İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir, gecikdirildiyi halda işçilərin hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə necə tənzimlənir, işçiyə dəyən maddi və digər ziyan necə ödənilməlidir?
1. Əmək haqqının ödənilməsi ilə əlaqədar işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən dəymiş ziyanı və ya fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyənedilmiş dəyən maddi və digər ziyanı işçiyə - tam məbləğdə ödəməlidir.
2.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğində) on alyı gündən çox olmamaqla vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
3. Əmək Məcəlləsi tələbləri pozulmamaqla, Kollektiv müqavilə və əmək müqaviləsində işçilərə əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
4. Əmək haqqının verilməsi günü: istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
5. İşçi işdən çıxarkən ona düşən bütün əmək haqqı və son haqq hesablar tam məbləğdə işdən çıxdığı son gün verilir.
6. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, gecikdirilmiş hər gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.
7. Əmək müqaviləsi ləğv edilmiş işçiyə əmək kitabçası sonuncu iş günü işçiyə verilməzsə, işəgötürənin təqsiri üzündən ləngidilərsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
8. Əmək haqqlarının: «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində: hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülür.
9. İşçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət, ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsan istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər üçün yeddi yüz manatdan min beş yüz manata qədər məbləğdə cərimə nəzərdə tutulur.
Azer Quliyev
TEREF
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti