8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir?
Dövlət satınalmalarında fəal iştirak edən və iri məbləğli tenderlərin qalibi seçilən şirkətlərdən biri də "ZN Trade" MMC-dir.

Qaynarinfo-nun məlumatına görə, açıq mənbələrdə barəsində heç bir məlumat olmayan və yerli mediada müəmmalı şirkət kimi təqdim edilən "ZN Trade" MMC təkcə cari ildə 8 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 24 556 359,17 manatdır.

Şirkət sonuncu dəfə Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin reabilitasiya vasitələri və yarımfabrikat protez mallarının satın alınması bağlı keçirdiyi tenderin qalibi seçilib. "ZN Trade" MMC-nin bu tender üzrə qiymət təklifi 649 107,23 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ZN Trade" MMC 09 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Oksigen küçəsi, ev 3/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Kərimov Nüsrəddin Yolçu oğludur.

Nüsrəddin Kərimov haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxs şirkəti təmsil etsə də, sahibi deyil.

"ZN Trade" MMC-nin sahibi kimi olmasa da, himayədarı qismində iki məmurun adı çəkilir. Onlardan biri Naxçıvan MR-nin baş naziri Ceyhun Cəlilov, digər isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730477443_1.png
Ceyhun Cəlilov

Ceyhun Cəlilov Naxçıvan MR-in baş naziri vəzifəsinə təyinat almazdan əvvəl muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Mediada yer alan iddialara görə, məhz onun nazir olduğu dönəmdə "ZN Trade" MMC dövlət satınalmalarında iştirak etməyə başlayıb və 14 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 943 294 manat təşkil edib.

Şirkətin hazırda da Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilməsi Ceyhun Cəlilov faktoru ilə izah edilir.

Anar Bayramova gəlincə, "ZN Trade" MMC ilə onun adının hallanması Protez-Ortopedik İstehsalat və Reablitasiya Mərkəzinin 12 milyonluq tenderində qalib gəlməsindən sonraya təsadüf edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1730477476_1.png
Anar Bayramov

Ümumiyyətlə, "ZN Trade" MMC-nin qalib gəldiyi tenderlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumların keçirdiyi satınalma müsabiqələrdir. Bütün bunlar "ZN Trade" MMC-nin heç də adi sahibkarlardan birinə məxsus olmadığına dair şübhələri artırır.
 
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti