləşməli olursan ki, Xamis adlı bir insan “beşinci” deyə çağırıla bilərmi? Əlbəttə ki, yox! Amma vəzifədə, kresloda beşinci də ola bilər, elə birinci də… Əsas məsələ Xamis adını daşımaq deyil, əməllərində xalis olmaqdır. Xalis sözü isə hamıya bəllidir ki, təmiz deməkdir.



Ancaq bəhs edəcəyimiz Xamis Seyranov adlı məmur heç də əməllərində xalis deyilmiş. Vallah bunu, yayılan məlumatlar, səslənən iddialar belə deməyə əsas yaradır. Çünki Xamis Seyranov öz səlahiyyətlərinə aid olmayan üçüncü, dördüncü, hətta “xamis” – beşinci dərəcəli işlərlə məşğul olur. Necə deyərlər, “burnu girməyən yerə” məsəli…

İntəhası, son dövrlərdə Xamis Seyranov “işin” öhdəsindən gəlməyi bacarır, yaman “səriştəli” olub. İndi işlədiyi yerdə vəzifəsindən kənar məsələləri də “həll edir”. Soruşa bilərsiniz ki, bəs kimdir axı bu Xamis Seyranov? O zaman bizdən məlumat vermək, sizdən bunu öyrənmək olsun. Məlumunuz olsun ki, Xamis Seyranov 1984-cü ildə Sumqayıtda dünyaya gəlib. Bakı Dövlət Universitetində bakalavr, sonra Malmödə magistr təhsili alıb.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri vəzifəsində çalışır. Eyni zamanda, BDU və Dövlət İqtisad Universitetində işləyir. Buna qədər Elm və Təhsil Nazirliyində sektor müdiri də işləyib. Hazırda işi-gücü inhisarçılığa qarşı guya mübarizə aparmaq olan Xamis Seyranov başqa sahələrə girişib. Bu haqda bir qədər sonra…

Hə, harda qalmışdıq. Bəli, inhisarçılıqla mübarizədə. Nazirlikdə şöbə müdiri olan Xamis Seyranovun bir müsahibəsi rastımıza çıxdı. Məhrum aktyor Siyavuş Aslanın sözü olmasın, “sən öl adamı gic gülmək tutur”. Həmin Seyranov, əməlləri qara-qura olan bu məmur görün nə deyir. Özü də nazirliyin rəsmi saytında bu müsahibə yerləşdirilib. Bəli, Xamis Seyranov deyir ki, rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görüləcək. Görəsən, onun rəqabətin pozulmasına, monopoliyaya qarşı indiyə qədər bir dəfə hansısa sərt fəaliyyəti olubmu? Bu gənc məmur geniş müsahibənin sonuna yaxın isə bildirir ki, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən onların fəaliyyətinə hər hansı bir maneçilik, çətinlik yaradılmasına rast gəldikdə bununla bağlı Dövlət Xidmətinə müraciət edə bilərlər. Yəni kimə? Seyranova müraciət etsinlər? Yaxşı, deyək ki, həqiqətən də şöbə müdiri səmimi şəkildə bu çağırışı edib, o zaman onun qaranlıq işlərinə bir nəzər yetirək, görək doğurdanmı Seyranov məmur kimi şəffaf, xalis fəaliyyət göstərir?

Belə ki, Xamis Seyranov nazirlikdə qeyri-rəsmi kadrlar şöbəsinin müdiri kimi özünü aparır. Yəni onun belə danışmağına baxmayın, nazir Mikayıl Cabbarovun prinsiplərinə tam zidd şəkildə meydan sulayır və özü üçün kadrların “vurulması” və “irəliyə aparılması” sahəsində böyük siyasət qurub. Seyranov nazir Cabbarovun qurumda yaratdığı mühitin əleyhinə böyük bir təxribatçı şəbəkə və iş qurub. O, Antiinhisar Xidmətdə şöbə müdiri kimi öz vəzifəsi ilə məşğul olmaq əvəzinə, hansı məmuru işdən azad etmək, hansı kadrı onun yerinə işə götürmək funksiyalarını yerinə yetirir. Axı ona bu ixtiyarı kim verib? Məgər şöbə müdrinin belə bir səlahiyyəti varmı? Görünür ki, Xamis Seyranov ona olan inam və etimaddan sui-istifadə etməkdədir. Əgər nazirin onun bu hərəkətlərindən xəbəri olsaydı, Seyranov indi seyranlıqda olardı…

Faktiki olaraq, inhisarçılığa qarşı mübarizəni bir kənara qoyaraq nazirlikdə ona “torba tikmək”, bunu işdən çıxarmaq “vəzifəsi”ni özü verən Seyranov, əməlli-başlı hegemonluq etməkdədir, istədiyi qərarların verilməsinə təsir göstərməkdədir, xoşuna gəlməyən, gözü götürməyənləri yola salmaqdadır. Təsəvvür edin ki, islahatçı nazir kimi status qazanmış Mikayıl Cabbarovun imicini, nazirlikdə qurduğu sistemi darmadağın etməkdədir. Bu, nazirin adına ləkə gətirməkdir. Çünki köhnə əyyamları, sovet dövrünə aid eybəcərlikləri, “donos”çuluğu, işçiyə “quyu qazmağı” nazirliyə gətirən Seyranov islahatçıların adına zərbə vurmaqdadır.
İnanmaq olmur ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu məsələlərdə iştirakı var. Məlumatda deyilir ki, Xamis

Seyranov nazir Mikayıl Cabbarovun ona olan etimadından sui-istifadə etməkdədir. Bu da xoşagəlməz bir mənzərə və narazılıq yaradıb. Seyranov Qərb təhsili almasına baxmayaraq, göründüyü kimi köhnə adətlərlə, üsullarla hərəkət etməkdədir. Ona görə də nazirlikdə kadrların təyinatı və təqdimatı işində canfəşanlıq edir, dəridən-qabıqdan çıxır. Amma bu gedişatla heç də yaxşı reputasiya qazanmır. Onun nazirlikdə “torba tikən” adı alması, gözünə yaxşı görünməyən kadrları yola saldırıb istədiyi şəxsləri gətirməsi kollektivdə də bir inamsızlıq formalaşdırır. Hər halda, nazir Mikayıl Cabbarov belə vəziyyətin yaranmasında maraqlı ola bilməz. Əminliklə söyləmək olar ki, nazirin Seyranovun əməllərindən məlumatı yoxdur. Əgər varsa, onda başqa suallar meydana çıxa bilər. Lakin biz məlumatlandırdıq, gələn informasiyaları cəmiyyətin nəzərinə çatdırdıq, bundan sonrası nazirliyin daxili araşdırmasına qalır.

Sadəcə, Seyranov nazirlikdəki bu çirkin və qaranlıq işləri ilə fəaliyyətini məhdudlaşırmayıb. Əgər nazir Cabbarov bilsəydi ki, onun Elm və Təhsil Nazirliyində işlədiyi dövrdə sektor müdiri kimi necə özbaşınalıqları, fitnəkarlığı, araqarışdıranlığı olub, ona hazırkı Xidmətdə şöbə müdiri postunu həvalə etməzdi. Nəinki təhsil nazirliyində işlıdiyi dövürdə, elə indinin özündə də ,, kadr islahatlarına ” təsir etmək gücündədur. Bu da azmış kimi, o cümlədən Seyranovun əli “Azəriqaz” İstehsalat Birliyinə qədər də uzanır. Görəsən, nazirlik onu bu əlaqələrindən xəbərdardırmı? Yəni İqtisadiyyat Nazirliyinə tabe olan Xidmətdə şöbə müdiri olasan, bu quruma bağlılığı olmayan “Azəriqaz”a belə əl uzadasan.

Bu barədə redaksiyamıza verilən məlumatda deyilir ki, İsveçin Malmö universitetində magistr təhsili almaqla, Skandinaviya mühiti görməklə deyil, Xamis Seyranov əsl kustar yollara əl atır, həqiqətən də yuxarıda deyildiyi kimi, “nadir tapıntı” olan məmurlardan biridir. Məlumatlara görə,

Xamis Seyranov “Azəriqaz” İB-də borc sildirməkdədir. Bəs bunu necə edir? Suala verilən cavabda bildirilir ki, Seyranov podratçı şirkətlərdən qeyri-rəsmi yolla , anlaşır’, sonra “Azəriqaz” İB-ə hədə-qorxu gəlir, nəticədə həmin podratçıların işini yoluna qoyur. Yəni buna əsl mafioz davranış demək olar. Konkret olaraq, Seyranov odioz məmur obrazındadır. Belə ki, nazirlikdə tutduğu vəzifədən, oradakı nüfuzundan, hətta istisna deyil ki, nazir Cabbarovun adından istifadə etməklə “Azəriqaz”da iş aşırmaqdadır. Əgər işlədiyi qurumda öz postunu əlavə kadrların təyinatına müdaxilə etməyi bacarırsa, deməli, “Azəriqaz”a da təsir imkanlarına, oradakı məmurlara basqı etmək gücünə malikdir. İddialara görə, Seyranov gözümçıxdıya saldığı adamların lisenziyasını ləğv etdirə bilir. Bir sözlə, bu dərəcədə qorxulu fiqura çevrilib. Ona görə həmin şəxslər Xamis Seyranov barəsində heç bir şikayət edə bilmirlər, tam əksinə, görüm baxım etmək məcburiyyətində qalırlar. Nəticədə həmin adamlar lisenziya ləğv olunmasın deyə Seyranovun tələblərini yerinə yetirirlər.

Ancaq Seyranovun qazanc seyrangahı bununla da bitmir. Əldə etdiyimiz xəbərlərə görə, Seyranov istixana (parnik) sahibləri ilə şərik işləyir. Belə ki, istixana sahiblərindən qaz borcu olanlarla 50/50yə anlaşır, sonra “Azəriqaz”da öz “qaydaları” ilə “güc” nümayiş etdirib həmin borcları sildirməyə nail olur. Çox qəribədir ki, Seyranov bütün bu işləri həyata keçirir, qaz borcu olan “parnik” sahibləri ilə dil taparaq “Azəriqaz”da iş həll edir, lakin nədənsə onun bu əməllərini görən gözlər yoxdur. Maraqlıdır, niyə? Cənab nazir bunları da bilirmi?

Rubrika.Az
Ardını oxu...
Bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Saxlanılma üçünsə çoxlu əsaslar vardı və əməliyyatdan sonra verilən rəsmi açıqlamaya görə Valeh Abdullayev külli miqdarda məmimsəməyə yol verçəklə yanaşı, qaçqınlar üçün tikilən mənzilləri qaçqın stausu olmayan adamlara kirayə verib, həmçinin 65 yaşından yuxarı işçilərlə müavilə bağlamaq üçün onlardan pul alıb.

Həmçinin Valeh Abdullayevin kabinetində aparılan axtarış zamanı yüzlərlə maaş kartı aşkaelanıb. Bu qədər ciddi sübutların olmasına baxmayaraq, məhkəmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisini ev dustaqlığına buraxıb. Ağdamda gəzən söz-söhbətlərə görə isə hakim bu bu barədə heç də qarşılıqlıqsız qərar qəbul etməyib.

Bəzi iddialara görə isə Valeh Abdullayevin kabinetindən tapılan maaş kartlarının bir hissəi də Ağdamın icra baçısı Vaqif Həsəovdadır. Daha doğrusu ona yaxın olan bir neçə adamda...

Bəs Ağdamda “ölü canlar” təkcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinəmi aiddir? Ağdamdakı mənbələrimiz iddia edir ki, əslində “ölü can” məsələsi Ağdamın bütün dövlət idarələrinin problemidir və hazırda Vaqif Əliyevin əsas yeyinti yeri məhz “ölü canlar”dır.

Mənbələrimiz idda edir ki, əgər bu məsələ Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılarsa, çox böyük saxtakarlıqlar və büdcə talanı aşkar eiləcək. Mənbələrimizdən biri bildirib ki, misal üçün rəsmi sənədlər görə Ağdam rayon Mənzil Kommunal İdarəsinin rəisi Fəzlin Mehdiyevin sərəncamında 900-dən çox işçi var. Faktiki olaraq isə işə 100 nəfərə qədər adam çıxır. Qalanları isə “ölü can” funksiyasını həyata keçirir və hər ay həm Fəzlin Mehdiyevə, həm də Vaqif Həsənova külli miqdarda dövlət vəsaitini maaş olaraq mənimsəmələrinə imkan yaradır. Mənbəmiz iddia edir ki, Ağdam rayon Mənzil Kommunal İdarəsinə aid 800-dən artıq maaş kartı barmaqla sayılacaq adamların əlindədir və bu adamlar Vaqif Həsənovla Fəzlin Mehdiyevin qohumlarıdır. Mənbəmiz qeyd edir ki, əgər Ağdam, Ağcabədi və ətraf royanların bankomatlarının kameralarına baxılarsa, o zaman eyni adamların bankomatlardan nə qədər maaş pulu çıxardıqlarını da görə biləcəklər.

Bundan başqa rəsmi dövlət sənədləronə görə Ağdam Mexaniki Suvarma İdarəsinin isə mindən çox işçisi var. Mənbələrimiz iddia edir ki, Ağdam Mexaniki Suvarma İdarəsində hər gün 400-ə qədər adam işə çıxır. Qalanları isə sadəcə “ölü candır” və onların maaşları da idarənin rəisi Hafız Əzimzadə ilə icra başçısı Hafiz Məmmədovun cibinə gedir.

Bunlar sadəcə nümunələrdir və əslində Ağdamda büdcədən maliyyələşən bütün dövlət qurumlarında bu vəziyyət hökm sürür.

Mənbələrimiz qeyd edirlər ki, Valeh Abdullayevə qarşı həyata keçirilən əməliyyatdan sonra Vaqif Həsənov və idarə müdirləri səsksəkə içindədirlər. Lakin onların vəziyəti dəyişdirmək üçün imkanları belə yoxdur. Çünki Ağdamda bəlkə də minlərlə olan “ölü canları” işə çıxarmaq onmarın imkanları xaricindədir. “Ölü canlar”ın bəziləri isə ümumiyyətlə ölkə xaricində, və yaxud da Bakıda yaşayırlar...

milliyol.az
 
Ardını oxu...
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Ricon” MMC (VÖEN – 1900014631) olub.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl - 12 fevral 2024-cü il tarixində dövlət satınalmalar portalında yerləşdirilən məlumatda tender müsabiqəsində ümumi məbləğin 1 milyon 995 min 4 manat 95 qəpik olduğu göstərilib.

Dövlət satınalmalar portalında yerləşdirilən sonuncu məlumatda isə göstərilir ki, "MİDA” MMC ilə "Ricon” MMC arasında 2 milyon 253 min 253 manat 14 qəpik dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, tender müsabiqəsinin şərtlərinə görə, "Ricon” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, tenderi keçirən "MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan "MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.

Tenderin qalibi olan "Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan "Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.

Onu da qeyd edək ki, abadlıq və yaşıllaşdırılması nəzərdə tutulan 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
 
Ardını oxu...
Sumqayıt Dövlət Universitetinin yeni rəhbərliyinin iştahası deyəsən, çox güclüdür. Dia-az.info bildirir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalır.
Ardını oxu...
Sumqayıt sakinləri yazır:

"Sumqayıt Dövlət Universiteti ilə üzbəüz Bazarstore supermarketin yanında, köhnə "Term" ticarət mərkəzi olan mağaza və ətrafındakı onlarca çoxillik ağaclar olan yaşıllıq sahə hasara alınıb.

Ümid edək bu ağaclar hər hansı yeni tikintinin qurbanı olmayacaq".

Sakinlər iddia edir ki, baş verənlər SDU-nun yeni rəhbərliyinin sifarişi ilə həyata keçirilir.
 
Ardını oxu...
Məlum olduğu kimi müğənni Vəfa Şərifova İsmayıllı rayonunda konsert keçirib. Dia-az.info xəbər verir ki, səhnədən tamaşaçıların arasına enən Şərifova üçün izdiham yaranıb. Kütləni kənardan izləyən rayonun icra başçısı Nahid Bağırovun buna reaksiyaları sosial şəbəkələrdə gündəm olub. Onun bu anları isə vəttəndaşlarımızın diqqətindən qaçmayıb.

Elə deyəsən, bu MƏHRƏM anlar “yuxarıların” da nəzərindən yayınmayıb.

Bu barədə dia-az.info-nun əldə etdiyi bilgilərdən aydın olur ki, məlum görüntüləri səbəbindən Nahid Bağırov tənbeh olunub və… Mənbənin söylədikləri:

“Nahid Bağırov əyaləttdə olsa da, siyasi təsiretmə rıçaqlarına çıxışı olan ttək-tük başçılardan biri idi. İndi isə bu olay onun nüfuzuna çox ciddi zərbə vurdu”.
 
Ardını oxu...
Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədovdan redaksiyamıza şikayət məktubları daxil olmaqda davam edir. İsmayıl Əhmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. İddia edilir ki, MMC rəhbəri özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparır. Həqiqətəndəmi bu belədir? Yəni gerçəkdənmi bu adam Naxçıvann sahibidir?..

Təbii ki, elə deyil... Bəs onda nə... necədir?

Bu barədə dia-az.info tərəfindən ilginc araşdırmalar aparılıb. Ortaya çox maraqlı fakttlar çıxıb. Hər yerdə özünü Fuad Nəcəflinin adamı kimi tanıdan və "Naxçıvan canişini"nin adından istifadə edib əslində məhz özünə səlttənət quran bu şəxs nəhayətdə kimdir? Bu barədə geniş araşdırma materialımız hazırlanır və bizii izləməyə davam edin... Hər halda, ortada ilginc faktlar var və bu faktlara günün birində hüqquqi qiymətin veriləcəyi də şəkksizdir...

Bşlnğıc olaraq isə... Naxçıvanda özünü xüsusi imtiyazlı şəxs kimi aparan və ona bu şəraiti yaradanlara ölkə Prezidentinin sözlərini xatırladırıq: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.

Mövzunu davam etdirəcəyik. Bizi izləyin...
 
Ardını oxu...
Yazıya Şəmkir rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş İcra başçısı Alimpaşa Məmmədovun 24 noyabr 2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə prokuror müttəhimin barəsində açıqladığı ittihamları bir daha xatırlatmaqla başlamaq istərdik.

İttihama görə, Alimpaşa Məmmədov 2014-2022 ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş bir çox şirkətlərdən rüşvət alıb. Şəmkir rayonunun abadlıq işlərinə, Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə yüz minlərlə manat dövlət vəsaiti rəsmiləşdirilib.

İttihama görə, Alimpaşa Məmmədov eləcə də Şəmkir rayon Mədəniyyət və Turizm, Gəncələr və İdman İdarəsi, Şəmkir rayon Mərkəzi Xəstəxaması, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı, Təzəkənd, Düyərli, Çənlibel, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə görlən işərə görə Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.

Bu qəsəbələrin arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də adı keçir. Alimpaşa Məmmədov 2016-cı ildə Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb. Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, “Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb. 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS” MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibindən rüşvət alıb.

Aktualinfo.org Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən son illər keçirilmiş satınalmalar ətrafında yeni araşdırmalar aparıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dəllər qəsəbə nümayəndəliyi 2023-cü ildə iki satınalma keçirib.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 21.548,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanmışdır.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 53.249,73 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2023-cü il tarixdə açıqlanmışdır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib. Respublikanın ayrı ayrı yerlərində tenderlər udan bu MMC-nin eyni vaxtda bu kimi işləri hansı işçi qüvvəsi ilə həyata keçirməsi elə özü şübhə doğurur.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci ildə də Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri üzrə daha bir kotirovka sorğusu keçirib. Bu prosedurda isə “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 32.857,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 23.12.2022-cü il tarixdə açıqlanmışdır.

Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci ildə də bir satınalma keçirib. Mənzil fondunun əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “”BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 48.497,28 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.08.2021-ci il tarixdə açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 23.12.2022-ci il tarixdən 26.12.2023-cü il tarixə qədər, yəni bir il ərzində Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınmasına ümumi olaraq 107 655 manat dövlət vəsaiti xərcləyib. Bu da görülən işlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilmədiyinə, qiymətlərin süni şəkildə şişirdilməsinə və bir sıra qanun pozuntularına yol açmasına əsaslı şübhələr yaradır.

Rəsmi mənbələrdən, “Xalq qəzeti”ndə verilmiş elanlardan məlum oldu ki, Dəllər qəsəbə nümayəndəliyi 2017-ci ildən bəri hər il Sarıtəpə kəndində dam ötüklərinin dəyişdirilməsinə vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda 2020-ci ildə bir tenderin ləğv edildiyi göstərilir. Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə kəndə binaların dam örtüyünün yenilənməsinə ötən ildən başlanılıb və 10-15 fərdi yaşayış evinin damı yenilənib. Buradan belə çıxır ki, Alimpaşa Məmmədovun başçılığı dövründə Sarıtəpə kəndində dam örtüklərinin dəyişdirilməsinə ayrılan pullar formal olub, vəsaitin böyük hissəsi mənimsənilib.

Qeyd edək ki, hazırda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdi. O, Prezident İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə təyin olunub. Görsənən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşa Məmmədov kimi dövlət vəsaitlərini qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində təmir işləri adı altında təyinatından kənarlaşdırır.

Aktualinfo.org
 
Ardını oxu...
Abşeron rayonu Saray qəsəbəsi, Nazim Hikmət küçəsində yaşayan üç minə yaxın sakin kanalizasiya problemindən şikayətçidirlər.

Onların sözlərinə görə, bu problem üç-dörd ildir mövcuddur.

Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də qalmaqdadır.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar satınalma müqaviləsi imzalayıb. Ümumi dəyəri 2 milyon 155 min 417 manat 77 qəpik olan satınalma müqaviləsi “Az Graft Construction” MMC (VÖEN – 6200389011) ilə bağlanıb.
Qeyd edək ki, “Az Graft Construction” MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Şirkətin hüquqi ünvanı “Laçın rayonu Taxta körpü”dür. 1 000 manat nizamnamə kapitalı olan şirkət 6 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Az Graft Construction” MMC dövlət qeydiyatına alındıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən və dəyəri milyonlarla manat olan çoxsaylı tenderlərdə qalib olub.
Hətta şirkətin 2021-ci ildə dövlət büdcəsinə 100 min manata yaxın vergi borcu olsa da, tender müsabiqələrində qalib olub.
Sonuncu satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Məsələ ilə bağlı cumhuriyyrt.az olaraq bildirək ki, bu «AZ GRAFT CONSTRUCTION» MMC-nin ərazilərin yenidən qurulması işləri üzrə yaxın dövrdə əldə etdiyi 8-ci böyük tenderdir. Bu tenderlərin hamısı üzrə sifarişçi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumu olan «Ərazi Tikinti-Planlaşdirma Mərkəzi»dir. Tenderlərin heç biri dövlət satınalmalarının vahid portalında elan edilməyib.

«AZ GRAFT CONSTRUCTION» MMC (VÖEN: 6200389011) bu tenderlər üzrə ümumilikdə 20 milyondan artıq sifariş alıb.

Bunlar aşağıdakılardır:

1. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması – 25.05.2022 – 4 000 000 manat.

2. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması – 09.02.2022 – 3500 000 manat.

3. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması – 21.10.2021 – 3 118 700 manat.

4. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri – 2 244 369 manat.

5. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin ilkin tikintisi, təmiri və bərpası işləri”nin yerinə yetirilməsi üzrə Satınalma müqaviləsi – 3 387 525 manat.

6. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə müqaviləsi – 3 500 000 manat.

7. Ərazi Tikinti-Planlaşdirma Mərkəzi – Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması
cumhuriyyet.net

Dünyapress TV

Xəbər lenti