b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_7b3aed9d8921157fcf51cc4b02f76ed4.jpg
 

Rusiya Prezidentinin həyatına təhlükə olub? - analitikin izahı

Keçən həftənin ən çox müzakirə edilən hadisəsi İstanbulda baş tutan beynəlxalq sülh zirvəsi oldu. ABŞ Prezidenti Donald Trampın və Rusiya lideri Vladimir Putinin də bu görüşə qatılacağı gözlənilirdi. Lakin nəticədə zirvə yalnız nümayəndə heyətləri səviyyəsində reallaşdı.

Musavat.com bildirir ki, Putinin İstanbula gəlməməsinin pərdəarxası səbəbləri indi üzə çıxır. Türkiyə qəzetinin yazdığına görə, Vladimir Putin əslində İstanbulda keçirilən bu zirvəyə qatılmaq niyyətində olub. Lakin iki əsas amil - sui-qəsd təhlükəsi və Krım məsələsinin gündəmə gəlməsi - Kremli bu qərardan vaz keçməyə məcbur edib. “Emel Krım” Vəqfinin rəhbəri Zafer Karatay da bildirib ki, Putin artıq üç ilə yaxındır ki, Kreml sarayını tərk etmir və hətta Rusiya ərazisində belə hərəkətliliyini minimuma endirib.

“Putin artıq üç ildir sarayından demək olar ki, çıxmır; Rusiya sərhədləri daxilində belə heç bir yerə getmir. Bütün yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə baxmayaraq, sui-qəsd qorxusu yaşayır”, - deyə Karatay vurğulayıb. Onun sözlərinə görə, Putin İstanbul görüşünə qatılmaq istəsə də, rus qırıcılarının müşayiəti ilə gəlmək təklifini irəli sürüb. Ankara isə Kremlin bu tələbinə cavab olaraq bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü və beynəlxalq protokola uyğun davranılacağını bəyan edib.

Karatayın açıqlamasına əsasən, bu görüşə dair təşəbbüs ilk olaraq Rusiya tərəfinin özündən gəlib: “İstanbulda görüş təklifini birbaşa özü etmişdi, lakin müzakirəyə göndərdiyi nümayəndə heyəti, Rusiyanın sülh istəmədiyini nümayiş etdirdi”. Karatay qeyd edib ki, Putin bir tərəfdən toplantıya qatılmayaraq, digər tərəfdən isə göndərdiyi nümayəndə heyəti ilə Qərbə “barışa maraqlı deyilik” mesajı vermiş oldu.

İddiaya görə, Rusiya liderinin toplantıya qatılmamasının əsas səbəblərindən biri də Krım məsələsinin gündəmə gətirilməməsi tələbi olub. Bununla yanaşı, Moskva Zaporijya, Donetsk, Luqansk və Krımın ilhaqının beynəlxalq səviyyədə tanınması şərtini də irəli sürüb. Lakin bu tələblər Ukrayna və Türkiyə tərəfindən qəbul edilməyib.

Azad Məsiyev: » Sözçü qəzeti

Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi, siyasi sisteminə ciddi təsir göstərməkdədir: “Bu müharibə uzandıqca, dünya siyasi sistemində və iqtisadiyyatında xaos dərinləşir. Müharibənin uzanması həm onu körükləyən Qərbə, həm də Türkiyə kimi böyük dövlətlərə də təsir etməkdədir. Ona görə də həm ABŞ Prezidenti, həm də Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsinə çalışırlar. Hadisələrin gedişi onu göstərir ki, Ukrayna Prezidenti Zelenskini münaqişəyə sürükləyən Qərb indi müharibənin dayanmasını istəyir. Türkiyə isə ilk vaxtdan bu müharibənin dayanmasını istəyib və bu gün də istəyir”.

Analitikin fikrincə, Putin qorxaq lider olmadığını artıq sübuta yetirib: “Dünyanın böyük hissəsi ona qarşı 3 ildir birləşmişdi, lakin öz mövqeyindən geri addım atmadı. Qorxan lider bunu etməzdi. Artıq Rusiya bu müharibədə qalibdir və ona görə də diktə edən tərəf kimi çıxış edir. Putin açıq şəkildə bəyan edir ki, Rusiyanın şərtləri birmənalı şəkildə qəbul edilməlidir. Fikrimcə, Rusiya lideri ona görə Türkiyəyə getmədi ki, əvvəla Zelenskini prezident kimi tanımır, ikincisi, şərtlərinin qəbul edilməyəcəyini bilirdi. Putin o halda görüşə qatılacaq ki, şərtlərinin qəbul ediləcəyinə əmin olsun”.

A.Məsiyev onu da dedi ki, Putinsiz Rusiya istəyən böyük güclər, bəzi dövlətlər bunu neçə ildir arzulayırlar: “Ancaq arzularını həyata keçirmək imkanında deyillər. Ehtimal etmək olar ki, Putinin həyatına təhlükə ola bilərdi. Bu, sadəcə, ehtimaldır. Ancaq sui-qəsd ehtimalının olduğundan çəkindiyi üçün Türkiyəyə gəlmədiyi barədə deyilənlərə inanmıram. Digər tərəfdən də, Türkiyə onun təhlükəsizliyini təmin etmək imkanlarında olan dövlətdir. Odur ki, Rusiya liderinin İstanbula getməməsinin səbəbi sui-qəsd ehtimalı deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

20 May 2025 İlham Əliyev Macarıstana GETDİ
20 May 2025 Azərbaycan generalı Britaniya Kralına nə hədiyyə etdi - tarixi FOTOLAR
20 May 2025 Tramp İrəvanı pərt etdi - ABŞ Ermənistanı unudub
20 May 2025 İrandan İrəvana “solaxay” zərbə - Azad Qarabağda...
19 May 2025 Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəldi
19 May 2025 Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - Foto
18 May 2025 Azərbaycanın yüksəlişi: Avropa ancaq Əliyevlə hesablaşır, Paşinyan kölgədə - TİRANA GÜNDƏLİYİ
18 May 2025 Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
18 May 2025 Mehmet Metiner'den AKP'yi Karıştıran Açıklamalar
18 May 2025 ABŞ bununla danışıqları çətinləşdirir - Arakçı
18 May 2025 Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
17 May 2025 Əliyevlə Paşinyan bir arada - Avropadakı görüşün davamı harada olacaq?
17 May 2025 İlham Əliyev Tiranada Rusiyaya qarşı iqtisadi müharibənin strategiya və taktikası müzakirə olunan sammitdə iştirak edir
17 May 2025 Dünya İstanbul danışıqlarına necə reaksiya verir: ilk açıqlamalar
16 May 2025 Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
16 May 2025 Ərdoğan da Albaniyaya getdi
16 May 2025 Səud şahzadəsi Trampın qapısını 600 milyardla döydü: məqsəd nə idi?
16 May 2025 Trampın ən yaxın adamı Bakını nişan verdi
16 May 2025 Türkiyə vasitəçi rolunda: Medinski Hakan Fidanla görüşdən danışdı
16 May 2025 "Hizbullah" və SEPAH arasında təhlükəsizlik narahatlığı: İran geri addım atır?

Dünyapress TV

Xəbər lenti