Ardını oxu...
Son günlər kərə yağının bahalaşmasından şikayət edirlər. Mən evdə Təbrizin istehsalı olan "Şekilli" və "Pegah" yağlarından istifadə edirəm. Bir ay öncə 15 manata aldığım yağ indi 23-25 manat olub.
İranda müəyyən bahalaşma var. Amma bu 50-60 faiz yox, 10-12 faizdir. Yəni, bir ay bundan öncəyə qədər İranda adlarını yazdığım kərə yağının topdan qiyməti 9,50-10 manat idisə, hazırda bu rəqəm 11-12 manat təşkil edir.
TEREF yazır ki, bunu JAMAZ.info saytının baş redaktoru Fikrət Fəraməzoğlu öz sosial şəbəkə səhifəsində yazıb. Fikrət bəy daha sonra yazır:
Bəs, necə olur ki, cəmi 560 km yol gələn məhsul Azərbaycanda iki dəfədən çox bahaya satılır? Bəziləri sahibkarları möhtəkirlikdə ittiham edə bilər. Əslində isə günahı sahibkarda yox, həşəmətli Gömrük Komitəsi və AQTA-da axtarmaq lazımdır.
Məsələ belədir: AQTA hər mal çeşidi üzrə icazənin verilməsini 400 manatdan 1000 manata qaldırıb. Bu o deməkdir ki, əgər bir maşında 6-7 çeşid mal olarsa, sahibkar əlavə olaraq 6-7 min manat ödəməlidir. Gömrük Komitəsi isə ƏDV və gömrük rüsumlarını toplam 36 faiz saxlasa da, o qədər kənar xərclər yaradıb ki, bu rəqəm 55-60, bəzən 100 faizə qədər yüksəlir. Məsələn, hər maşına görə, tələb olunan 1500-2000 manat pul 4500-6000 manata qədər artırılıb. Bundan başqa, yük maşını gömrüyün həyətində qalarsa, günlük əlavə 150-200 dollar tələb olunur. Əvvəllər bu 100 manat idi.
Bəli, bir də işin içinə Səhiyyə Nazirliyi də daxildir. Nazirlik xaricdən gətirilən bütün mallar üzrə (hər ada görə) illik icazə verməlidir. Bir də kvota müəyyənləşdirmək haqqına sahibdir. Bu işin icrası isə Respublika GEM-ə tapşırılıb. Yəni, sahibkar AQTA, DGK ilə yanaşı SN-in də bığının altından keçməlidir.
Əlaqədar təşkilatlaında mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 


 
Ardını oxu...
Yeni Ramana kimi tanınan qəsəbədə acınacaqlı vəziyyət hökm sürür. Suraxanı və Sabunçu rayon icra hakimiyətləri isə qəsəbədəki problemləri həll etmək əvəzinə günahı bir-birinin üstünə atır.

Tribunainfo.az xəbər verir ki, illərdir yiyəsiz qalan qəsəbəyə hansı rayon icra hakimiyyətinin baxmalı olduğu müəyyənləşmir. Məhz bu səbəbdən də qəsəbənin problemləri hər gün daha da artır.

Qəsəbə sakinləri bildirib ki, hava limanından cəmi 2-3 km aralıda yerləşən qəsəbədə işıqlandırma yoxdur. 50-dən çox ailə yaşayan qəsəbənin yollar bərbad olduğu üçün əraziyə nəinki taksi, hətta təcili yardım maşını da gəlmir. Sakinlər bildirib ki, asfalt problemi həll edilmir. Zibil qutuları da yoxdur.

Sakinlərin adı çəkilən rayon icra hakimiyyətlərinə, həmçinin aidiyyəti bələdiyyələrə və təsərrüfat xidmətlərinə müraciətləri nəticəsiz qalır.

Qeyd edək ki, evlərin “kupça”sına əsasən ərazi Suraxanı rayonu sayılır, amma kommunal xidmət haqları Sabunçu rayonunun aidiyyəti idarələrinə ödənilir.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu günə qədər daha çox bahalı məhsulları ilə diqqətləri cəlb edən və sözün açığı, həm də keyfiyyət normalarına riayət etməsi ilə fərqlənən marketlərdən biri - GRANDMART supermarketlər şəbəkəsinə də deyəsən, göz dəydi... "DİA-AZ" bildirir ki, hər halda, bu gün sözügedən ticarət obyektində "Сладкино" markası adı altında satışa çıxarılan "Südlü Bulka"lar açıq-aşkar təhlükə mənbəyidir. Onu da vurğulayaq edək ki, məhsulun arxasında sifarişçi olaraq GRANDMART şəbəkəsi xüsusi olaraq vurğulanıb.

Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial şəbəkəsində giley edən valideynlərdən biri digər ata-anaları da xəbərdar etməklə yanaşı, hər kəsi ehtiyatlı olmağa da səsləyir.

Narazı vətəndaş yazır: "Balaca övladınız varsa, ehtiyatlı olun...

Saxlama müddəti bitməmiş paketdə kiflənib.

Qeyd edim ki 3 gündür alınıb mağazadan..."

Uyğun fotoları təqdim edirik...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hər halda, qarşı tərəf iddia edə bilməz ki, müştəridədir günah... onun evindəki şərait səbəbindən kiflənmə baş verib. Narazı vətəndaş aşkar şəkildə qeyd edir ki, paket açılmayıb. Deməli, məsələ yenə də saxlama müddətinin saxta yollarla dəyişdirilməsi ehtimallarına bağlıdır...
 
Ardını oxu...
Dövlət satınalmalarında fəal iştirak edən və iri məbləğli tenderlərin qalibi seçilən şirkətlərdən biri də "ZN Trade" MMC-dir.

Qaynarinfo-nun məlumatına görə, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan və yerli mediada müəmmalı şirkət kimi təqdim edilən "ZN Trade" MMC təkcə cari ildə 8 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 24 556 359,17 manatdır.

Şirkət sonuncu dəfə Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin reabilitasiya vasitələri və yarımfabrikat protez mallarının satın alınması bağlı keçirdiyi tenderin qalibi seçilib. "ZN Trade" MMC-nin bu tender üzrə qiymət təklifi 649 107,23 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxs şirkəti təmsil etsə də, sahibi deyil.

"ZN Trade" MMC-nin sahibi kimi olmasa da, himayədarı qismində iki məmurun adı çəkilir. Onlardan biri Naxçıvan MR-nin baş naziri Ceyhun Cəlilov, digər isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.
Ardını oxu...
Ceyhun Cəlilov

Ceyhun Cəlilov Naxçıvan MR-in baş naziri vəzifəsinə təyinat almazdan əvvəl muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Mediada yer alan iddialara görə, məhz onun nazir olduğu dönəmdə "ZN Trade" MMC dövlət satınalmalarında iştirak etməyə başlayıb və 14 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 943 294 manat təşkil edib.

Şirkətin hazırda da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilməsi Ceyhun Cəlilov faktoru ilə izah edilir.

Anar Bayramova gəlincə, "ZN Trade" MMC ilə onun adının hallanması Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin 12 milyonluq tenderində qalib gəlməsindən sonraya təsadüf edir.
Ardını oxu...
Anar Bayramov

Ümumiyyətlə, "ZN Trade" MMC-nin qalib gəldiyi tenderlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumların keçirdiyi satınalma müsabiqələrdir. Bütün bunlar "ZN Trade" MMC-nin heç də adi sahibkarlardan birinə məxsus olmadığına dair şübhələri artırır.
 
 
 
Ardını oxu...
Azərbaycanda inhisarçılığın yaranmasında və yaşamasında dövlət qurumlarının, ayrı-ayrı nazirlik və idarələrin, nazir və məmur-oliqarxların xüsusi xidməti var. Özü də bu inhisarçılıq təkcə hansısa mal və materialların, məhsulların idxalı, satışı və istehsalında deyil, həm də xidmət sektorunda özünü göstərir. Bu da dövlət qurumlarının keçirdiyi tenderlər və satınalmalardan açıq şəkildə görünür.

Məsələn, Azərbaycanda “Caspel” adlı İT xidmətləri üzrə “tender kralı” şirkət var. Hazırda sözügedən şirkətin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Bu şəxs sabiq Vergilər naziri, mərhum Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu şirkət “Caspel Holdiq”ə bağlıdır.

“Caspel” yarandığı ilk dövrlərdən – 2005-ci ildən F.Məmmədovun şirkəti kimi tanınıb və əsasən ölkəyə kassa aparatlarının gətirilməsi sahəsindəki inhisarçılığı ilə seçilib.

2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, on milyonlarla manat əldə edən “Caspel”in arxasında F.Məmmədovun durduğuna həmin vaxt heç kim şübhə etmirdi. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini olub.

Ancaq şirkət yalnız kassa aparatlarının satışı ilə məhdudlaşmayıb və daha böyük işlərə - dövlət satınalmaları və tenderlərə girişib. “Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar “Caspos”(Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir), “Setclapp”( Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir), Clip TV(İnternet, kabel tv və İP TV xidmətləri təklif edir) və “Telcas” şirkətləridir. Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər. Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb. “Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmətlər göstərib. Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı məlumat tapmaq çətindir.

Bundan əvvəl mətbuatda dərc edilən iddialara görə, dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Buna baxmayaraq, mətbuatda dərc edilən materiallardan aydın olur ki, 2010-2021-ci illər aralığında dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.

Rəsmi məlumatlara görə isə 2019-2024-cü ilin aprel ayına qədər şirkət dövlət qurumları ilə ümumi dəyəri 43 milyon 680 min manatdan artıq olan tender müqavilələri imzalayıb. O da qeyd olunur ki, “Caspel” bu müqavilələri külli miqdarda vergi borcu ola-ola imzalayıb ki, bu da qanunvericiliyə ziddir.

Məsələnin digər maraqlı tərəfi odur ki, Azərbaycanda çoxsaylı İT şirkətləri və bu sahəyə aid xidmətlər göstərən digər şirkətlər ola-ola əksər qurumların məhz “Caspel”-ə tender qazandırması ilk növbədə İqtisadiyyat Nazirliyini narahat etməlidir. Çünki inhisarçılıq və “kölgəli tenderlər” ilə mübarizə məhz bu nazirliyin əsas vəzifələrindən biri olmalıdır. Lakin nə qədər qəribə görünsə də “Caspel” elə bu nazirliyin özünün tenderlərinin əsas qalibidir. 1 yanvar 2023-cü ildən 2024-cü ilin oktyabr ayına qədər "Caspel" şirkəti İqtisadiyyat Nazirliyinin İT müqavilələrinin 64%-ni (yəni demək olar ki, üçdə ikisini) əldə edib. Bu da ümumilikdə 50 milyon manatın 32 580 000 manatını təşkil edir. Özü də bu, cəmi 1 il 9 ay ərzində olan göstəricidir.

Aşağıda verdiyimiz cədvəldən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda "Caspel"-dən başqa İT şirkəti yoxdur. Tenderlərin şəffaf keçirildiyi halda bir şirkətin bu qədər tenderi udması yumşaq desək, inandırıcı görünmür. Ancaq Azərbaycandakı tender və satınalmalar reallıqlarını nəzərə alanda burada qeyri-adi heç nə yoxdur – kim dövlət qurumları ilə “vaxtında dil tapıbsa”, qalib də odur...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Azərbaycan fövqəladə hallar yaşanan ölkə olmasa da, burada Fövqəladə Hallar Nazirliyi var. 2006-ci ildə yaradılan nazirlik fəaliyyətə başlayandan hər dəfə bir "fövqəladə hal" baş verir. Sonuncu belə "fövqəlhadisə" Bakının Sabunçu rayonundakı tuneldə oldu - yağış suları doldu və çörəkpaylayan iki gənc boğulub həlak oldular. Ancaq FHN xilasediciləri günyarım sonra onların cəsədlərini aşkarlaya bildilər. Daha bunun harası Fövqəladə Hallar Nazirliyi oldu? Məsələn, hazırda İspaniyada qasırğanın gətirdiyi daşqınlar nəticəsində yaşanan fəlakətə, ölənlərə baxırsan, bir də Bakıya düşən "normadan artıq" yağış nəticəsində yaranmış mənzərəyə - tunellərə, keçidlərə, küçə və prospektlərə, ən nəhayət, adi bir yağışla dolmuş tuneldə iki nəfərin xilas edilməməsinə... Hansıdır fəlakət? Hansını fövqəladə hadisə adlandırmaq düzgün olardı? Keçmiş deputat Etibar Hüseynovun sözü olmasın, "fövqəlnazir" Kəmaləddin Heydərov genələ-genələ gəzir, heç Qarabağ fatehləri olan generallar belə yerimir, amma onun nazirliyi iki kasıb gənci tuneldən çıxara bilmir. Üstəlik, cəmiyyətdə belə şayiə yayıblar ki, guya həlak olanlar - Şirinov Elnur və Abbasov Köçəri özləri tuneldən çıxmaqdan imtina ediblər. Bəs, FHN xilasediciləri niyə onları çıxmağa məcbur etməyiblər? Necə ki, kimsə intihara cəhd edəndə onu fikrindən daşınmağa və əməliyyat keçirib özünü atmaq istədiyi hündürlükdən aşağı endirməyə nail olurlar, eləcə də tunelin yağış suları ilə dolmağa başladığını görən "fövqəlnazir"in əməkdaşları hər iki şəxsi oradan çıxmağa zorla məcbur etməliydilər. Biz xilasedicilərimizin də əməyini yerə vurmuruq, onların Azadlıq prospektində bina yananda, müxtəlif yanğın hadisələrində necə fədakar olduqlarını görmüşük, lakin yağışa görə iki nəfərin boğulmasına FHN-nin belə reaksiyası artıq ciddi bir məsuliyyətsizlik faktıdır.
Ən dəhşətlisi odur ki, indiyə qədər nə FHN açıqlama yayıb, nə səbəbinə aydınlıq gətirilməyib. Sanki tuneldə iki insan boğulmayıb. Hadisənin üstündən sükutla keçilməsi göz qabağındadır. Çünki araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat verilmir. Bundan əlavə, FHN rəhbəri Kəmaləddin Heydərov Bağırov körpüsündə dayanıb suyun tuneldən çəkilməsinə tamaşa etməkdənsə, boğulan iki gəncin ailəsini ziyarət edə bilərdi. Ümumiyyətlə, nazir Heydərov baş verən bu hadisə barədə açıqlama belə vermədi. Axı bu ölkədə nə zaman səlahiyyət sahibləri öz işlərini görəcəklər? Nə zaman özlərində cavabdehlik hiss edəcəklər? Nə zaman xalqa hesabat və izahat verməli olduqlarını qəbul edəcəklər? Sanki belə də olmalı imiş və məmurlar öz sahələrinə aid hər hansı hadisə olanda xalqın qarşısına çıxaraq cavab verməli olduqları öhdəliyini unudurlar. Yəni bu saymazlıq, biganəlik və xalqa hörmətsizlikdir. Fakt iki gənc boğulub və ailələrinə başsağlığı da verilmədi. Heç olmasa, nazir Kəmaləddin Heydərov bu iki kasıb insanın ölümünə görə həm FHN-də məsuliyyət yiyələrini cəzalandıra bilərdi, ən azı ictimaiyyətin gözünə kül üfürmək üçün, həm də onların ailələrinə baş çəkə, maddi yardım göstərə bilərdi. Ancaq başadüşüləndir, bir ölkəninki nazirliyində xidməti otağında polkovnik qadınlarla intim əlaqədə olur və onu videoya çəkir, bir nazirlikdəki xınayaxdı keçirilir, daha nə gözləyəsən?! Ona görə də iki gəncin ölümünə "fövqəlnazir"in olmayan reaksiyası təəccüblü deyildi. Ümumiyyətlə, bu ölkədə Fövqəladə Hallar Nazirliyinə zərurət görünmür. Belə böyük binanın saxlanmasına, izafi xərclərə nə ehtiyac var? Əslində zaman-zaman nazirliyin ləğvi ekspertlər tərəfindən gündəmə gətirilib, sadəcə, Yanğından Mühafizə Xidmətinin fəaliyyəti təklif edilib. FHN əsgərləri isə Müdafiə Nazirliyinə tabe etdirilə bilər. Çünki yanğın, sel, daşqın və s. hadisələr olanda onsuz da onlar əraziyə cəlb olunurlar, bunu da bir idarə kimi saxlamaqla etmək mümkündür, nəinki zırıltı bir binaya FHN rütbəlilərini yığaraq büdcədən bu qədər vəsait xərcləməklə...

Anaxeber.info
Ardını oxu...
Bəs Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu nə düşünür?
Keçmiş baş prokuror Zakir Qaralovun himayə etdiyi "Akkord" şirkəti aktiv fəaliyyətdə olduğu 2018-ci ilədək olan müddət ərzində yol istismarı adı ilə Mərkəzi Bankdan 100 milyona yaxın kredit götürüb və hələ də həmin məbləği ödəməyib.

Bu barədə banka yaxın mənbə "Arqument.az"a danışıb.

Onun sözlərinə görə, həmin mənimsənilmiş milyonlar dövlət vəsaitidir.

Qanunvericiyə görə, Mərkəzi Bank hansısa quruma və ya şəxsə birbaşa özü kredit verə bilməz. Ona görə də "Zaminbank” ASC vasitəsilə 2012-ci ildə səhimlərinin böyük hissəsi "Akkord" şirkətinə məxsus olan "Doch Fasad” üçün 20 milyon manat kredit ayrılıb.

"Doch Fasad” şirkətinin səhimlərinin 80 faizi "Akkord"a, 20 faizi isə alman iş adamına məxsus olub: "Mərkəzi Bank tərəfindən ayrılmış bəhs etiyimiz kredit müqabilində hansısa girov götürülməyib. Bu da özlüyündə ciddi qanun pozuntusudur. Kredit Balaxanıda Zavodun tikintisi üçün ayrılmışdı. Həmin zavodun tikintisi üçün əlavə olaraq İqtisadiyyat Nazirliyindən də 3 milyon manat ayrılıb. Baxmayaraq ki, "Zaminbank" ASC 2016-cı ilin 22 iyul tarixində bağlanıb, bu vaxta qədər nə götürülmüş borc qaytarılıb, nə də kredit faizləri".

Bildirilir ki, hazırda "Zaminbank"a kredit faizləri ilə birlikdə olan borc 22 milyon manatdır.

Bununla yanaşı, Mərkəzi Bankın girovsuz verdiyi vəsaitləri geri almaq öhdəliyi həm Əmanətlərin Sığortalanması Fondunun, həm də özünün üzərinə düşür:

"23 bankın bağlanması işində əsas rollardan birini oynayan keçmiş Mərkəzi Bankın sədri Elman Rüstəmov və keçmiş Baş Prokuror Zakir Qaralov qanunsuz yollarla aldıqları kreditleri niyə qaytarmırlar? Niyə hətta məhkəmə qərarı ilə müsadirə olunmuş və Ali Məhkəmənin yekun qərarı ilə təsdiqləndiyi halda "Zaminbank"ın əmlakları hərraca çıxarılaraq dövlət vəsaiti ödənilmir? Mərkəzi Bank bağlanmış banklarda olan borclarının alınması istiqamətdə nə işlər görür? Girovlar niyə hərrac yolu ilə satılaraq kredit borcları bağlanmır?".

Mənbə bildirib ki, keçmiş Baş prokuror Zakir Qaralov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 100 milyon manatadək krediti girov qoymadan banklardan götürüb: "Zakir Qaralov Elmar adlı qaynı Qazaxıstanda biznes qurmaq üçün həmin kreditin bir hissəsini istifadə edib".

"Akkord" şirkəti ilə yanaşı bu istiqamətdə araşdırma aparmaq üçün Mərkəzi Banka və Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilib.

Əmanətlərin Sığortalanması Fondu nə deyir?

Əmanətlərin Sığortalanması Fondundan verilən açıqlamada bildirilir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır:

"Həmin norma banklara münasibətdə deyil, birbaşa hüquqi şəxslərin ləğvi ilə əlaqədar nəzərdə tutulmuşdur. Bank sahəsi spesifik sahə olduğuna görə, eyni hüquq münasibətlərini tənzimləyən konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir. Bu səbəbdəndir ki, bankların müflis elan edilməsi ilə əlaqədar olaraq ləğvetmə prosesinin tənzimlənməsi birbaşa olaraq "Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Müflis elan olunan bankın vəziyyəti digər əsaslarla ləğv edilmiş bankların vəziyyətindən daha mürəkkəb olduğundan, bank öz öhdəliklərini tam yerinə yetirməyə qadir olmadığından, onun ləğvinin xüsusi prosedur qaydası, kreditorların tələblərinin qəbulu və təsdiqinin fərqli şərtləri, tələblərin ödəniş növbəliliyi həmin Qanunda müəyyən edilib".

"Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən, "Zaminbank” ASC məcburi qaydada ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən "Zaminbank” ASC-nin ləğvedicisi təyin edilib. Həmin Məhkəmənin 19.09.2016-cı il tarixli, 2-1(81)-3620/16 nömrəli qərarı ilə ”Zaminbank” ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılıb. Bank məhkəmə qərarı əsasında müflis elan edildikdən sonra Bankın aktiv fəaliyyət göstərdiyi müddət ərzində bağladığı müqavilələrin icra olunması, aktivlərin realizəsi, kredit yığımlarının həyata keçirilməsi, borcalanların öhdəliklərinin tam icra edilməsi üçün Bankın ləğvetmə prosesinin yekunlaşması uzun müddət tələb edir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə öhdəliklərin icra edilməsi müddəti müəyyənləşdirilib", - deyə məlumatda vurğulanır.

"Əlavə etmək istərdik ki, Qanunun 82.1.2-ci maddəsinə əsasən, LPO "Zaminbank” ASC üzrə hazırda fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Belə ki, Fond tərəfindən ümumilikdə 76.594.114 manat məbləğində vəsait Bankın əmanətçilərinə kompensasiya edilmiş və hazırki tarixədək reqres tələbindən irəli gələrək 60.728.797 manat məbləğində vəsaitin Fonda qaytarılması təmin edilib. Qanunun müddəlarına əsasən, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq açıq hərracda satılır. Lakin Məhkəmə qərarı əsasında müsadirə olunmuş əmlak (lar)ın sərəncamvericisi qismində ləğvedici çıxış etmədiyindən belə əmlakların özgəninkiləşdirilməsi Fondun səlahiyyətləri xaricindədir. Hazırda sadəcə sorğuda adı çəkilən hüquqi şəxs barəsində deyil, həmçinin LPO "Zaminbank” ASC-nin digər borcalanlarının kredit yığımlarının həyata keçirilməsi istiqamətində məhkəmə və icra orqanları ilə sıx qarşılıqlı əlaqə şəraitində işlər davam etdirilir", - deyə Fondan belə bildirilib.

Aydın görünür ki, Əmanətlərin Sığortalanması Fondu məsuliyyəti öz üzərindən ataraq ümumi sözlərlə məsələyə münasibət bildirib.

Mərkəzi Bank isə belə deyir...

Mərkəzi Bank da təxminən oxşar açıqlama verib və problemi həll edəcəyini deyir: "Ləğv prosesində olan "Zaminbank” ASC ilə bağlı daxil olan sorğunuz üzrə bildiririk ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (Məhkəmə) 22 iyul 2016-cı il tarixli qərarına əsasən "Zaminbank” ASC (Bank) məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (Fond) 24 iyul 2016-cı il tarixdən Bankın ləğvedicisi təyin edilib. Məhkəmənin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə Bank barəsində iflas proseduruna başlanılıb".

"Bankın idarə olunması üzrə bütün səlahiyyətlərin həyata keçirilməsi, bankın aktivlərinin idarə edilməsi, kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi, eləcə də bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlərin görülməsi, bankın aktiv və öhdəliklərinin satışının və ya köçürülməsinin həyata keçirilməsi "Banklar haqqında” Qanunun (Qanun) 71.7-ci maddəsinə müvafiq olaraq ləğvedicinin (Fond) səlahiyyətindədir. Qanunun 71.4-cü maddəsinə uyğun olaraq ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bank ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir", - deyə məlumatda qeyd olunur.

Apardığımız araşdırmalara görə, "Zaminbank" ASC-nın Mərkəzi Banka 83 milyon manat borcu var. Eyni zamanda, 187 milyon manatdan çox dəyəri olan və məhkəmə qərarı ilə müsadirə olunmuş əmlakı var.

Amma Mərkəzi Bank bu araşdırmanın nəticələri ilə razılaşmır: "Müsadirə edilmiş əmlakların dəyəri ilə bağlı müraciətinizdə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Qanunvericiliyə uyğun qaydada kreditlərin təminatı olan Bankın balansında olan əmlakların satışı üzrə lazımi tədbirlər Fond tərəfindən, digər əmlaklara münasibətdə isə Mərkəzi Bank tərəfindən hüquqi tədbirlər görülməkdədir. Cari dövrədək vətəndaşların qorunan əmanətlərinin kompensasiya olunan hissəsinin 99%-i (2084 nəfər müştəri üzrə 76.594.114 manat) ödənilib. Ödənilmiş kompensasiya məbləğinin təqribən 60 milyon manat məbləğində hissəsi Bankın aktivlərinin yığımı və satışı nəticəsində bərpa edilib. Qanunun 82-ci maddəsinə əsasən Bankın Fond qarşısında olan öhdəliyinin tam şəkildə icrasından sonra digər növbəliklər üzrə tələblərin ödənişi davam etdiriləcək".
 
 
 
Ardını oxu...
"Elxan İsmayılov Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə 2 il öncə rəis təyin olunandan sonra müəssisədə kütləvi ixtisarlar, maxinasiyalar, özbaşnalıqlar baş verməyə başlayıb". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bildiyimiz kimi, Dəmir Yollarında yenidənqurma işləri gedir. Bu işlər “Kolin” tikinti şirkəti tərəfindən həyata keçirilir. Elxan İsmayılov öz şəxsi 40 000 (qırx min) manatlıq traktorunu şrkətə icarəyə verib, onlarda aylıq 4000 manat pul alır. Görəsən, cəmi 2 ildir təyin olunmuş rəis nə qədər pul qazanıb ki, qırx minlik traktor ala bilib?!
Ardını oxu...
Bu traktor əmək haqqı ilə alınıb?! Yenidənqurma işlərini əslində “Kolin” şirkəti həyata keçirməlidir, lakin Elxan İsmayılov tabeçiliyində çalışan sahənin işçilərini məcburi
əməyə cəlb edir və onlara bu işləri görə əmək haqqı ödəmir. Sahədə fəaliyyət göstərməyən sexlər mövcuddur. Onlardan bri “Çeşidləmə təpəsi” adlı sexdir. Çeşidləmə təpəsinin fəaliyyət göstərməsi üçün , nə yol, nə yol dəyişənlər, nə də kommunikasiya qurğuları mövcud deyil. Buna baxmayaraq sexdə bir neçə işçinin adı gedir, əmək haqqı alırlar. Onlardan biri Almaz Əliyevadır, sahənin keçmiş insan resursları üzrə mütəxəssisi ( heç bir ali təhsili yoxdur).

Törətdiyi korrupsiya əməllərinə görə tutduğu vəzifəsindən azad edilib. Lakin, Elxan İsmayılov və onun yaxın dostu xidmət rəisi Qəzənfər Abduləzimov onu həmin bu fəaliyyət göstərməyən sexdə elekrik mexaniki vəzifəsinə təyin ediblər. Eləcədə A.Əliyevaya imkan yaradılıb ki, o yenə insan resurslarına aid otaqda oturaraq öz köhnə fəaliyyəti ilə məşğul olsun. Sexin “böyük mexaniki” Eşqəli Quliyev isə Elxan İsmayılovun ailəsinin şəxsi sürücüsü kimi fəaliyyət göstərir. Sexin digər “mexaniki” İlyas Şamilov isə Almaz Əliyevanın sürücüsüdür. Onların idarə etdiyi avtomobillər isə xidməti avtomobillərdir və əslində Biləcəri sahəsinə aiddir və orada qarajda saxlanılmalıdır. Lakin Qəzənfər Abduləzimov və Elxan İsmayılov dövlət müəssəsini və dövlət əmlakını istədikləri kimi idarə edirlər.

Eləcə də İşarəvermə və rabitə xidmətinin insan resursları üzrə baş mütəxəssisi Almaz Əliyeva ilə əlbir olan Sevinc Məmmədovada vəzifəsindən azad edilmişdi. Lakin 3 aydan sonra yenə öz işinə qayıtdı. Görəsən bu maxinasiyalar törətmiş qadınları niyə himayə edirlər. Çünki onlar sahə və xidmət rəislərinin qara kassalarıdır. Sahənin işçiləri, Almaz Əliyevanın vəzifəsindən azad olunduğu halda, niyə qeyri-qanuni olaraq insan resursları kimi fəaliyyətinə davam etdiyini xəbər aldıqa, Sevinc Məmmədova cavab verib ki: “Sizin nəyinizə lazımdır, kim harada oturub, nə iş görür?! Rəhbərlik özü bilər hansı işçini harada oturdur. Siz rəhbərliklə rəhbərlik edəcəksiz?”

Görəsən, rəhbərliyə kim icazə verib ki, qeyri-qanuni hərəktlər etsin?! Məgər bunlar ölkənin qanunvericiliyini saymırlar? Gördüyünüz kimi bu qurumda qanunun aliliyinə
hörmət edilmir. Bu yəqin ki, özbaşınalığın son həddidir. Deyəsən, Azərbaycan Dəmir Yolları QSC başqa ölkədir və onun Azərbaycan Respublikasının qanunlarından fərqli öz qanunları var..."

DAVAMI MÜTLƏQ VAR...
 
 
 
Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Yaşıllaşdırma İdarəsi yenə də yaşıllıqların salınması ilə bağlı tender elan edib.

Qaynarinfo xəbər verir ki, bu dəfə də tenderin qalibi "Saffari Plus" MMC seçilib. Şirkətin qiymət təklifi 294 292 manat olub.

"Saffari Plus" MMC cari ilin avqust ayının 12-də də Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin eyni tenderi üzrə qalib seçilmişdi. Şirkətin həmin tender üzrə qiymət təklifi 293 230 manat olmuşdu.

Ötən il isə "Sffari Plus" MMC Sumqayıt MKTİB-nin 3 tenderinin qalibi seçilib. Bu tenderlər də yaşıllıqların salınması ilə bağlı elan edib. Satınalma müqavilələrin ümumi maliyyə dəyəri 855 382 manatdır.

"Sffari Plus" MMC 26 yanvar 2023-cü ildə vergi qeydiyyatına alınıb. Aydın olur ki, şirkət bir neçə ay sonra tenderlərdə iştirak etməyə başlayıb və əsasən Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi seçilib. Bu da şirkətlə bağlı müəyyən şübhələrə yol açır.

"Saffari Plus" MMC-nin qanuni təmsilçisi Zeynalova Nuranə Şahin qızıdır. Araşdırmalarımız zamanı məlum olub ki, o, həm də "4 MM Aqro" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də "Saffari Plus" MMC ilə eyni gündə vergi qeydiyyatına alınıb.

Maraqlıdır ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adıçəkilən şirkətlərin hüquqi ünvanı qeyd edilməyib.

Açıq mənbələrdə "Saffari Plus" MMC və "4 MM Aqro" MMC barəsində heç bir məlumata rast gəlinmir. Nuranə Zeynalova haqqında hər hansı məlumat yoxdur. Bu isə şirkətlərin sadəcə tender əməliyyatları üçün yaradıldığını, Nuranə Zeynalovanın isə təmsilçiliyinin formal olduğuna aair şübhələri artırır.

Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı isə Zakir Fərəcovdur.

Qaynarinfo
 
Ardını oxu...
Baş məsləhətçinin COP29 ərəfəsində xaricə üz tutmasına səbəb nədir?

Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nurlan Həsənov Sloveniyaya gizli səfər edib. İcra başçısı Abdin Fərzəliyevin sağ əli olan Nurlan Həsənovun COP29 ərəfəsində “qürbətə” üz tutmasının səbəbləri isə olduqca ilgincdir.

COP29 vacibdir, pul isə ondan da vacib...
Bu barədə TEREF-ə göndərilən məqalədə deyilir.

Müəllif məqalədə daha sonra yazır: Nurlan Həsənovun Sloveniya səfərində əsasən iki məqsəd var ki, bunlardan biri baş məsləhətçinin bu ölkədə Azərbaycan pulları hesabına qurduğu böyük biznes şəbəkəsidir. Uzun illərdir ki, ölkədən külli miqdarda valyuta çıxaran və bu pullarla Avropanın bir sıra ölkəsində, o cümlədən Sloveniyada cah-cəlal quran Nurlan Həsənov, Qərb ölkələrində öz biznes imperiyasını sürətlə genişləndirməkdədir. Baş məsləhətçinin COP29 ərəfəsində Sloveniyaya gizli səfəri də sahibi olduğu biznesin mövcud durumunu yerindəcə yoxlamaq, biznes siyasətində müəyyən dəyişikliklər etmək istəyi ilə bağlıdır. Görünən odur ki, başda Prezident İlham Əliyev də daxil olmaqla bütün ölkənin COP29 tədbirlərinə səfərbər olduğu bir zamanda, Nurlan Həsənov şəxsi biznesinin qayğısına qalmağı daha vacib hesab edir. Görünür baş məsləhətçi COP29-u vacib hesab etsə də, şəxsi gəlirini ondan daha vacib və təxirəsalınmaz hesab edir.

Nurlan Həsənov ölkədən sadəcə pul deyil, həm də informasiya çıxarır?

Nurlan Həsənovun Sloveniya səfəri ilə bağlı ilginc məqamlardan biri də baş məsləhətçinin bu və digər Avropa ölkələrində bəzi şəxslərlə müəyyən görülər keçirməsi, ölkə ilə bağlı bir sıra informasiyaları onlara çatdıra biləcəyi ilə bağlıdır.
Heç kimə sirr deyil ki, bu gün bir sıra xarici ölkələr, eləcə də xaricdəki söyüş müxalifəti ölkəmizə qarşı informasiya müstəvisində müəyyən təxribatlaırn törədilməsində maraqlıdır. Bu baxımdan Nurlan Həsənov tərəfindən bu dairələrə verilə biləcək hər hansı bir informasiya ölkəmizə qarşı informasiya hücumları üçün zəmin yarada bilər. Ona görə də Nurlan Həsənovun Sloveniya səfəri və bu səfərin arxasında dayanan səbəblərlə bağlı əlaqədar dövlət qurumlarının əsaslı araşdırmalar aparması faydalı olar.
Davamı olacaq...
Qarşı tərəfin iddialrla bağlı fikirlərini öyrənmək istəsəkdə zənglərimizə cavab verən olmadı!
Müəllifin səsləndirdiyi bu iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik!
TEREF
 

Dünyapress TV

Xəbər lenti