"Zülfiyyə kimdir ki, dünənin uşağını səhnəyə çıxarırsınız?"
“5 günlük dünyadır, həyatda insana yalnız yaxşılıq qalır. Yaxşılıq gec-tez insanın qarşısına çıxır. Kiməsə yuxarıdan aşağı baxmaq olmaz. Elə bilirsiniz ki, bu sənətdə məni hamı qəbul edib? Sənətdə yeni-yeni addımlayanda o qədər insanların tənəsi ilə üzləşmişəm ki. İçimdə saxlamışam, illərdir heç kimlə bölüşməmişəm. Sınmışam, yıxılmışam yenidən ayağa qalxmışam. Son günlərdə nə qədər sənətkarlarımızı itirdik. Yenə də sənət camiyəsində hərc-mərclik baş alıb gedir. Hamı birincilik iddiasındadır, kimlərisə bəyənmirlər, ancaq özlərini tərifləyirlər. Hər kəs öz sənətinin bir nömrəsidir. Bunu başa düşmək və anlamaq çətin deyil”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra illər öncə başına gətirilmiş bir hadisəni bizimlə bölüşüb.
“Ulduzum yeni-yeni parıldayırdı. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrı ilə Naftalanda məskunlaşan məcburi qaçqınlar üçün konsert verməyə yola düşdük. Xalq artisti Zümrüd Məmmədova və adını çəkmək istəmədiyim bir xanım, korifey sənətkarımız da bizimlə birlikdə idi. Ora çatar-çatmaz insanların böyük sevgisi ilə üzləşdim. Onlar rəhbərimizə demişdilər ki, ilk ifanı aşıq Zülfiyyə etsin. Özü də məni səhnədən buraxmırdılar. Elə oldu ki, mən ifa edəndən sonra həmin xalq artisti rəhbərimizə dedi ki, “Zülfiyyə kimdir? Dünənin uşağını niyə gətirib səhnəyə çıxarırsan?”. Həmin şəxs gətirib o xanım sənətkara gələn məktubları göstərdi ki, “bax, hamı onu istəyir, bir nəfər də sənin adını yazmayıb”. Mən ikinci dəfə də səhnəyə çıxmalı idim. Adını çəkmək istəmədiyim qadın xalq artisti səhnəyə çıxıb oxudu və sonda konsertin bitdiyini elan etdi. İnanın, mən də, konsert rəhbəri də pis günə düşdük. Konsertimizin rəhbəri həmin qadına ağzından çıxanı dedi. O da özünə haqq qazandıraraq dedi ki, “dünənin uşağını gətirib səhnəyə çıxara bilməzsən. Zülfiyyə məndən sonra ifa edə bilməz. O kimdir ki, məndən sonra ifa etsin? Ona bu cəsarəti kim verib? Hər kəs öz yerini bilməlidir”. İnanın.. Özü də yeni ailə həyatı qurmuşdum. O an mən sanki sındım, toparlana bilmədim. Həmin xanım sənətkarımızı uşaq yaşlarımdan çox sevirdim, bir saniyəyə gözümdən düşdü. Depressiyaya düşdüm, illərlə özümə gələ bilmədim. Ağlamaq istəyəndə Zümrüd xanım gəlib mənə dəstək oldu. Bir dəfə də başqa bir xanım sənətkarla eyni konsertdə, eyni otağa düşmüşdüm. Həmin qadın məni otağına buraxmadı, dedi ki, “nahaq yerə səni mənimlə birlikdə, eyni otağa salıblar”. Koridora çıxdım, məni sevilən sənətkarımız Flora Kərimova gördü. Niyə burada gözlədiyimi soruşdu. Ona dedim ki, məni filankəslə eyni otağa salıblar. Dedi ki, “can qızım, quzunu niyə canavara tapşırırlar?”. Məni otağına dəvət etdi. Otağa daxil olanda gördüm ki, Afaq Bəşirqızı da oradadır. O xanımın xasiyyətini hamı bilirdi. Afaq xanım məndən zarafatyana soruşdu ki, “Zülfiyyə, səni dişləmədi ki?” (gülür). Amma mən sənətə yeni gələn hər kəsə, hər zaman dəstək olmuşam. Bu gün də yolda əlində saz gördüyüm uşağın əyilib alnından öpüb, ona təşəkkür edirəm. Mən sənətə yeni gəldiyim illərdə bu cür haqsız münasibətlərlə üzləşmişəm. Amma yenə də mənə pislik edən o iki xanım sənətkarın mahnılarını bu gün dinləyirəm, onlara kinim yoxdur” deyə aşıq xanım bildirib.
Aşıq Zülfiyyə sənət dostu, aşıq Mübarizi toyda saz ifa edərkən stul üstündə göyə qaldırıldığı görüntülərinə də münasibət bildirib.
“Mənə elə gəlir ki, burada Mübarizin günahı yoxdur. O saz ifa edəndə kimsə gəlib stulu arxadan yuxarı qaldırıb. Camaat tik-tok və digər sosial şəbəkələrdə paylaşmaq üçün hər cür işə əl atır. Burada saz çalanın günahı yoxdur, bunu edənin günahı var. O adam yəqin ki, pəhləvandır. Hər kəsin bir xasiyyəti var. Bu hərəkəti təbii ki, heç kəs mənə edə bilməz. Mübariz yəqin ki, üzüyumşağlığına salıb, gülüb, bu hərəkət də ordan qaynaqlanıb. Onu görəndə bir dost kimi sözümü deyəcəm” deyə aşıq bildirib.
 

Bölmənin digər xəbərləri

13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR
13 May 2025 Royadan səhnədə növbəti biabırçılıq VİDEO
12 May 2025 Mətanət İsgəndərli o paylaşımdan yazdı
12 May 2025 “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” - Xalq artisti onları TƏNQİD ETDİ
12 May 2025 Nəfəs insanların üzərinə maşın sürdü - ANBAAN VİDEO
11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO

Dünyapress TV

Xəbər lenti