Ardını oxu...
Son zamanlar açıq-saçıq geyimlərinə görə daha çox müzakirə olunan Xalq artisti tamaşaçıları maraqlandıran suallara cavab verib.

Lent.az-ın xəbərinə görə, o qatıldığı teleproqramlardan birində müğənniyə geyiminə görə deyil, sənətinə görə qiymət verilməli olduğunu deyib:

“Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Qardaş ölkə Türkiyədə elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik, amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Əgər mən bir səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil".

 
Ardını oxu...
 
Erməni bloqer Natali Aleksanyan Qarabağ erməniləri Azərbaycanı tərk edəndə sosial şəbəkədə cəsarətli çıxışlar edirdi. İndiyədək yaşanılan hər şeyə görə Qarabağdakı xuntanı günahlandırır, Azərbaycana köçməyə və yaşamağa hazır olduğunu deyirdi.
“İTV Xəbər Yekun” erməni bloqerlə əlaqə yaradıb, vaxtilə səsləndirdiyi fikirlərə toxunub, ona bəzi suallar ünvanlayıb.
“Onilliklər ərzində Ermənistan Azərbaycan münaqişəsi çox sayda insanın ölümünə səbəb oldu. Həm azərbaycanlılar, həm də ermənilər həyatlarını itirdilər. 44 günlük müharibədən sonra bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Buna görə də düşünürəm ki, iki xalq arasında düşmənçilik əbəs imiş. Bundan sonra öz çiyinlərimə bu yükü götürdüm. Çünki başa düşdüm ki, bu düşmənçiliyə yalnız sülh yolu ilə son qoyula bilər. Belə insanlar Ermənistanda az deyil. Lakin təəssüf ki, onlar sülhdən danışmağa qorxurlar”, - deyə N.Aleksanyan bildirib.
Son açıqlamasında N.Aleksanyanın Azərbaycan vətəndaşlığı almaq istəməsi barədə fikirlər səsləndirdiyini xatırladan aparıcı ondan bu məqsədlə Azərbaycan hökumətinə müraciət edib-etmədiyini soruşub.
Ətraflı süjetdə:
Ardını oxu...
Məşhur türkiyəli iş adamı və “Hall Siti” klubunun sahibi Acun İlıcalı qatıldığı “Assist Analysis” proqramında “Survivor”da görmək istədiyi iki əfsanəvi futbolçunu açıqlayıb.

Superliqada çıxış edən hansı futbolçuları “Survivor”a aparmaq istədiyi ilə bağlı suala cavabında İlıcalı onları təqdim etməyə belə ehtiyacın olmadığını söyləyib.

“Emre Belezoğlu ilə Arda Turanı götür, sonra televizorun qarşısına keç və bax. Bundan sonra təqdim etməyimə belə ehtiyac yoxdur”, - deyə Acun bildirib.

Qeyd edək ki, hazırda Emre Belezoğlu “Ankaragücü” klubunun, Arda Turan isə “Eyüpspor”un texniki direktoru kimi çalışırlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Məşhur rusiyalı müğənni Oleq Qazmanovun gitaraçısı qısqanclıq zəminində Ximki şəhərində iş adamını döyüb.

34 yaşlı gitaraçı Vladimir Yeqorov uzun müddət 42 yaşlı İnnanı qarşılıqsız sevib. Musiqiçinin sevdiyi qız isə iş adamı ilə ailə qurmağa hazırlaşıb. İnnanın beş ildir 31 yaşlı iş adamı Dmitri ilə birlikdə yaşaması və bu yaxınlarda nikaha girmək üçün ərizə verməsi də musiqiçini narahat etməyib.

Yeqorov daim İnnanı təqib edib, qızın nişanlısına isə təhdid və təhqirlər yağdırıb. Növbəti dəfə isə Vladimir Yeqorov daha irəli gedib.

Belə ki, o, İnnanı manikür etdirdiyi gözəllik salonunun çıxışında gözləyib. Bu zaman Dmitri də oraya gəlib. Musiqiçi iş adamına hücum edib və onu yumruqlamağa başlayıb, ona bir neçə zərbə vurub və köynəyini cırıb. Dmitri nişanlısının çıxmasını gözləyib, təcili yardıma gedib, zərbə izlərinin şəklini çəkib və aqressiv təqibçi ilə bağlı polisə şikayət ərizəsi yazıb.
Qeyd edək ki, Vladimir Yeqorov Oleq Qazmanovla birlikdə çıxış edən musiqi qrupunun üzvüdür. Dmitri isə tikinti şirkətinin sahibidir. İnna onlayn mətbəx əşyaları mağazasının əməkdaşıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: “SHOT” “Telegram”
 
Ardını oxu...
Xalq artisti Tünzalə Ağayevanın geyiminə teveliziya efirində irad bildirib.

Hurriyyet.Az xəbər verir ki, müğənni Günay İbrahimli “Xəzər axşamı” verilişində danışıb. Günay həmkarlarının fotolarına sıra ilə baxaraq onların geyim tərzlərini dəyərləndirib. Ağayevanın bir müddət əvvəl geyindiyi qara, dekolteli libası uğursuz adlandırıb:

“Tünzalə xanım sevdiyim , sənəti olan ifaçımız, Xalq artistimizdir. Mənim də uğursuz geyimlərim olur. Dekolte bir yerdə olanda yaxşıdır, ümumiyyətlə qadın qapalı geyinəndə gözəl görünür. Mənim də uğursuz geyimlərim olur. Hamısı sənət yoldaşlarımdır, hər biri ilə münasibətim çox yaxşıdır. Burada reallıqdan danışırıqsa, gərək səmimi fikirlərimi deyim. Yalandan desəm ki, bəyənirəm, tamaşaçılar üz ifadəmdən anlayacaq”.
Ardını oxu...

 

 
Ardını oxu...
 
Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı “Apple Music Azerbaijan” və “Yandex Music”də birinci olub.   

Bir neçə ay əvvəl işıq üzü görən musiqisi Kazımcan, sözləri isə Orxan Qarabasmaya məxsus olan sözügedən nəğmə “YouTube” video platformasında 5 milyondan çox izlənilib.   

Son günlər hit olan “Parol" bütün musiqi platformalarını eyni zamanda “TikTok” video axınını da zəbt edib.  
Bundan başqa Kazımovanın repertuarında yer alan “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”da ilk 10-luğa düşüb. “Yenə tək”, “Ağlasın” və meyxanaçı Namiq Qaraçuxurlu  ilə oxuduğu “Bağlanıram” dueti də ən çox dinlənənlər sırasına daxil olub.  

Aygünün 7 il əvvəl həmkarı Samir Piriyevlə səsləndirdiyi “Ağlasın” dueti də bu günlərdə “TikTok”da ən çox video çəkilən musiqi olub.   

 


Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
 

 
Ardını oxu...
 
Müğənni Zenfira İbrahimova həmkarı və rəfiqəsi olan Gülay Zeynallıdan gileylənib.
O, 20 ildir Gülayla rəfiqə olsa da, ondan biznesinə dəstək görməyib.
“Xəbərin var?” verilişində qonaq olan müğənni bu haqda danışıb və ən çox rəfiqəsindən incidiyini bildirib:
“Gülaya zəng etsəm də, bir dəfə də olsun salonuma gəlmədi. Sənət adamlarında yalnız Vəfa Şərifova, Şəbnəm Tovuzlu, Humay Qədimova dəstək üçün bir kərə gəldilər”.

 
Ardını oxu...
ATV televiziyasında yayımlanan ”Rəngarəng səhər” proqramında qonaq olan müğənni Nazənin, saatının qiymətinin 52.000 dollar olduğunu deyən Təranə Qumralı yalançılıqda ittiham etmişdi.

Hurriyyet.Az xəbər verir ki, Təranə Qumral "Tarixin bir günü” verilişində bir neçə gün öncə ona söz atan Nazəninə cavab verib.
Həyat yoldaşı Musa Musayevin sağlamlığına qovuşmasından sonra ilk dəfə birlikdə efirə gələn cütlük haqqlarında deyilən sözləri önəmsəmədiyini bildiriblər.

Daha sonra Təranə Qumral sözlərinə davam edib: "Bu gün Azərbaycanda neçə manatlıq maşın almaq istəsən, kreditlə də olsa onu alıb sürə bilərsən. Ay səviyyədən aşağı, çox aşağı, İlhamə Quliyeva demiş, ay topuqdan belə aşağı olan insan. Sən get hələ bir özünə aynada bax, gör nə gündəsən. Sən mənim gözəlliyimə bax, özünə də bax. Gözəlliyimi qoyub saatımdan danışmaq sənə düşməz. Siz bilirsiniz mən kimdən danışıram. Əsas odur ki, mən geyimim ilə gözəl görsənirəm. Özümə baxıram. Ağzımı, gözümü sənin kimi dartdırmamışam. Get çəp gözlərinlə mənə yaxşı bax, sonra danış”.
Xatırladaq ki, Nazənin Təranə Qumrala məsləhət verərək " O qiymətə saatı varsa, satsın özünə maşın alsın” ifadələrini işlətmişdi.
 
Ardını oxu...
“Bu gün Azərbaycan şou-biznesində oxuyanlar səsi olmayanlardır”.

Bunu Sfera.az-a açıqlamasında Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

“Hazırda çox danışan müğənnilər əmələ gəlib. Sanki bu bir sənayedir, biz də gecə-gündüz müğənni istehsal edirik. Bu gün ölkəmizdəki şou-biznesdəkilərdə Allah verdiyi simadan heç bir əlamət qalmayıb. Burun, dodaq, çənə, yanaq düzəldirlər, korsetlərlə sıxırlar əndam düzəldirlər, aşağı bir ölçüdə, yuxarı bir ölçüdə. Bunların məqsədi nədir? Nəyə xidmət edirlər?”

Xalq artisti indiki müğənnilərin musiqi təhsili olmamasından şikayətlənib:

“Aydın məsələdir ki, əsas səbəb gündəmdə olmaqdır. Axı bu ən eybəcər yollardır. Azərbaycanın nəhəng, dahi şəxsiyyətləri, sənət adamları olub. Onlar məgər bu yollarla tanınıblar? Xeyr, birmənalı şəkildə, öz sənətləri, mədəniyyətləri, əxlaq və estetikaları ilə gündəmdə qalıblar. Dünya səsdən, sözdən yaranıb. Oxumağın da şərti milyonların içində qeyri-adi səsinin olmasıdır. Necə ki Polad Bülbüloğlu, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Moqamoyev və bu kimi digər sənətkarlarımız oxuyanda seçilirdi ki, kimdir. Bugünküləri nə qədər dinləsən də, sabah yenidən soruşsan, yadda qalmır. Əksəriyyətinin sənəti, musiqi duyumu, musiqi təhsili yoxdur. Xalq da belələrini toyuna çağırır saatına 10-15 min pul verir. Artıq xalqın da müəyyən zümrəsini tərbiyə etmək lazımdır”.

Ə.Mahmudbəyov ölkəmizi dünya ölkələri ilə müqayisə edənlərə də münasibət bildirib:

“Deyirlər ki, dünyanın bir çox ölkəsində açıq-saçıq geyinilir. Bizim düşüncəmizdə ən açıq-saçıq olan fransızlar bu gün də rəsmi dövlət televiziyalarında sinəsi və qolu açıq insanları efirə buraxmırlar. Biz Avropa barədə bizə təqdim olunan “TikTok”da və bu kimi sosial şəbəkələrdə gördüklərimizdən çıxış edərək danışırıq, amma əsl Avropanı tanımırıq. Ona görə də belə düşüncələr formalaşır”.
 
Ardını oxu...
Reper Orxan Zeynallı (Aid) “Altın Kelebek” mükafatlandırma mərasimində ödül almaqdan imtina edib.

Olay.az-ın əldə etdiyi məlumata görə, sənətçiyə mükafatalandırılma mərasimində “Azərbaycanın parlayan ulduzu” nominasiyasında ödül almağı təklif edilib.

Lakin Orxan bu təklifi geri çevirib.

Qeyd edək ki, bu il ödül mərasimində aktrisa və aparıcı Kəmalə Piriyeva, “Avroviziya” təmsilçimiz Samirə Əfəndi və influenser Nəcibə Əhmədidir (Nadjiba) mükafat alacaq.

Onu da xatırladaq ki, mükafatlandırma mərasimi dekabrın 3-də İstanbulda baş tutacaq.
 

Dünyapress TV

Xəbər lenti