Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bəzən sürücülər cərimələrin həddən artıq çox olduğundan şikayət edirlər. Müəyyən edilmiş yerlərdə yol hərəkəti qaydalarının dəyişməsi ilə əlaqədar, yaxud küçə və prospektlərdə xətləmə işləri yekunlaşdıqdan sonra cərimələrin artması halları daha da çoxalıb.

Bu da sürücülərin bəzən haqlı, bəzən isə haqsız narazılığına səbəb olur. Məsələn, sürücülər təcili dərman almaq üçün aptekə girməlidir, amma ərazidə parkinq yeri yoxdursa, bir neçə dəqiqə içərisində dərhal cərimə yazılır. Sürücülər bunu düzgün hesab etmirlər. Ekspertlərin fikrincə, öncə xəbərdarlıq olunmalı və sonra cərimə yazılmalıdır. Çünki qayda pozuntularının həqiqətən güzəştə gedilə biləcək səbəbləri ola bilər. Yeri gəlmişkən, bəzi sürücülər cərimələrin artdığını əsas gətirərək ümumiyyətlə avtomobil idarə etməkdən imtina ediblər.

Nəqliyyat ekspertləri bildirirlər ki, dünya təcrübəsində də yol hərəkəti qaydalarının pozulmasına görə tənbeh növü kimi cərimələr seçilib.

Bu mövzuda danışan nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirdi ki, cərimə ilə yanaşı, digər üsullardan da istifadə oluna bilər. Ekspertin sözlərinə görə, yol hərəkəti qaydalarının pozulmasının sayını azaltmaq üçün müzakirələr təşkil edilə bilər: “Sürücülər və piyadalarla maarifləndirmə işləri aparıla bilər. Adətən cərimə məbləği çox yığılan sürücülər avtomobil sürməkdən imtina edirlər”.

Nəqliyyat eksperti Yasin Mustafayevin fikrincə, cəzaların tətbiq edilməsi inkişaf etmiş ölkələrdə bütün sahələrdə qayda-qanunlara əməl edilməsində ciddi rol oynayır. Ekspert qeyd etdi ki, cərimə mexanizmi daha işlək mexanizmdir: “Hər hansı qayda pozuntusunda cəza tədbiri görülür və əfv edilmir. İkinci məsələ cəzaların həddən artıq yüksək olmasıdır. Buna görə də insanlar qayda-qanunlara əməl edirlər. Manevr, parklama və yaxud digər qaydaların pozulması hallarına nadir hallarda rast gəlinir. Hesab edirəm ki, cəzaların tətbiq edilməsi effektiv çıxış yoludur. Pafoslu çıxışlara ehtiyac yoxdur. Qayda pozuntularının qarşısını almaqla qayda pozanın digər vətəndaşların haqqını tapdalamaqdan qoruyuruq. Elə vətəndaşlar var ki, mütəmadi qayda pozuntusu edirlər. Onları bir, yaxud iki dəfə cəzalandırdıqda qayda pozuntusundan ehtiyat etməyə başlayırlar. Cəzalar az olduqda qayda pozuntusu təkrarlana bilər. Narahatedici miqdarda cəza tətbiq edildikdə isə vətəndaş demək olar ki, heç vaxt təkrar qayda pozuntusu etmir”. Ekspert əlavə etdi ki, bəzən qayda pozuntusu bilməyərək edilir: “Mövcud vəziyyətdə uyğunsuzluqdan, məsələn, yol nişanlarının yetərli olmamasından, bir-birinə ziddiyyət təşkil etməsindən dolayı istəmədən qayda pozuntusu olur. Belə hallarda vətəndaşların müraciət etmək və cəriməni sildirmək hüququ var. Bu mexanizmi inkişaf etdirmək, insanlar üçün əlçatan etmək, məsələnin həllinə operativ şəkildə reaksiya vermək daha yaxşı olardı. Vətəndaş etmədiyi qanun pozuntusuna görə müraciətdən sonra aylarla cavab gözləməməlidir”.

Yada salaq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası"nda dəyişiklik edilib.

Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, yeni qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267 (Cild I) ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası"nın 2.1.2-ci yarımbəndinə dəyişiklik edilib.

Dəyişikliklə cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan işıqforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək. Qaydanın 2.1-1 yarımbəndi isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunmasını nəzərdə tutur.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti