"Ata gələndə uşaq ayağa durmursa, onu didərəm" - VİDEO
"Özünü mənə oxşadanlar var. Onlar nağaraçalan, ritm deyil. Sən ən azı 1 saat yarım konsert verməlisən. Onlar rəqqaslarıdır, əlində nağara. Onlar haqsız yerə pul qazananlardır".

Bu sözləri Xalq artisti Natiq Şirinov "Günün sədası" proqramında deyib. "Natiq" ritm qrupunun rəhbəri hazırda olan nağara ifaçılarını tənqid edib:

"Biz kos nağara çalanlarıq. Xalqımız ayılsın, onlar dilənçidir. Dilənirlər. Nağara sənətinə böyük zərbədir. Giley deyil, həqiqətdir. Çox pis vəziyyətlər yaranır. Xalqa deyirəm ki, toylarınıza gətirəndə, bilin kimi gətirirsiniz. Düzgün adam seçin. Zurna ifaçıları xaric çalır. Millət də bunu qəbul edir. Belə musiqiçilər, yalandan yer alıblar".

N.Şirinov türk mahnısı oxuyan ifaçıları da tənqid edib:

"Dünyanın bir çox müğənnisini tanıyırıq: Murad Boz, Sibel Can, İbrahim Tatlısəs. Amma görün Türkiyədə azərbaycanlı oxuyanı tanıyırlar? Tanımırlar, yoxdur. Bu, bizim günahımızdır. İndi klarnet ifaçılarımız da türk tərzində ifa edir".

Musiqiçi uşaqlıqda atası tərəfindən döyüldüyünü etiraf edərək, bunları əlavə edib:

"Şillə böyüklərimizdən getdi. Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidi bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm... Yox, bilirsiniz nə qədər kövrəyəm? Efirə baxırıq, yemək bişirir, qazan götürmək, lazımsız söhbət. Bunları yığışdırmaq lazımdır. Efir mədəniyyəti, siyasəti, idmanı təbliğ edir. Nə yemək bişirirsən mənə nə? Yemək bişirə bilmirsiniz? Get evində bişir. Mədəniyyət aş, dolma, salat olub. Camaatın başını bu şeylərlə aldatmaq olmaz. O dünyada cavab verəcəksiniz".

 

Bölmənin digər xəbərləri

06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı

Dünyapress TV

Xəbər lenti