Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: -
Şairə Nazilə Səfərlinin bir ayağı qısalıb.

Pravda.az xəbər verir ki, o bu barədə “Afaqla Onlar” verilişində açıqlama verib.

“Alçaq dabanlı ayaqqabı ilə gəzirəm. Hər kəsdən gizlətdiyim dərdim var idi. Bir ayağım o biri ayağımdan üç santimetr yarım kiçilmişdi, yerişim deformasiyaya uğramışdı. İnsanlardan qaçırdım. Ayaqqabımın digər dabanına dabanlıq vurulurdu. İnsanlar yerişimi kompleks etməsinlər deyə hamıdan gizlənirdim. Bu məni çox narahat edirdi, üzüm gülmürdü. Canım ağrıyırdı deyə insanlara aqressiv cavab verirdim. Bunların hamısı getdi. Mən dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”, - o bildirib.
 

Dünyapress TV

Xəbər lenti