Elşən Xəzər:
Tanınmış meyxanaçı Elşən Xəzər sosial şəbəkələrdə paylaşılan “Meyxananı da gözdən salan kəndçilərdir. Əruzu bilmirlər. Çoxu da ateist olur, ağama lağ edirlər...” fikirlərinə görə ciddi tənqid olunur. İddia olunur ki, bu sözlər E.Xəzərə aiddir.

O, Pravda.az-a açıqlamasında deyib ki, belə fikir səsləndirməyib.

Meyxanaçı həmin fikirlərin Əməkdar artist Bəhram Bağırzadənin rayonlardan gələnlərin şəhər həyatına uyğunlaşa bilməmələri barədə fikirlərinə münasibət kimi paylaşılmasına isə belə aydınlıq gətirib: “Mən belə bir fikir səsləndirməmişəm. Hazırda bağdayam. Heç Bəhram Bağırzadə ilə bağlı olan xəbəri də eşitməmişəm. İnternetlə maraqlanmıram. Mənim üçün iki cür insan var - kamil və cahil. O demək deyil ki, kənddə yaşayan cahil, şəhərdə yaşayanların hamısı kamil olmalıdır, yaxud əksinə. Hər yerin pisi də var, yaxşısı da. Fərdi şəkildə ola bilər ki, rayondan gələn də özünü yaxşı aparmasın, şəhərdə yaşayan da. Rayonlardan o qədər yaxşı insanlar var, elə şəhərdən də. Düzdür, bəzi insanlar var, rayondan gəlib, özlərini şəhərdə apara bilmirlər. Bəziləri isə şəhərdə yaşadıqları halda özlərini aparmağı bacarmırlar. Hər şey mümkündür. Ona görə də ümumi demək olmaz…”, - meyxanaçı bildirib.

O, son zamanlar bəzi şair və yazıçıların meyxanaçıları tənqid etmələrinə, meyxananı lazımsız sənət kimi qiymətləndirmələrinə isə belə cavab verib: “Artıq neçə illərdir, meyxana ilə məşğul deyiləm. Amma meyxana bir peşədir və bu peşəyə də yiyələnmək lazımdır. Çünki meyxana elə bir sənətdir ki, bunu Allah Azərbaycana verib. Dünyanın az yerində meyxana var. Lakin daha geniş formalaşmış şəkildə Azərbaycandadır. Bu peşənin sahibləri, daha kamilləri, yaxşıları bizdədir. Ona görə də hər nə olur-olsun, əlimizdə olanın qədrini bilməliyik. Bir var ki, ifaçısı pis ola, meyxana sənətini gözdən sala - bu, başqa məsələdir, hər peşədə var. Birbaşa deyə bilmərik ki, müğənnilərin hamısı yaxşıdır, yaxud hamısı pisdir. Peşə kimi meyxana çox gözəl işdir və Azərbaycan xalqı tərəfindən də bəyənilir. Hər yerdə istisna var. Ola bilər, bəziləri bəyənməsin. Amma çoxluq bəyənir”.

E.Xəzər Bakı kəndlərində yaşayan meyxanaçıların narkotikə, içkiyə meyil etmələri, daha çox bu problemlə gündəmə gəlmələri barədə də fikir bildirib: “Məgər reperlərin hamısı narkoman olur? Yaxud müsiqiçilərin, müğənnilərin… Hamısı narkoman olmur ki. Onların içində narkoman olan da var, olmayan da. Həkim də var ki, narkomandır. Amma bunu bütün həkimlərə aid etmək olmaz axı. Misal üçün “həkim” dedim. Hər sənətdə eləsi də var, beləsi də. Lakin “xüsusən narkotik qəbul etməsən, meyxana sənətində ola bilməzsən” söhbəti boş şeydir. Çünki mən illərlə bu sənətdə olmuşam. Nə əlimə, nə dilimə o şeylər dəyməyib. Mənim kimi nə qədər sənətçilər var ki, heç narkotikdən istifadə etməyib, dadını da bilmirlər. Belə fikir formalaşıb ki, meyxanaçılar narkotik qəbul etməsələr, meyxana deyə bilməzlər. Boş, yalan sözdür…”
 
 
 

Bölmənin digər xəbərləri

07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”

Dünyapress TV

Xəbər lenti