Nura Suri-dən tərs "şapalaq": "Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir? "
"Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz.
Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?
Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, sənə bu pul hardandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan.
Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar.
Bəsdirin də!
Dünən status yazmışam, hamı paylaşıb: “halal olsun, səsimiz oldunuz” yazır. Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız?
Niyə toy yiyəsi şadlıq saraylarının şərtləri ilə razılaşır?
Suallar çoxdur, hamı da hər şeyi görür, bilir və susur.
Mən də doğruları yazanda, bəzi gerizəkalılar özlərinə əl qatırlar ki, “Nuranın başı gedib, hər şeyə fikir bildirir, dəli olub” və s.
Özünüz pıçhapıçla danışdıqlarınızı mən ictimailəşdirəndə “dəli” oluram?
Ən azından vicdanım təmizdir, susmadığım üçün. Siz isə boyun əyirsiniz adı administratorlara (hamısına şamil olunmur).
Ay aman, birdən burarlar sizi hansısa tədbirdən. Burublar da hər yerdən, onsuz da, möcüzə gözləyirsiniz?
Hələ dünən bəziləri zəng ediblər ki, “nəyinə lazım yazma, demə sabah sənə ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır”
Qoy məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər
Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?"
Nura Suri
Baku Times
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti