Uşağı məktəbə yola salmaq üçün nə qədər pul lazımdır?
Sabah yeni dərs ilinin başlaması ilə valideynlər uşaqlardan çox həyəcan keçirirlər.

Hər il yeni dərs ilinin başlaması övladlarını geyim, ayaqqabı, məktəb ləvazimatları ilə təmin etməyə çalışan valideynlərin qayğısını artırır. Bununla yanaşı, sosial şəbəkələrdə məktəbli formasına, çantasına, ləvazimatlarına ehtiyacı olan ailələrlə bağlı tez-tez elanlara rast gəlirik.

Bu da valideynlərin övladlarını məktəbə yola salmaq üçün lazım olan xərclərin öhdəsindən gələ bilməməsi deməkdir. Bir ailədə yalnız bir uşağın olmadığını nəzərə alsaq, valideynlərin durumunu təsəvvür etməmək çətin olmur.

Beləliklə, hazırda bir uşağı məktəbə yola salmaq üçün nə qədər xərc tələb olunur?

TEREF.AZ yazır ki, Cebhe.info bununla bağlı kiçik bir araşdırma edib.

Bildiyimiz kimi, bu il məktəblərdə yeni məktəbli formalarından istifadə ediləcək. Elm və Təhsil Nazirliyi formaların istifadəsinin tövsiyə olunduğunu elan etsə də, bəzi məktəb direktorları ibtidai siniflərdə formanın istifadəsini tələb edirlər.

Nazirlik yeni froma tələb etməsə belə, övladını birinci sinfə yola salan valideyn mütləq xüsusi forma almalıdır. Elə bu səbəbdən bir neçə gündür Bakı Tikiş Evinin önündə izdiham yaşanır. Məktəbli formalarının qiyməti isə belədir, həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvar və ətəyin qiyməti 25 manat təşkil edir. Məktəblilər üçün jaketin qiyməti 27 manatdır.

Məktəb ləvazimatlarının qiymətini öyrənmək üçün bir neçə dəftərxana ləvazimatları satılan dükanlardakı qiymətlərlə tanış olduq. “28 May” metrostansiyası ətrafında təşkil edilən məktəbli yarmarkasındakı məktəb ləvazimatlaırnın qiymətini təqdim edirik:

100 vərəqli dəftər - 1.10 AZN
60 vərəqli dəftər - 0.90 AZN
40 vərəqli dəftər - 0.60 AZN

24 və 12 vərəqli dəftərlərin qiyməti müvafiq olaraq 45 və 30 qəpiyə təklif olunur. Çantaların qiyməti də 30 manatla 80 manat arasındadır. Bundan başqa, sadə qələmlərin ən ucuzu 50 qəpikdir.

Digər dəftərxana mağazsında isə qiymətlər yarmarkaya nisbətən ucuzdur. Həm dəftərlərin, həm də digər lazımlı əşyaların qiymətində bunu müşahidə elədik. “Nizami” metrostansiyası ətrafında yerləşən mağazada heç olmasa 30 qəpiyə sadə qələm və karandaş tapmaq mümkün idi. Valideynlər uşaqlarına pozan, xətkeş, plastilin, rəngli karandaş, marker, qələm və su qabı da almaq məcburiyyətindədilər.

Baş çəkdiyimiz mağazada rəngli karandaşlar 5 manat və 47 manat arasında dəyişir. Burada keyfiyyət də, məhsulun markası da önəm daşıyır. Valideynlərin çox aldığı 96 vərəqli dəftərin qiymnəti 1 manat 20 qəpikdir. Qələm qablarının qiyməti 11 manatdan, su qablarının qiyməti isə 4.70 manatdan başlayır. Sulu boyaların rəng sayına görə qiyməti fərqlidir. Ən ucuzunun qiyməti 2 manatdır. Pozanların və xətkeşlərin qiyməti 50 qəpikdən başlayır. Şagirdlərin çox istifadə etdikləri və A4 kağızların bir paketi 8 manat 70 qəpiyə təklif olunur. Valideynlər övladları üçün əlavə olaraq iş dəftərləri və siniflər üzrə hər fənnə aid test topluları da almaq məcburiyyətindədilər.

Bütün bunları ümumiləşdirdikdə bir uşağa lazım olan çanta, geyim və digər ləvazimatları almaq üçün minimum 150 manat vəsait lazımdır. Orta hesabla 200 manat pul xərclənir.

Günay Şahmar
Cebhe.info
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti