Ağdaş rayonu Dəhnəxəlil kənd sakini Mahmudova İnci Əlican qızı tərəfindən ölkə rəhbərliyinə müraciət olunub. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluqlar edir ki, buna görə məhkəmə qətnamələri qərəzli olaraq icra edilmir süründürməçliyə məruz qalmışıq. Ağdaş rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnaməsi ilə Məhərrəmov Sübhan Fərzalı oğlu ilə birgə nigahımız pozulmuş, himayəndə olan iki azyaşlı uşağın yetkinlik yaşalrına çatana kimi saxlanılamsı üçün hər ay 160 manat aliment alınaraq mənə verilməsi qət edilmişdir. Həmçinin Ağdaş rayon məhkəməsinin 13.06.2022-ci il tarixli e-2(014)-831/2022 saylı qətnaməsi ilə cavabdeh Məhərrəmov Sübhan Fərzalı oğlundan 38.130 (otuz səkkiz min bir yüz otuz) manat məbləğində pul alınaraq mənə verilməsi qət edilmidşri. Borclu Sübhan Mahmudov məhkəmə qətnamələrini qərəzli olaraq icra etmək istəmir. Baxmayaraq ki, məhkəmə qətnamələrini tam icra etməyə onun geniş maddi imkanı var. Buna baxmayarq Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutaraq borclu Sübhan Mahmudovun barəsində cinayət işinin başlanılmasına açıq-aşkar maneələr yaradır. Çünki onlar anlaşmaya gedib gözdən pərdə asmaq üçün Sübhan Mahmudovun barəsində iki dəfə inzibati qərar çıxarılmışdır. Ancaq borclu bunlardan nəticə çıxarmayaraq məhkəmə qətnamələrini icra etməkdən yenədə qərəzli olaraq boyun qaçırır. Buna görə qanunda nəzərdə tutulmuş qaydada barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanılmalıdır. Ancaq buna Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov maneə yaradır. Hətta biz məhkəmə qətnamələrinin icrası üçün tədbir görülməsini Şaiq Məmmədovdan xahiş etdikdə bizi (məni və atamı) söyüb təhqir edir kobudluq göstərir. Şaiq Məmmədov belə tərbiyəsizliyi tək bizə yox çoxlarına qarşı edir.Bunun subutu kimi təqdim edilmiş videoya baxanda aydın görünür ki, Şaiq Məmmədov cəzasızlıqdan azğınlaşaraq hegomonluq və özbaşınalıqlar edir.Videoda görünən odur ki, Şaiq Məmmədov vəkilin ofisinə gedərək onu təhdid edib nalayiq küçə söyüşlər işlədir.Vəkil vətəndaşın hüquqlarını müdafiə etdiyi üçün göndərdiyi şikayətlərə görə qəzəblənən Şaiq Məmmədov onun ofisinə hücum edib nalayiq söyüşlər işlədir. Ümid verici hal odur ki, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov bu sahədə ciddi islahatlar aparır. İnanıb ümid edirik ki, nazir cənab Fərid Əhmədov bu video faktları obyektiv araşdırıb etik davranış qaydalarını ciddi şəkildə poazan, azğınlaşmış icra məmuru Şaiq Məmmədovun barəsində ciddi tədbirlər görəcək.Nazir cənab Fərid Əhmədovun bu addımı atacağını tək mən yox bütün Ağdaş sakinləri gözləyirlər".
ZƏRURİ QEYD: Vəkilin otağında çəkilən videogörüntüləri araşdırmada maraqlı olan əlaqədar qurum və təşkilatlara təqdim edə bilərik. Gizli çəkiliş olduğundan yaya bilmirik. Dia-az.İnfo olaraq yalnız onu deyə bilərik ki, həqiqətən də Şaiq Məmmədov özünü rəsmən qoçu hiss edir...
Ağcabədi rayonunun Boyad kəndinin Uşaq Musiqi Məktəbinin bir neçə müəllimi sözügedən məktəbdə qanunsuğun olduğunu bildirirlər. Dia-az.İnfo-nun məlumatına görə, onlar qeyd edir ki, bununla bağlı dəfələrlə prezidentə və aidiyyatı qrumlara müraciət etsə də, nəticəsi olmayıb.
Onların iddiasına görə Maliyyə Nazirliyimdən məktəbə yoxlama gəlsə də, obyektiv araşdırma aparmayıb.
Şikayətçilər Uşaq Musiqi Məktəbinin direktorunun fəaliyyətinin təkrar yoxlanılmasını və məktəbdə baş verən qanunsuzluqlar barədə tədbir görülməsini xahiş edirlər.
Abşeron rayonunun Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunlarından bir qrup ziyalılar tərəfindən şikayət.
Bildiririk ki, işlədiyimiz təhsil müəssisəsində hüquqlarımız kobudcasına pozulur və qeyri-qanuni proseslər gedir. Bizlər təhsildə baş verən problemləri işıqlandıramağımızın əsas səbəbi odur ki, artıq bizləri müəllim olaraq işləməkdən iyrəndiriblər. İşıqlandıracağımız bir çox məsələlər var, korrupsiya, təhsil konustusiyasının qanunlarına hörmətsizlik (yəni qanunlara riayət edilməməsi), müəllimə rəhbərlik tərəfindən yuxardan aşağı baxılması, Sertifikasiya və MİQ nəticəsi yüksək olan müəllimlərə Pedoqoji Şurada hörmətsizlik, Dərs bölgüsünün bağlı qapılar ardında keçirilməsi (yəni 1 saat dərsi 100-120 manata satılması yən hər tədris ilinin əvvəlində hər müəllimdən 30-36 saat dərs vermək üçün 1000-1700 manat arası pul alır dərs saatına görə bu isə təxminən 100 min civarında pul deməkdir), məktəbdə fond pulu yığılması (hər ay hər müəllimdən 20 manat), Bəzi texniki işcilərin adı var,lakin özüləri yoxdur, müəllimləri hər il dərs saatlarını vakansiyaya çıxarmaqla hədələməsi hər bir halda bu bir cinayətdir, çünki müəllimlər pul verməyə məcbur olur, əgər verməsə növbəti tədris ili dərs saatı azalacaq və az maaş alacaq.
Bu maaşla ailə saxlamaq olmur, (xüsusilə barmaqla sayılacaq qədər az olan kişi müəllimlərimiz üçün daha faciəvidir), 10-11 siniflərdən məktəbə gəlməmək müqablinda hər bir şagirdin valideynindən hər 2-3 aydan bir 100 manat pul yığılması, xəstə uşaqların dərs pulunun mənimsənilməsi, fakültətiv dərsləri müəllimlərin adına yazaraq mənimsənilməsi (dərs keçirilmir), Zəfər tarixi dərsini məktəbin Labarantların və qeyri ixtisas peşəsinin keçməsi(yəni drektorun hədəsi altında) Müzəffər Azərbaycan xalqına, ordusuna qarşı hörmətsizlikdir, hər il məktəbin təmiri adıyla müəllimlərdən pul yığılması, ən önəmlisi isə Vətənimizin azadlığı uğrunda savaşan məktəbimizin veteran müəllimlərinə dərs saatlarının pulla satılmasıdır. Bu dövlətə və Azərbaycan xalqına qarşı cinayətdir və xəyanətdir.Xəbərdarlıq edilərək şikayət edəcəyimizi bildirsədə Direktor heçkimdən qorxmur. Həmdə karrupsiya yolu ilə əldə etdiyi qazanc sayəsində Bakının mərkəzində özünə 3 bina evi alıbdır. Bütün bunlar bir məktəbdə iyrəncilik yaradır, təhsil sistemin ləkəliyir, hər bir halda bu proseslərlə bağlı qəti tədbir görülməlidir. Ən şərəfli peşə müəllimlik olsada zamanəmizdə bu peşəni ucuza satanlar,aşağı görənlər var. Ancaq artıq müəllimlik peşəsini bu məktəbdə ən ucuz alverçi peşəsinə çeviriblər. Direktor heç bir hüquq qaydalarına riayət etmədən, müəllimlərin dərs saatlarını vakansiyaya çıxarır, halbuki müəllimlərin dərs saatı ilə bağlı imtinası yoxdur. Bu isə müəllimin əmək hüquqlarının kobutcasına pozulmasıdır. Bu cür xoşagəlməz halların olmaması üçün yazıb Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edəsiniz! Mənbə:kaim.az Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq! TEREF
Ölkənin yerli icraedici orqanlarında aparılan antikorrupsiya həbslərinin Bərdə şəhərinə də çatacağı haqda xəbərlər yayılıb.
Reportyor.info-nun məlumatına görə, ötən həftə Ağsu rayon İcra Hakimiyyətində korrupsiya faktı üzrə saxlanılan vəzifəli şəxslərin aqibəti Bərdə RİH-dəki məmurların canına vəlvələ salıb. Xüsusən də icra başçısı Vidadi İsayevlə müavini, daha doğrusu, onunla bütün çirkin maliyyə işlərini faizlə işləyən adamı İlham Məmmədovun “kürkünə birə salıb”. Çünki Bərdə İH hazırda iki nəfərin istilası altındadır. Biri Bərdə hakimi Vidadi İsayevdirsə, digəri dediyimiz kimi, onun olan-qalan müavini İlham Məmmədovdur. İH rəhbəri vaxtilə onunla işləyən, əslində, onlarla müqayisədə Bərdə camaatına ürək qızdıran digər müavinləri yola salıb, indi ikiadamlıq idarəetmə bazarı yaradıb. Ona görə də ətraflarına kimsəni yaxın buraxmayan Vidadi İsayev – İlham Məmmədov tandemi Bərdəni dükana çeviriblər. Bu ticarətdə isə İlham Məmmədovun öz gəlir faizi var, yerdə qalanı təbii ki, özünü padşah görən Vidadi İsayevə çatır. Eyni zamanda, İlham Məmmədov Vidadi İsayevin təkcə rüşvət, “qara dəftər” işlərinin başında getmir, həmçinin, bu illər ərzində başçının tapşırığı əsasında seçki saxtakarlıqlarında xüsusi imzası var. Vidadi İsayevin Bərdə rəhbəri olduğu dövrdə məhz İlham Məmmədov seçkilərin saxtalaşdırılmasını təşkil edib, icra nümayəndələri, seçki məntəqələrinin sədrləri, komissiya üzvləri başçı müavininə biət ediblər. İddialara görə, seçkilərdə onbaşılar, yüzbaşılar İlham Məmmədovun rəhbərliyi altında təşkil olunub. Yəni həm büdcə vəsaitlərinin mənimsənilməsində öz payı var, həm korrupsiya və rüşvət haqq-hesablarında canfəşanlıqla iştirak edib, həm seçki saxtakarlıqlarında müstəsna rolu olub. O baxımdan Ağsudan sonra Bərdədə antikorrupsiya əməliyyatı həyata keçirilərsə, Vidadi İsayev və “sağ əli” İlham Məmmədov məsuliyyətə cəlb oluna bilər.
Artıq bu yoxlamaların və həbslərin Bərdə İH-də təkrarlanacağı barədə sosial mediada iddialar səslənməkdədir. Məlumata görə, icra başçısı Vidadi İsayevin səkiləri, piyada yollarını satışa çıxarması, qanunsuz tikintilərə rüşvət müqabilində şərait yaratması ilə bağlı istintaq materialları, dəlil-sübutdan ibarət dosye hazırlanır. Bu qanunsuzluqlar üzrə toplanan sübutlar və materiallar əsasında Bərdə rayon İcra Hakimiyyətində antikorrupsiya həbsləri olacağı xəbər verilir. Eyni zamanda, yol verilən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı icra başçısı Vidadi İsayevin hazırda vəzifədə olan yeganə müavini İlham Məmmədovun da əməllərinin təftişi gözlənilir. V. İsayevin nə birinci müavini, nə ictimai – Siyasi sektor üzrə müavini postundadır. Onların Bərdədədəki özbaşınalıqlara etirazına görə işindən kənarlaşdırılmasından sonra yalnız sosial-iqtisadi şöbənin müdiri İlham Məmmədov qalıb. Məlumata görə, başçı müavini Vidadi İsayevlə məhz faiz əsasında işləyir və onlar şəhərdə qanunsuz tikintilərə, yaşıllıqların, səkilərin zəbt olunub yerində obyekt inşa olunması cinayətlərinə birgə yol verirlər. Yəni başçı və müavini bölgəni ələ keçirib, onlara Bərdədə mane olacaq qüvvə də hələ ki yoxdur. Ümumən, Vidadi İsayev Bərdə rayonunda abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. Onun 2011-ci ildən indiyədək Bərdəyə rəhbərlik etdiyi dövrdə satmadığı yer qalmayıb. Yerli mənbələr də qeyd edirlər ki, Ağsu rayonundan sonra növbə Bərdənin olmalıdır. Hətta bu əməliyyatın gecikdiyini vurğulayan müşahidəçilərin fikrincə, şəhər əldən gedir, İsayevlə Məmmədovu isə durduran yoxdur. Ona görə təxirəsalınmaz addımlar atılmasına zərurət var.
Ümumiyyətlə, Vidadi İsayevin Bərdədə apardığı talançılıq siyasətində onun sosial-iqtisadi məsələlər üzrə müavini olan İlham Məmmədov hər gün aktiv iştirak edir. İndinin özündə də hər gün otağına bir kitabça ilə daxil olduğu, gündəlik hesablama apardıqları, haradan nə qədər gəlir götürdükləri saf-çürük olunur. Rayonun sosial-iqtisadi sahəsinin inkişafı məqsədilə dövlətin ayırdığı milyonlarla vəsait də bu iki şəxs tərəfindən müxtəlif adlar altında mənimsənilib. Buna misal olaraq kənd təsərrüfatına ayrılan güzəştli kreditləri, subsidiyaları qeyd etmək olar. Əgər belə olmasaydı, İlham Məmmədov 150 minlik maşınları necə ala bilərdi? İlham Məmmədovun Vidadi İsayevə arxalanaraq son 5-6 ildə aqrar sektorun inkişafı üçün Bərdədə tikilən bütün heyvandarlıq komplekslərindən “pay” götürüb. Sahibkarlara verilən kreditlərdən icra hakimiyyəti “şapka” tutub.
Bundan başqa, İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat və Kənan Məmmədovla, onların avtomobil kolleksiyası həmişə gündəm olub.
Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobillər Məmmədovlara aiddir, amma hansı pulla? Hər halda, dövlət maaşına mümkün deyil…
Beləliklə, korrupsiya, seçki saxtakarlığı kimi dövlətə zərər vuran cinayətlərə bulaşmaqla bağlı ittihamlarla üzləşən Vidadi İsayev və İlham Məmmədov üçün sonun başlanğıcı görünməkdədir…
Goranboy rayonunun Tatarlı kəndində su problemi yaşanır. Xüsusilə kənd sakinləri suvarma suyunun yoxluğundan əziyyət çəkirlər.
Bu şikayətlə Bizim.Media-ya bir qrup kənd sakini müraciət edib. Dediklərinə görə kəndin suvarma suyu kəsilib və əkin sahələri susuzluqdan quruyub. Buna səbəb kimi isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığı göstərilir.
Sakinlər dəfələrlə eyni problemin yarandığını bildiriblər:
“Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Artezian quyusu yoxdur. İcra başçısı illərdir müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar?”, - deyə sərnişinlər şikayətlənib.
***
Məsələ ilə bağlı Goranboy Suvarma Sistemləri İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin kənddə 12 ədəd subartizian quyusu inşa edilib:
“Tatarlı kəndində ümumi 620 hektar əkin sahəsi var, orada 12 dənə subartizian quyusu xidmət göstərir. Qaraçay çayından həmin kəndə qol ayrılır ki, bununla da təminat olunur. Əvvəlki illərdə yağıntının az olması səbəbindən Qaraçayda su olmadığı üçün quraqlıq olmuşdu. Amma bu il orada elə bir problem yoxdur, gələcəkdə belə bir problemin yaşanmaması üçün Tatarlı camaatı bizdən iki dənə subartizian quyusuun inşasını istəyir”.
Qazax rayonunun Hüseynbəyli kənd sakinləri icra başçısı Rəcəb Babaşova və rayon məhkəməsinə həddindən artıq qəzəblidirlər...
Poliqon xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoçarxda bildirilir ki, Qazax rayon icra başçısı Rəcəb Babaşov ötən il Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlikdən uzaqlaşdırılan müəlliməni yenidən işinə bərpa edib. Məlumatda qeyd olunur ki, ötən il Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbinin müəlliməsi açıq-saçıq şəkillərini öz şagirdinin telefonuna göndərib və valideynlərin şikayəti üzərindən Elm və Təhsil Nazirliyi də müəllimənin tədrisdən və pedoqoji fəaliyyətdən uzaqlaşdırılması barədə qərar verib.
Məlumatda qeyd edilir ki, Hüseynbəyli kənd sakinləri əmindirlər ki, Rəcəb Babaşov bu addımı təmənnasız atmayıb və icra başçısının təhsil sektoruna bu şəkildə müdaxiləsini tamamilə qanunsuzdur. Çünki tədrisdən uzaqlaşdırılan müəllimə Qazax Rayon Sosial İqtisad kollecinin direktoru Elşad Quliyevin yaxınıdır və öz növbəsində Elşad Quliyev də Qazaxda Rəcəb Babaşovun dostu və yaxın adamı kimi tanınır.
Qeyd edək ki, Poliqon məsələnin təhsil sektoru və cəmiyyətimiz üçün sosial aktuallığını nəzərə alaraq, yayılan məlumatlarla bağlı Elm və Təhsil Nazirliyinə və Qazax rayon İcra hakimiyyətinə sorğu ilə müraciət edib.
Qazax rayon İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki müəllimlərin işə qəbulu və işdən azad edilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də İcra Hakimiyyəti A.Əliyev adına Qazax rayon Hüseynbəyli kənd tam orta məktəbin müəlliminin işdən çıxarılması və işinə bərpa olunması məsələsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etməyimiz tövsiyə edib.
Qeyd edək ki, sorğumuza cavabında Qazax rayon İcra hakimiyyəti videoçarxda səsləndirilən iddiaları, o cümlədən qalmaqalda icra başçısı Rəcəb Babaşovun oynadığı hər hansı bir rolu şərh etməyib.
Elm və Təhsil Nazirliyindən isə bizə bildiriblər ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət edək. Öz növbəsində etik qaydaları pozduğuna görə işdən azad edilən müəlimənin yeni tədris ilində işə bərpa olunmasını nə təsdiq, nə də təkzib edən Regional İdarə iddiaları araşdırılacağını və bizi məlumatlandıracağını qeyd etdilər.
Nəhayət bir gün sonra Qazax-Tovuz Regional Təhsil İdarəsindən sorğumuza aşağıdakı cavab verildi:
“Bildiririk ki, Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini M. T. A qızı (bu inisal şərtidir və Regional İdarənin cavab məktubunda adı keçən müəllimənin adı, soy adı qeyd olunsa da, biz onu dərc etməyi etik bilmirik) ilə bağlanmış əmək müqaviləsinə 04 oktyabr 2023-cü il tarixində vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Bununla bağlı M. T. məkəməyə müraciət edib. Qazax rayon məhkəməsinin qətnaməsinə əsasən o, Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq işə bərpa edilib”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi işdən çıxarılmanın ən riskli və nəticəsinin də olduqca ağır olduğu bir maddədir. Çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsidir ki, bu da işçinin sonradan həmin vəzifədə və ya peşədə çalışmasını imkansız edir.
Maraqlıdır ki, ortada açıq sübutların olmasına baxmayaraq, Qazax rayon məhkəməsi bütün hüquqi prosedurları və mənəvi dəyərləri bir kənara ataraq öz az yaşlı şagirdinə qarşı faktiki olaraq pedoqoqa yaraşmayan hərəkətə yol verən bir müəlliməni işinə bərpa edib və sözü gedən müəllimə hazırda Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq çalışmaqddadır.
Qeyd edək ki, biz bu məsələ ilə bağlı biz e-mehkeme.gov.az saytında Qazax rayon məhkəməsinin qərarını tapa bilmədik. Sonradan öyrəndik ki, qərar məhz iddaçının istəyi üzrə gizli saxlanılıb.
Açığı bildirək ki, Qazax rayon məhkəməsinin bu qərarı əslində Azərbaycanda həm hüquqi qaydaları, həm də təhsildə və ailədə əxlaqi dəyərlərini açıq şəkildə təhlükə altına qoyur və belə hüquqi insidentlər bötövlükdə Azərbaycan cəmiyyətinə və təhsilinə ağır zərbə vurur.
Xatırladaq ki, Hüseynbəyli kənd sakinləri sözü gedən şəkilləri redaksiyamıza təqdim edib və bu şəkillər həqiqətən də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müəlliməni işdən azad etməklə çox doğru qərar verdiyini göstərir.
Lakin “dəvədən böyük fil olduğu” üçün son nəticədə hüququn bu şəkildə çeynənilməsi sözü keçən müəlliməminin Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllimi olaraq çalışmasını təmin edib.
Hüseynbəyli kənd sakinləri isə iddia edirlər ki, müəllimənin işə bərpa olunmasında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birbaşa iştirakı olub.
Hər bir halda qalmaqallı məhkəmə qərarı ilə bağlı Qazax rayon məhkəməsindən normal bir açıqlama gözləyirik...
Naxçıvanın dövlət büdcəsindəki kütləvi yeyintilər bir çox vacib tikintiləri də yarımçıq qoyub. Vəsait çatışmadığı üzündən digər infrastruklarla yanaşı məktəb binalarının tikintisi də dayandırılıb. Onlardan biri də Babək rayonun Hacıvar kənd orta məktəbidir. Kəndin yeganə məktəbi qəzalı vəziyyətdə olduğundan, ötən il sökülüb. Kənd sakinlərinin „Gündəlik Naxçıvan“ verdikləri məlumata görə, sökülən məktəbin yerində tikiləcək yeni binanın bu ilin sentyabrında istifadiəyə verilcəyinə söz verilibmiş. Lakin, hazırda binanın yalnız zirzəmi hissəsi tikilib. Kənd sakinləri deyirlər ki, məcbur qalıb, uşaqlarını qonşu kəndlərdəki məktəblərə göndərirlər: “Tikinti yaxşı başlamışdı, tez bir zamanda fundamenti qazıb, zirzəmisinə kimi tikdilər. Sevinirdik ki, vaxtında başa çatacaq, uşaqlar yollardan yığışacaq. Lakin, zirzəmi başa çatdıqdan sonra tikindi qəfil dayandırıldı. Az qala bir ildir ki, iş görülmür. Hara şikayətə gedirik, bildirirlər ki, büdcədə kəsir var deyə, tikintini davam etdirə bilmirlər. Büdcədə kəsir necə yarana bilər? Təbii ki, özləri yeyirlər. Bunun da əziyyətini uşaqlar, biz valideynlər çəkirik. Uşaqları məcbur qalıb, marşrut tutub, qonşu Badaşqan, yaxud başqa kənd məktəblərinə göndəririrk. Hər uşaq üçün 25-30manat ödəyirik. Elə ailə var ki, 2-3 uşağı məktəbə gedir. Kasıb ailələr də var ki, maddi ehtiyac üzündən uşaqlarını məktəbə qoymurlar. Sonra da dövlət uşaqların gələcəyindən, təhsilindən danışır”. Naxçıvandakı dövlət idarə və müəssisələrin büdcə kəsiri səbəbindən kütləvi ixtisarlara başlayıb. İxtisara düşən işçilər deyirlər ki, məmurlar yedikləri büdcənin kəsirini onların kəsinlən maaşı hesabına doldurmaq istəyirlər. TEREF
DogruXeber.az: - "Oxucularıma bildirirəm ki, Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda 6 aya yaz(dır)dığı dissertasiyasının avtoreferatını əldə etmişəm və hazırda onun əsl müəllifi kimi ehtimal etdiyim bir şəxsin dissertasiyası ilə müqayisə edərək, üslubi ekspertizasını aparıram. Tezliklə Coşqun Dadaşovun bu 6 aylıq dissertasiyasının əsl yazarının kim olduğu bəlli olar. Mən onun elmi seminarda “öz dissertasiyası”nın məzmunu ilə bağlı çıxışının əldə etdiyim videoyazısına baxıb çıxışını gözünü çəkmədən mobil telefondan oxuduğunu görəndə bir daha əmin oldum ki, bu uşaq dissertasiya yazmaqdan çox uzaqdır". Dia-az.İnfo bildirir ki, bunu xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Tibbdə məlumdur və elə cəmiyyətdə də yaxşı bilirlər ki, 6 aylığında doğulan uşaq yaşamır və ölümə məhkumdur. İlkin ötəri baxış göstərir ki, Coşqun Dadaşovun 6 aya yaz(dır)ılan bu dissertasiyası “ölüm”ə məhkum olacaqdır. Dissertasiyanın məzmunu və onun həqiqi müəllifinin kim olmasının müəyyənləşdirilməsi məsələsi ayrı bir yazının mövzusudur və xeyli vaxt tələb edir. Lakin bu iş haqqında indi də müəyyən fikir bildirmək olar.
Dünənki yazımda Coşqun Dadaşovun doktoranturaya 2023-cü ilin sentyabrında qəbul edildiyini xatırlatmışdım. Onu da əlavə edim ki, doktorantlara mövzu verilməsi, elmi rəhbər təyin edilməsi, mövzuların əvvəlcə müvafiq kafedrada, sonra universitetlərin Elmi şuralarında və nəhayət, Əlaqələndirmə şurasında təsdiqi də bir neçə ay vaxt aparır. Bunun üçün minimal vaxt götürsək belə, Coşqun Dadaşovun dissertasiya hazırlamasına cəmi 2-3 ay vaxt qalır.
Avtoreferatda onun dissertasiyanın mövzusu ilə bağlı dərc etdiyi əsərlərin siyahısına baxaq:
1. Maykl Murkok yaradıcılığında bədii eksperiment: magik realizmə dair // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. III Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 5-6 may, – 2020, – s.144-145.
2. Maykl Murkok yaradıcılığında müasir fentezinin modifikasiyası // “H.Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. IV Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2021, – s.240-241.
3. Maykl Murkok romanlarında mifoloji zaman və gerçək dünya // – Bakı: Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), – 2023. № 3(123), – s.249-252.
4. Maykl Murkok romanlarının mifoloji sistemində arxetip obrazlar // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2023. №14, – s.379-386.
5. The artistic embodiment of magical realism Michael Moorcock's creativity // Collected Papers LIX International ScientificPractical conference «EurasiaScience». – Moscow, Russia, – February 15, – 2024, – p.229-231.
6. Mifoloji zaman anlayışı və onun Maykl Murkok yaradıcılığında resepsiyası // Gənc tədqiqatçıların VII Respublika elmi konfransı. – Bakı: Azərbaycan Universiteti, – 15 mart, – 2024, – s.83-85.
7. M.Murkok yaradıcılığında ikili reallıq və zamana səyahət // – Bakı: Qərbi Kaspi Universiteti, Elmi xəbərlər. Humanitar elmlər seriyası, – 2024. №1, – s.57-63.
8. M.Murkok romanlarında skandinav mifləri ilə ədəbi paralellər // – Bakı: Azərbaycan Universiteti, İpək yolu, – 2024, №2, – s.99-106.
9. M.Murkok yaradıcılığının spesifik xüsusiyyətləri: folklormifoloji köklərə qayıdış // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, – 2024. №3, – s.348-355.
10. Interaction of fantasy and postmodernism in the creativity of Michael Moorcock // – Poland, Warszawa, Сolloquium-journal, – 2024. №5(198), – p.29-32.
11. M.Murkok yaradıcılığında yeni dünya modeli: Multidünya konsepsiyası // “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası”. VII Beynəlxalq elmi konfrans. – Bakı: Azərbaycan Dillər Universiteti, – 7 may, – 2024, – s.87-89.
Siyahıdan görünür ki, məqalənin ikisini Coşqun Dadaşov hələ doktoranturaya qəbul edildiyi vaxtdan xeyli əvvəl – 2020 və 2021-ci illərdə yaz(dır)mışdır. Bu o deməkdir ki, artıq həmin dövrdə Kamal Abdullayevin sağ əli kimi fəaliyyət göstərən bu uşaq elə o zaman da dissertasiyasını yaz(dır)mağa başlamışdır, çünki doktorantura öz əllərində, dissertasiya yazan da öz ətraflarında olmuşdur.
Yerdə qalan doqquz məqalənin yaz(dır)ılmasına Coşqun Dadaşov 7 ay, mövzunun təsdiqi və yuxarıda sadaladığım digər prosedurlar üçün tələb olunan vaxtı çıxsaq, 4 ay vaxt sərf etmiş, başqa sözlə, ayda iki məqalə hazırlayıb çap etdirmişdir. Nyutondan oğurlanmış almanın yarısını yedikdən sonra belə sürətlə məqalə yazmaq, əlbəttə, o qədər də çətin olmamışdır.
Əziz doktorant və dissertantlar, Azərbaycan Dillər Universitetinə gəlin və Coşqun Dadaşovun dissertasiya yaz(dır)maq təcrübəsini öyrənin. Maliyyə imkanı olanlar isə Kamal Abdullayevin müdafiəni sürətləndirmək və təşkil etmək imkanlarından da yararlana bilər. Sonra “demədi” deməyin".//dia-az.info
"Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rüşvət və korrupsiya əməlləri, qeyri-qanuni şəkildə əldə etdiyi külli miqdarda vəsaitlər ölkə mediasında daim müzakirə olunan məsələlərdən biridir".
"DogruXeber.az" vildirir ki, bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonr ayazır: "Maraqlıdır ki, Qarabağın bərpasına üçün milyardlıq sərvətindən bir qəpik də olsun vəsait ayırmayan icra başçısı, son 2-3 ildə Birləşmiş Ərəb Əmirliyinə milyonlarla dollar məbləğində vəsait göndərib. Həmin pulla Əmirliyin Dubay şəhərində özünə bahalı mülklər alan icra başçısı, burada biznes şəbəkəsi də qurub. Bura ətir dükanları, bərbərxanalar, orta ölçülü ictimai iaşə müəssisələri və s. daxildir.
Qarabağın dirçəlişində rol almayan, dövlət başçısınımn bununla bağlı çağırışlarını əməli şəkildə dəstəkləmək üçün heç bir təşəbbüs göstərməyən Adil Vəliyevin Birləşmiş Ərəb Əmirliyinə dəyəri milyonlarla hesablanan sərmayə qoyması, icra başçısının milli təfəkkürdən nə qədər uzaq olduğunu göstərir. Bu, həm də Adil Vəliyevin çirkli pulları ölkədən çıxarmaqla qanunsuz yolla əldə etdiyi milyonları qorumaq cəhdindən xəbər verir. Təsadüfi deyil ki, icra başçsı yaxın çevrəsində bu nəhəng biznesi “doğmalarına gün ağlamaq” məqsədilə etdiyini, bununla da “onların gələcəyini düşündüyünü” bildrib.
Onu da qeyd edək ki, Adil Vəliyev həm də ölkəmizdə bahalı avtomobil salonlarının sahibi kimi tanınır. O, ölkə daxilindən də böyük biznesə malikdir ki, bu barədə Azərbaycan mediasında yüzlərlə maqələ, inkaredilməz fotofaktlar yer alıb".
“Vəzifəli şəxslər əlbir olub, hərbi xidmətə yararlı olan Zamiq Mehdiyevi yenidən hərbi xidmətə yararsız hesab ediblər”
Redaksiyamıza Ucar rayon, Rəstəcə kənd sakini Məmmədov Ramil Yasəf oğlunun müraciəti daxil olub. Müraciət müəllifi iddia edir ki, Ucar rayonu Rəstəcə kənd sakini Mehdiyev Zamiq Eldəniz oğlu hərbi xidmətə tam yararlı olduğu halda kimlərinsə, hansısa maraqları səbəbindən hərbi xidmətdən yayındırılır. Biz Yenixeber.org olaraq müraciətdə ittiham olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsindən cavab almağa çalışdıq. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müyyən düzəlişlərlə dərc edirik:
Mənim şikayət ərizəm əsasında Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və Ucar rayonu Rəstəcə kənd sakini Mehdiyev Zamiq Eldəniz oğlunun hərbi xidmətə tam yararlı olması subut olundu. Tərtər Hərbi Prokurorluğunun qərarı icra olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərildi. Ancaq çox təssüf olsun ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən vəzifəli şəxsləri ilə əlbir olub, hərbi xidmətə yararlı olan Zamiq Mehdiyevi yenidən hərbi xidmətə yararsız hesab ediblər. Bütün bunlar isə küllü miqdarda rüşvət hesabına başa gəlib. Çnüki Zamiqin atası Eldəniz Mehdiyev bu barədə rayonda danışıb ki, hərbi prokurorluq pula yaxın durmadı, nazirlikdə həll etdik. Bəli rüşvət hesabına Zamiq Mehdiyev qanunsuz olaraq yenidən hərbi xidmətə yararsız hesab edilmişdir. Bir daha qeyd edirəm ki, Mehdiyev Zamiq Eldəniz oğlu hərbi xidmətə tam yararlı və tam sağlam olsa da Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidməti hərbi həkim komissiyası ilə əlbir olub, onu qanunsuz olaraq hərbi xidmətə yararsız ediblər. Mənim şikayətimdən sonra Tərtər Hərbi Prokurorluğunda araşdırma aparıldı və subut olundu ki, Zamiq Mehdiyev onda olmayan xəstəliyə görə hərbi xidmətə qanunsuz olaraq yararsız hesab edilmişdir. Azərbaycan qanunlarla idarə olunan demokratik dövlətdir, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində güclü ordumuz var. Zamiq Mehdiyev kimi pul gücünə hərbiyə yararsız edilmiş şəxslər qanunlara tabe edilməli, onu hərbi xidmətə yararsız etmiş vəzifəli şəxslər isə qanun qarşısında cavab verməlidirlər. Mən mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham liyevə müraciət edirəm. Sizdən xahiş edirəm şikayətimi obyektiv araşdırıb Mehdiyev Zamiq Eldəniz oğlunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində deyil, Bakı şəhərində ixtisalaşdırılmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edib, hərbi xidmətə göndərilməsinə göstəriş verəsiniz və rüşvət alıb Zamiq Mehdiyevi yenidən qanunsuz hərbi xidmətə yararsız edən vəzifəli şəxslərin barəsində qanunu və ciddi tədbirlər görəsiniz.
Yazıda adları keçənlərində açıqlamasını dərc etməyə hazırıq.