Qırxı çıxan kimi ÖVLADINI TƏLƏF ETDİLƏR -
Nizami Rəmziyə görə Ermənilər müharibəni saxlamışdı Nizami Rəmzi 1947-ci ildə Bakıda anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. Ailənin ilk övladı olan Nizami atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb. Təhsilini yarımçıq qoyub, ailəni saxlamaqda anasına kömək edib, süd satıb. Onu ilk toylara əmisoğlu Səlim aparıb.
Referans.az xəbər verir ki, Nizami Rəmzi xarizmatik adam idi. Təkcə meyxanaçı kimi deyil, sözükeçən adam kimi tanınırdı. Öz aftoriteti sayəsində meyxananı qəbul etdirdi. O vaxta qədər qeyri-ciddi peşə sayılan meyxanaçı, Nizamidən sonra mərtəbəsini artırdı. İlk dəfə meyxananı musiqi ilə dedi, onu efirlərə və xarici ölkələrə çıxardı. El buna görə də, ənənəvi meyxanaçılar onu ciddi rəqib sayırdı və zaman keçdikcə bu rəqabət çirkin bir sima alırdı. Bu barədə bir az sonra... Nizami Rəmzi meyxananı yazanda elə yazırmış ki, beytlərin ilk hərflərindən də bir misra yaranırmış.

Həddindən artıq ağır xasiyyəti olub. Onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar imiş. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər.

Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçıb. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar. Sonuncu evliliyindən Seyla adlı bir qızı olub.

Müğənni Nadir Qafarzadəni uşaq yaşlarından özü ilə toylara aparırmış. Bir dəfə Nizaminin başı meyxanaya bərk qarışır. Yalnız səhərə yaxın o, Nadiri xatırlayır və onu avtomobillərdən birinə qısılaraq ağlayan vəziyyətdə tapır. Bu hal ona çox pis təsir edir. Pencəyini on iki yaşlı Nadirə geyindirib onu qucağına alır. Səhərə qədər Nadiri qucağında yatırdır.

Çox punktual insan olub. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər “iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş”. İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.

1990-ci il, Sovet dağılandan və Azərbaycanda baş verən hərcmərclik Rəmzinin meyxanalarına, mahnılarına siyasi bir sima qazandırdı. O, mahnılarından birində ölkədəki vəziyyəti, gileyi, şikayəti ustadına danışır, Vahidin qəbri üstünə gəlib ona məruzə edirmiş kimi dərdini danışır? Ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb.

Nizaminin ölümünün sifarişli olması məsələsi bu gün də danışılır. Bu işdə təkcə rəqibi olan meyxanaçıların deyil, başqa qüvvələrin də adı hallanır. Lakin bütün bunlar şaiyə olara qalır: Nizami Rəmzinin əvvəlki evliliklərindən olan övladlarının hamısı ilə münasibəti yaxşı olub. Ölən günə qədər onlarla əlaqəsi olub. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan. Ölümündən əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1997-cı il yanvarın 19-da – ad günündən Kəbirgilə gedəndə hər iki dost avtomobil qəzasına düşərək həlak olublar.

Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Məncə həyat yoldaşı Sevda xanımın illər sonra dediyi bu sözlər də Nizaminin abidəsidir: Xoşbəxtəm ki, Nizaminin kədərini çəkirəm...

Daha ətraflı video-materialda:

 

Bölmənin digər xəbərləri

13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR
13 May 2025 Royadan səhnədə növbəti biabırçılıq VİDEO
12 May 2025 Mətanət İsgəndərli o paylaşımdan yazdı
12 May 2025 “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” - Xalq artisti onları TƏNQİD ETDİ
12 May 2025 Nəfəs insanların üzərinə maşın sürdü - ANBAAN VİDEO
11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO

Dünyapress TV

Xəbər lenti