“Ölkənin yarısı dilənir. Bəsdir!“ -
Müğənni Nüşabə Musayeva ona zəng edərək pul istəyən izləyicisini biabır edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında həmin şəxsin nömrəsini paylaşan ifaçı zəng edən şəxsin ondan pul istədiyini, yox cavabı aldıqda isə ona qarğışlar yağdırdığını bildirib:

“Bir “fışfıntı” bu nömrədən zəng edib pul istədi. Köməkçim deyir ki, bu nömrə toylarla bağlıdır, deyir, yox, mənə kömək lazımdır. Yenə də köməkçim bildirdi ki, kömək edə bilməyəcəyik, əgər toyla bağlı sözünüz yoxdursa, bu nömrəni yığmayın. Bir də geri zəng edib ağzına gələni deyib qarğış edir, sonra telefonu bağlayır.

Buradan bu tip sırtıq, üzsüz, “moşennik”lərə səslənirəm: iş nömrəm yalnız toylarla bağlı zənglər üçündür. Mən də kiminsə dədəsinə borclu deyiləm! Kim mənə nə arzu edirsə, min misli özünə, əzizlərinə qismət olsun. Evdə oturduğum yerdə məni narahat edib təhqir və qarğış səsləndirən zibil, sənin yerin elə oradır! Allah hər kəsə ürəyinin payını verir”.

Xanım sənətçi gün ərzində minlərlə insanın ona zəng vuraraq pul istəməsinə üsyan edib:

“Bəsdir, insanı yaxşılıq etməkdən də peşman etdiniz, iyrəndirdiniz! Elə bil mənimlə birgə əziyyət çəkib pul qazanıblar, ya da mən hər gələn zəngə pul paylamalıyam.

Gündə minlərlə zəng gəlir, bu nədir belə ölkənin yarısı dilənir. Bəsdir! Mən ifaçıyam, ay insanlar, milyonçu deyiləm, bank üstündə oturmamışam. Gedin, əziyyət çəkin, işləyin və qazanın!”
 

Bölmənin digər xəbərləri

13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR
13 May 2025 Royadan səhnədə növbəti biabırçılıq VİDEO
12 May 2025 Mətanət İsgəndərli o paylaşımdan yazdı
12 May 2025 “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” - Xalq artisti onları TƏNQİD ETDİ
12 May 2025 Nəfəs insanların üzərinə maşın sürdü - ANBAAN VİDEO
11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO

Dünyapress TV

Xəbər lenti