"İntihar etməyin, gəlin biganə məmurları birlikdə ifşa edək" -
Qazilərimizin intiharı artıq davamlı hal alıb və təəssüf ki, arzuolunmaz ənənəyə çevrilməkdədir. Müharibədən qələbə ilə qayıdan, düşmənin öldürə bilmədiyi igidlərimiz hansısa məmurun özbaşınalığı, laqeydliyi ucbatından və ya hansısa digər səbəbdən canına qəsd edir. Bu tendensiyanın qarşısını necə ala bilərik?

Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, qazilərin statusu və hüquqları məsələsi həllini tapmalıdır: "Mən qazi sözünü istifadə etməyə o qədər də həvəs göstərmirəm. Ona görə ki, Azərbaycanda "qazi" sözünün hüquqi tərəfi hələ yetərincə təsbit olunmayıb. Yəni, müharibə iştirakçısı, müharibə əlili, müharibə veteranı anlayışı var. Sentyabr ayında Milli Məclis toplananda qazi ifadəsini Veteranlar haqqında qanuna əlavə etməklə bu məsələni həll edə bilərik".
"Bir müddət bundan öncə ardıcıl baş verən hadisələrdə biz həyəcan təbili çaldıq. Mətbuat olaraq dedik ki, bu məsələlər öz həllini tapacaq. Əfsuslar olsun ki, son dəfə Sabirabadda olan qazimiz Elvin Cəfərov özünə qəsd etdi və dünyasını dəyişdi. İndi bu müharibə iştirakçısının vəziyyəti necə olacaq bilinmir, amma Bakıdakı xəstəxanaya təxliyyə olunub. Mən fürsətdən istifadə edərək deyirəm ki, heç bir halda onlar bu yola əl atmasınlar. Düşmən qarşısından qaçmayan, düşmənin yaratdığı o dözülməz fiziki və mənəvi çətinliklərə dözənlər canlarına qıymasınlar. Şiddətli döyüş gedirdi, vaxtlı vaxtında dincələ bilmirdilər, qida tapa bilmirdilər. Yəni belə bir çətinliyə dözən oğullar indi hansısa bir məmurun günahı ucbatından öz həyatına qəsd edir. Bu həm İslami tərəfdən günahdır, həm də hüquqi baxımdan sən doğrudan da müharibənin iştirakçısısansa, öz hüququnu istə və mübarizəni apar. Mən bu yolu tövsiyyə edirəm".

Ü.Cəfərov məsələ ilə bağlı Nazirlər Kabinetinə üz tutaraq bu sözləri ifadə etdi: "Mütəmadi olaraq müharibədə istər öndə , istər arxa cəbhədə iştirak etmiş, ezam olunmuş şəxslər hələ də öz haqq etdikləri müharibə veteranı adlarını almıyıblar. Mən bu mövzuda baş nazir Əli Əsədova müraciət etmək istəyirəm. Əli Əsədov siz nəyi gözləyirsiniz? Sizin tabeliyinizdə olan məmurlar niyə bu qədər biganədir? Bu məsələni həll etmək lazımdır. Artıq avqust ayı başa çatıb. Gələn ay 44 günlük müharibədə zəfərimizin 2 illik tarixi yaxınlaşır. Bu günə qədər minlərlə insan haqq etdiyi müharibə veteranı adını hələ də almıyıb. Hər işə vaxt tapılır, amma lazım olan işləri başa çatdırmırlar. Müharibə veteranları ilə bağlı hərb yönlü təşkilatlar var. Onlar da bir fəaliyyət göstərməlidirlər. Sanki bu yay onlara məsti-xumar bir şərait yaradıb. Hərə bir istirahət ocağına çəkilib. Sanki baş verənlər Azərbaycan da deyil, başqa ölkədə baş verir".

Polkovnik qazilərə səsləndi: "Mən bir daha bu fürsətdən istifadə edib müharibə iştirakçılarina müraciət etmək istəyirəm ki, heç bir halda onlar öz canlarına qəsd etməsinlər və problemleri olan zaman mətbuata müraciət etsinlər. Biz də həmin o biganə məmurlari ifşa edək və başa salaq ki, onların bilavasitə vəzifə borcudur. İcra hakimiyyətlərində olan müvafiq şöbələr ki var, hələ də öz işlərini lazımi səviyyədə yerinə yetirmirlər. Mən onlara müraciət edirəm- sizə nə oldu ? Birdən- birə bu 2 il ərzində siz də məmurlaşdınız? Yəni bu qədər biganə oldunuz? Olmaz belə şeylər, onlar bir qədər bu işlərdə çevik və operativ iştirak etməlidirlər və müharibədə olmayan adamları başa salmalıdırlar ki, müharibə iştirakçılarına həssas yanaşsınlar, onların problemlərinin həlli istiqamətində boş sözlər yox, konkret addımlar atsınlar".
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti