54b9ae6e64e75544bc12e3be52f11289.jpg
  

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Musavat.com Baku TV-yə istinadla xəbər verir ki, proqramın budəfəki qəhrəmanı ifaçı Almazxanım Musayeva olub.

Məktəbdə müəllimlərin sevimlisi olduğunu söyləyən A.Musayeva, həmçinin gözəl səsinin olduğunu bildirib:

"Müəllimlərim dərslərdə mənə mahnı oxudurdular. Hətta 8-ci sinifdə imtahanda da mahnı oxumağımı istəmişdilər, bunun əsasında mənə qiymət yazdılar. Uşaqlar da məni çox istəyirdilər. Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim. Həmişə atamın böyründə gəzirdim, onun gördüyü işlərlə maraqlanırdım".

Oxumaq üçün Gədəbəydən Bakıya gəldiyini deyən ifaçının sözlərinə görə, burada musiqi təhsili alaraq toylara getməyə başlayıb: "Atam həkim idi. Müasir adam olduğu üçün bu qərarıma etiraz etmədi. İlk olaraq imtahan verib Kitabxanaçılıq fakültəsinə qəbul oldum. Sonra o sahə üzrə təhsil almaq istəmədiyimə görə musiqiyə yönəldim".

İfaçı ailə həyatından bəhs edərkən bildirib ki, keçmiş həyat yoldaşı sənət dostu olub:

"O vaxtlar məni istəyənlər həddindən çox idi. Sevgi haqqında düşünmürdüm, ancaq sənətimi fikirləşirdim. Həyat yoldaşım sənət dostum idi, aramızda hörmət var idi. Sonradan xəbərim oldu ki, sən demə, əmisi qızı ilə onu "göbək kəsdi" ediblər. Həyat yoldaşımdan bunu mənə niyə demədiyini soruşanda "xəbərin olsaydı, razı olmayacaqdın, ona görə də demədim" cavabını verdi. Sonra ondan ayrıldım, məni çox axtardı. Ayrılandan sonra mənimlə evlənmək istəyənlər çox oldu, amma razı olmadım. Çünki artıq könlüm sınmışdı".

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti