Zaur Baxşəliyev çarəsiz insanları necə NAÜMİD QOYUR -
Azərbaycanın televiziya məkanında yayımlanan sosialyönlü verilişlər haqqında cəmiyyətdə birmənalı fikir mövcud deyil. Bir çox insanlar bu tip proqramların milli-mənəvi dəyərlərə zidd olduğunu əsas gətirərək, efirlərdən yığışdırılmasına tərəfdardırlar. Lakin həmin proqramlarda aztəminatlı və çarəsiz şəxslərə yardım edildiyini nəzərə alaraq, onların yayımına tərəfdar olanlar da az deyil. Bununla bərabər, zaman-zaman həmin verilişlərə müraciət edib yaradıcı heyətdən narazı qalanlar da yox deyil. Yəni ehtiyacları üzündən verilişə üz tutsalar da, son nəticədə qarşılaşdıqları neqativlərlə bağlı ciddi iddialar səsləndirənlər də var.

Belə iddialardan biri də KONKRET.az-ın redaksiyasına daxil olan müraciətdə öz əksini tapıb. Belə ki, 17 ildir hərbidə çalışan Daşdəmir Cəfərov “Bizimləsən” verilişinin aparıcısı Zaur Bəxşəliyevdən öz narazılığını dilə gətirib.

Əvvəla qeyd edək ki, Daşdəmir Cəfərov uzun illərdir Sumqayıt şəhərində kirayədə yaşayır. Ailədə iki qız və əkiz oğlan uşaqları böyüyür. Daşdəmirin həyat yoldaşı Rəmziyyə Cəfərovanın dediyinə görə, övladlarından üçü ağır xəstədir və müalicələri üçün külli miqdarda pul lazımdır. Belə ki, 8-ci sinifdə oxuyan qızı anadangəlmə miopatiyadan əziyyət çəkir və bu xəstəlikdən tam sağalması mümkün deyil. Əkiz oğlan övladları isə ürək qüsurlu olduğundan mütləq şəkildə əməliyyata ehtiyac var. Rəmziyyə Cəfərova deyir ki, məhz bu səbəbdən də may ayında Zaur Baxşəliyevin aparıcısı olduğu verilişə qatılmaq qərarına gəlib, hətta 15 gün sözügedən layihədə iştirakçı kimi çıxış edib.

Şikayətçinin sözlərinə görə, övladlarının müalicəsi üçün 75 min dollar məbləğində vəsait lazım olsa da, aparıcı Zaur Baxşəliyev ondan efirdə 150 min istəməsini tələb edib. Rəmziyyə xanımın iddialarına görə, o, yalan danışmaqdan və deyilən məbləği istəməkdən boyun qaçırıb. Bildirdiyinə görə, Zaur Baxşəliyev daha sonra ondan şəhid general Polad Həşimovun anasını verilişə dəvət etməsini istəyib, lakin Rəmziyyə Cəfərova buna da razı olmayıb. Ona görə də verilişdən uzaqlaşdırılıb. On beş gün ərzində iştirakçı kimi çıxış etdiyi müddətdə yığılan vəsait isə onlara verilməyib. İndi əli hər yerdən üzülən ailə çarəsiz vəziyyətdə imkanlı və xeyirsevər şəxslərdən övladlarının əməliyyatı üçün yardım istəyir. Eyni zamanda ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevdən övladlarının adına yığılan pulu tələb edir.

Qeyd edək ki, sözügedən iddialarla bağlı ATV telekanalının mətbuat katibi Ozal İbrahimli ilə əlaqə saxlayaraq münasibət öyrənmək istədik. Ozal bəy bizə məsələni araşdıraraq məlumat verəcəyini desə də, ondan konkret heç bir cavab gəlmədi.

Məlumat üçün bildirək ki, KONKRET.az olaraq həmin ailənin yaşadığı ünvana baş çəkib, həqiqətən də ehtiyac içində yaşadıqlarına və uşaqların ardıcıl müalicəsi üçün xeyli vəsait lazım olduğuna əmin olduq. Onu da öyrəndik ki, ailə bir neçə il öncə kreditə aldığı evin ödənişini edə bilmədiyi üçün mənzilləri də əllərindən alınıb. Ailə başçısı Daşdəmir Cəfərov onu da dedi ki, hərbçi kimi 720 manat maaş alır və bu pulun 300 AZN-i qaldıqları evin kirayəsinə ödənilir. Bu səbəbdən də Cəfərovlar ailəsi övladlarının müalicəsini davam etdirməkdə çox çətinlik çəkir.

Ümid edirik ki, xeyirsevər və imkanlı həmvətənlərimiz bu ailənin çarəsiz vəziyyətinə biganə qalmayaraq onlara yardımlarını əsirgəməyəcəklər. Həmçinin, ATV kanalı ilə bağlı səsləndirilən iddialarla əlaqədar aidiyyəti qurumlar tərəfindən də müvafiq tədbirlər görüləcəkdir. //KONKRET.az//
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti