Kimlər əfv oluna bilər?-
Ölkəmizdə demək olar ki, hər il ölkə başçısı əfv sərəncamı imzalayır. Bu il də Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının imzalanması gözlənilir.

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı bildirib. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən indiyə qədər bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Hər dəfə əfv sərəncamı gündəmdə olarkən kimlərin və ya hansı maddə ilə cəza alanların bağışlanacağı müzakirə olunur. Qanun nə deyir, kimlər əfv oluna bilər? Hazırda istintaqı davam edən və haqqında hökm çıxarılmamış şəxslər da əfv oluna bilərlərmi?

TEREF.AZ yazır ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, haqqında hökm qərarı verilməyənlər amnistiya aktı ilə bağışlana bilərlər:

“Əfvə o adamlar düşə bilərlər ki, onlar haqqında hökm qüvvəyə minib və cəzalarının müəyyən hissəsini çəkiblər. Barəsində istintaq gedənlər əfv oluna bilməzlər, lakin amnistiyaya düşə bilərlər. İstintaq və ya məhkəmə dövründə olan iş amnistiyaya salına bilər. Hətta hazırda cinayət əməli bilinməyən, sonradan açılan əməllər də amnistiyaya düşə bilər. Əfvdə isə belə şeylər yoxdur. Əfv Prezidentin sərəncamı ilə hər bir şəxs haqqında fərdi qaydada olur. Əfv komissiyası siyahını təqdim edir. Ola bilər ki, 200 və ya 300 nəfər əfv olunsun”.

Hüquqşünas qeyd edib ki, eyni maddəylə həbs olunanların hamısı əfv olunmaya bilər:

“Eyni maddəylə, eyni hərəkətə görə, eyni müddətə məhkum olunmuş şəxslərdən biri əfv oluna bilər, digəri isə yox. Yəni bu Əfv Komissiyasının və Prezidentin iradəsindən asılıdır”.

Əsabəli Mustafayev qeyd edib ki, amnistiyada fərdi yox, maddələr qeyd olunur. O baxımdan da ömürlük həbs cəzası alanlar amnistiyaya düşmürlər:

“Amnistiyada maddələr qeyd olunur. Həmin maddələrlə məhkum olunmuş şəxslər də amnistiyaya düşür. Amnistiyaya, adətən, ömürlük həbs cəzası alan şəxslər düşmür, maddələr düşür. Daha çox qətllə, terror aktları ilə bağlı maddələrdir ki, onlar bir qayda olaraq amnistiyaya düşmür. Yalnız amnistiyada ayrıca maddə nəzərdə tutulduğu halda düşə bilərlər. Nümunə üçün deyək ki, cəzanın çəkib bitirməsinə 2 il və ya 6 ay qalan şəxslər cəzanın qalan hissəsinin çəkilməsindən azad oluna bilərlər. Yəni maddədən asılı olmayaraq müəyyən müddət göstərilə bilər. Bu halda uzun müddətə həbs cəzasına məhkum olunmuş şəxslər düşə bilər. Ömürlüklər daha çox əfv sərəncamı ilə azad oluna bilərlər”.

O, bir məhkumun həm əfv sərəncamı, həm də amnistiya aktı ilə bağışlanmasının mümkün olduğunu bildirib:

“Məsələn, elə biri var ki, ötən il əfv sərəncamı ilə cəzası ömürlükdən 25 il həbsə keçirilib. Gələn dəfə ola bilsin ki, həmin şəxs ya amnistiyaya düşsün, ya da yenidən əfv olunsun. Amma ömürlük həbs cəzasına məhkum olunmuşun birdəfəlik əfv olunması təcrübədə olmayıb. Adətən amnistiya hökm qüvvəyə minmiş işlərə aid olunur. “Amnistiya haqqqında” Qanunda qeyd olunub ki, hətta istintaqı gedən işlərə də tətbiq edilə bilər, lakin təcrübədə tətbiq olunmayıb. Daha uzun müddətə məhkum olunmuşlar isə bir qayda olaraq son amnistiyalar onlara tətbiq edilməmişdilər. Bəzən olur ki, 225-ci maddə- xuliqanlıqla məhkum olunmuş şəxslərin cəzaları yarıbayarı və ya üçdə biri qədər azaldılır”.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti