Heç Qarabağ fatehləri olan generallar belə yerimir... -
Azərbaycan fövqəladə hallar yaşanan ölkə olmasa da, burada Fövqəladə Hallar Nazirliyi var. 2006-ci ildə yaradılan nazirlik fəaliyyətə başlayandan hər dəfə bir "fövqəladə hal" baş verir. Sonuncu belə "fövqəlhadisə" Bakının Sabunçu rayonundakı tuneldə oldu - yağış suları doldu və çörəkpaylayan iki gənc boğulub həlak oldular. Ancaq FHN xilasediciləri günyarım sonra onların cəsədlərini aşkarlaya bildilər. Daha bunun harası Fövqəladə Hallar Nazirliyi oldu? Məsələn, hazırda İspaniyada qasırğanın gətirdiyi daşqınlar nəticəsində yaşanan fəlakətə, ölənlərə baxırsan, bir də Bakıya düşən "normadan artıq" yağış nəticəsində yaranmış mənzərəyə - tunellərə, keçidlərə, küçə və prospektlərə, ən nəhayət, adi bir yağışla dolmuş tuneldə iki nəfərin xilas edilməməsinə... Hansıdır fəlakət? Hansını fövqəladə hadisə adlandırmaq düzgün olardı? Keçmiş deputat Etibar Hüseynovun sözü olmasın, "fövqəlnazir" Kəmaləddin Heydərov genələ-genələ gəzir, heç Qarabağ fatehləri olan generallar belə yerimir, amma onun nazirliyi iki kasıb gənci tuneldən çıxara bilmir. Üstəlik, cəmiyyətdə belə şayiə yayıblar ki, guya həlak olanlar - Şirinov Elnur və Abbasov Köçəri özləri tuneldən çıxmaqdan imtina ediblər. Bəs, FHN xilasediciləri niyə onları çıxmağa məcbur etməyiblər? Necə ki, kimsə intihara cəhd edəndə onu fikrindən daşınmağa və əməliyyat keçirib özünü atmaq istədiyi hündürlükdən aşağı endirməyə nail olurlar, eləcə də tunelin yağış suları ilə dolmağa başladığını görən "fövqəlnazir"in əməkdaşları hər iki şəxsi oradan çıxmağa zorla məcbur etməliydilər. Biz xilasedicilərimizin də əməyini yerə vurmuruq, onların Azadlıq prospektində bina yananda, müxtəlif yanğın hadisələrində necə fədakar olduqlarını görmüşük, lakin yağışa görə iki nəfərin boğulmasına FHN-nin belə reaksiyası artıq ciddi bir məsuliyyətsizlik faktıdır.
Ən dəhşətlisi odur ki, indiyə qədər nə FHN açıqlama yayıb, nə səbəbinə aydınlıq gətirilməyib. Sanki tuneldə iki insan boğulmayıb. Hadisənin üstündən sükutla keçilməsi göz qabağındadır. Çünki araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat verilmir. Bundan əlavə, FHN rəhbəri Kəmaləddin Heydərov Bağırov körpüsündə dayanıb suyun tuneldən çəkilməsinə tamaşa etməkdənsə, boğulan iki gəncin ailəsini ziyarət edə bilərdi. Ümumiyyətlə, nazir Heydərov baş verən bu hadisə barədə açıqlama belə vermədi. Axı bu ölkədə nə zaman səlahiyyət sahibləri öz işlərini görəcəklər? Nə zaman özlərində cavabdehlik hiss edəcəklər? Nə zaman xalqa hesabat və izahat verməli olduqlarını qəbul edəcəklər? Sanki belə də olmalı imiş və məmurlar öz sahələrinə aid hər hansı hadisə olanda xalqın qarşısına çıxaraq cavab verməli olduqları öhdəliyini unudurlar. Yəni bu saymazlıq, biganəlik və xalqa hörmətsizlikdir. Fakt iki gənc boğulub və ailələrinə başsağlığı da verilmədi. Heç olmasa, nazir Kəmaləddin Heydərov bu iki kasıb insanın ölümünə görə həm FHN-də məsuliyyət yiyələrini cəzalandıra bilərdi, ən azı ictimaiyyətin gözünə kül üfürmək üçün, həm də onların ailələrinə baş çəkə, maddi yardım göstərə bilərdi. Ancaq başadüşüləndir, bir ölkəninki nazirliyində xidməti otağında polkovnik qadınlarla intim əlaqədə olur və onu videoya çəkir, bir nazirlikdəki xınayaxdı keçirilir, daha nə gözləyəsən?! Ona görə də iki gəncin ölümünə "fövqəlnazir"in olmayan reaksiyası təəccüblü deyildi. Ümumiyyətlə, bu ölkədə Fövqəladə Hallar Nazirliyinə zərurət görünmür. Belə böyük binanın saxlanmasına, izafi xərclərə nə ehtiyac var? Əslində zaman-zaman nazirliyin ləğvi ekspertlər tərəfindən gündəmə gətirilib, sadəcə, Yanğından Mühafizə Xidmətinin fəaliyyəti təklif edilib. FHN əsgərləri isə Müdafiə Nazirliyinə tabe etdirilə bilər. Çünki yanğın, sel, daşqın və s. hadisələr olanda onsuz da onlar əraziyə cəlb olunurlar, bunu da bir idarə kimi saxlamaqla etmək mümkündür, nəinki zırıltı bir binaya FHN rütbəlilərini yığaraq büdcədən bu qədər vəsait xərcləməklə...

Anaxeber.info

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti