Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Bir neçə gün əvvəl "Space TV”nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib.

Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad günün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb. Qeyd edək ki, veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.

TEREF xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Audiovizual Şuraya müraciət edib.

Qurumun Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev sorğumuza cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb.

Açıqlamada qeyd olunur ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində "Space TV” televiziya kanalına rəsmi məktubla xəbərdarlıq edilib.

"Həmçinin, televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri – sanksiya tətbiq ediləcək”, – Taleh Quliyev vurğulayıb..

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO
22 Aprel 2025 “Tərbiyəsiz onun özüdür”
22 Aprel 2025 “Buna görə həyat yoldaşımdan ayrılmaq istəyirdim”

Dünyapress TV

Xəbər lenti