“Sərbəst yaşayım, amma pulunu sən ödə” -
"Azərbaycanda əksər gənclər uzun illər özləri qərar vermirlər. Onların həyatlarındakı bütün qərarları valideynləri verir".

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, buna görə də belə şəxslər böyüyəndə ailələrindən asılı vəziyyətə qalırlar:

"Əslində, ata-anası da zamanında şəxsi qərar verməyən övladlar bunun doğru olub-olmadığını bilmək üçün dünya görüşünün formalaşması mərhələsini keçməlidir. Lakin bu baş vermədiyi üçün valideynlər də övladlarının özlərindən kənarda sərbəst yaşamasını istəmirlər. Çünki azadlıq verəcəkləri təqdirdə, övladlarının "nə oyundan çıxa biləcəklərini" təxmin edirlər. Yəni valideynlər tərbiyədə yol verdiyi boşluqlara görə övladlarının nəzarətdən kənara çıxmasını istəmirlər. Başqa sözlə desək, onların "ipini boş buraxmağa" müsbət yanaşmırlar".

Mütəxəssis vurğulayıb ki, azadlıq sadəcə sərbəst olmaq deyil:

"Azadlıq həm də öz sərhədlərini bilərək, sərhədlərinin içində sərbəst olmaqdır. Lakin təəssüflər olsun ki, bizdə bu anlayış bir az yanlış anlaşılır. Bizdə hər kəsin içində istədiyi kimi azad ola biləcəklərini düşünürlər. Hərçənd ki, başqasının azadlığı başlayan yerdə sənin azadlığın bitir. Yəni hər kəs öz sərhədləri daxilində azad olmalıdır". Psixoloqun sözlərinə görə, əksər valideynlər övladlarına azadlıq vermək istəmirlər:

"Bizdə ailələrdə əsasən, "uşaq səs etməz" və ya "valideyn hər zaman haqlıdır" təfəkkürü olub. Bu şüurla böyümüş fərddən isə evində övladına özü ilə bərabər hüquq verməsini gözləmək mümkün deyil. Əslində, Azərbaycan ailələrində uşaqlar da azadlığı səhv başa düşürlər. Onlar elə bilirlər ki, azadlıq istədiyi hər yerə getmək və ya evə arzuladığı vaxta evə gəlməkdir. Yəni bizdə azadlıq belə ölçülür".

Lakin mütəxəssis qeyd edib ki, azadlıq həm də məsuliyyətdir:

"Gənclər başa düşməlidirlər ki, azadlıq həm də geyimlərini almaq, kommunal xərclərini ödəmək və çörək pulunu qazanmaqdır. Bu mənada azadlıq həm də məsuliyyət tələb edir. Ancaq əfsuslar olsun ki, bizdə azadlıq birtərəfli olur. Övlad istədiyini edir, amma onun kommunal xərclərini valideyn ödəyir, hətta evini də alır. Bu baxımdan, azadlıq yox, asılılıq var. Belə səbəblərə görə də gənclərin əksəriyyəti sərbəst yaşamağa meyil etmirlər". Əfsanə Rüstəmova fikirlərini belə əsaslandırıb:

"Gənclərin böyük əksəriyyəti maddi cəhətdən çətinlik çəkməmək üçün ailələri ilə birlikdə yaşayırlar və ayrı qalmağa meyil etmirlər. Bir növ bu məsuliyyəti almaq istəmirlər. Əziyyət çəkməkdənsə, ailələrinin yanında rahat yaşamağı seçirlər. Lakin düşünürəm ki, bu yanaşma insanın öz şəxsiyyətinə hörmət etmədiyini göstərir. Həmçinin, öz gücünə və potensialına bələd olmayan gənclər sərbəst yaşamağı uğurlu həyat hesab etmirlər".
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti