Bu ölkəyə böyük yardım yola düşdü –
Xəbər verdiyimiz kimi, Böyük Britaniya Ukraynaya təxminən 1 milyard dollarlıq yeni yardım paketi göndərib. Bildirilir ki, bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən ibarət olan və ümumilikdə 50 milyard dollar məbləğində nəzərdə tutulan beynəlxalq kredit proqramının bir hissəsidir. Bu addım Qərbin Rusiya əleyhinə iqtisadi təzyiqini yeni mərhələyə daşıdığı kimi qiymətləndirilir.

Britaniya bu yolla Rusiyadan müsadirə etdiyi böyük məbləğdə vəsaiti “yumağa” çalışır? 50 milyardın bir neçə milyardını Ukraynaya “göndərib”, yerdə qalanını nə edəcək? Bu yolla həmin vəsaiti legitimləşdirir? Bu dəstək müharibədə nəyi dəyişəcək?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, son baş verən hadisələr göstərir ki, Rusiya-Ukrayna qarşıdurmasında maraqlı olan tərəflərdən biri də Böyük Britaniyadır:

“Rəsmi London bunu gizlətmir. Böyük Britaniyada da hakimiyyət dəyişikliyi baş verib, Torilərin yerinə Liberal Partiya gəlib. Rəsmi Londonun siyasətində köklü dəyişiklik baş vermir. Britaniya Rusiyanı öz düşməni hesab edir. Tarixin izlərində bu münasibətin mövcud olduğunu görmüşük. Birinci Dünya müharibəsinə qədər, hələ Əfqanıstan kampaniyaları zamanında da Britaniya və Rusiya daban-dabana zidd siyasət yürüdürdülər. Əslində isə hər iki tərəf işğalçı meyilli idilər. Bu gün isə görürük ki, Donald Tramp ABŞ Prezidenti kimi müharibəyə son qoyulması məqsədilə Ukraynaya yardımı azaldıb. Bu, avropalıların, xüsusilə də Britaniyanın ürəyincə deyil. Ukraynaya yardımların dayanmaması üçün əlavə imkanlar axtarırlar. Bu da imperiya siyasətidir. Britaniya Rusiyanı özünə düşmən sayırsa, onu maksimum dərəcədə zəiflətməyə çalışacaq. Lakin bu prosesdə Britaniya “qaydasız döyüş” elementlərindən istifadə edir. Çünki başqa ölkələrin aktivlərinə müdaxilə edib, müharibəni bəhanə kimi göstərmək presedenti olmayan bir yanaşmadır. Çox təhlükəli tətbiqdir”.

Politoloqun sözlərinə görə, bir çox Qərb şirkətlərinin iştahası artıb:

“Ukrayna və Rusiyanın dağıdılmış infrastrukturlarının bərpasından gəlir əldə etməyi planlayırlar. Vaxtilə Yuqoslaviyanı bombardıman etməzdən əvvəl artıq Qərb şirkətləri arasında rəqabət var idi. Çünki onsuz da bir sıra ərazilərin infrastrukturu dağıdılacaq və həmin ərazilərin bərpasında kimlərin iştirak edə biləcəyi müzakirə olunurdu. Bunlar Qərb dünyasının riyakarlığının dərinliyini göstərir. Bu, xoşagəlməz bir gedişdir. Qərb elə işin əvvəlindən Rusiya ilə Ukrayna arasında nifaq salmağa çalışırdı. Ukraynada məharətlə, ustalıqla döyüş aparanların hamısı Britaniya, Polşa, Almaniya və Fransanın təlimatçıları tərəfindən hazırlanmış döyüş birləşmələridir. Hətta Kurskun işğal edilməsində də bu batalyonlar yaxından iştirak etmişdilər”.

Tofiq Abbasovun fikrincə, Rusiyanın 50-yə yaxın ölkə ilə mübarizə apardığı ilə bağlı səsləndirilən fikirlərdə məntiq var:

“Günahın bir qismi də Rusiyanın üzərindədir. Rəsmi Moskva başqa dövlətin ərazisinə girdi. Lakin sonradan məlum olur ki, bu addım nəyə görə atılıb. Rusiya kəşfiyyatında olan məlumata görə, Ukrayna öz hava qüvvələrini modernləşdirib və gələcəkdə Rumıniyadan Qaradənizin dibi ilə yanacaq alandan sonra Rusiyaya hücum edəcəkmiş. Belə bir plan mövcud idi. Rusiya bunu qabaqlamaq istədi. Lakin Kreml bir qədər gecikdi. Əgər Rusiya 2014-cü ildə hərəkətə keçsəydi, bu gün böyük müharibə olmayacaqdı.”
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"

Dünyapress TV

Xəbər lenti