![]() |
![]() ![]() ![]() |
|
ARB TV-nin efirində yayımlanan "Səni Axtarıram" verilişində ifaçı Cavad Rəcəbov qonaq qismində iştirak edib.
Milli.Az bildirir ki, sənətçi nəvəsini uzun müddət görməməsindən danışıb: "Adımı ona vermişəm, 17 yaşı var. Yeddi ildir ki, onu görmürəm. Ona quzu kəsərəm, nə istəsə onun üçün etməyə hazıram. Zamana buraxmışam, yaxşı olar" - deyə o, bildirib.
Daha ətraflı video məlumatı təqdim edirik:
Zaur Kamalın verilişində maraqlı anlar yaşanıb.
Zaurun verilişinə gətirdiyi oğlu Bartu atasını çətin vəziyyətdə qoyub.
"O vaxtı Xumar xanım, Mətanət Əsədova, indi də Günel?..." sualı qarşısında Zaur çətin vəziyyətə düşüb. O, oğlunun sualına "sən hər yerə başını soxma" deyərək cavabdan yayınıb.
Ətraflı videoda:
Milli.Az
Müğənni Mənzurə Musayeva bir neçə həftə əvvəl keçirdiyi plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.
Üzgərmə əməliyyatı keçirən sənətçi "Rəngarəng" verilişində qonaq olub.
Cərrahi müdaxilədən sonra daha da gəncləşən Mənzurə görünüşü ilə həm proqramın aparıcısı Zaur Nəbioğlunu həm də həmkarı Əlikram Bayramovu təəccübləndirib.
Əlikram hətta illərdir ki, Mənzurəni sevdiyini dilə gətirib. Bu etirafa Musayeva "Əlikram məni Məcnun Leylini sevdiyi kimi sevir" cavab verib.
İfaçı bildirib ki, hələki üzündəki əməliyyat sonrası şişkinlik var. Tam nəticə 6 aydan sonra bəlli olucaq.//Olay.az
"Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi".
Bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.
Sənətçinin övladı Atabəy isə 1 yaşında vəfat edən əkiz qardaşı Məhəmməddən danışıb:
"Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə "Səni mən çox axtarmışam" mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub".
Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.//Axşam.az