Məktəblərdə bullinq halları çoxalır: Zorakılığın qarşısı necə alına bilər?
Müasir valideynlər icazə vermirlər ki, məktəbdə kimsə onların uşağına nəsə desin. Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti olmayanda da bullinq halları çoxalır.

“Müqəvva” filmi 1983-cü ildə ekranlara çıxanda tənqidçilər sovet məktəbinin rüsvay edildiyini əsas tutaraq rejissora qarşı hücuma keçdilər. Məktəblilər arasında zorakılığın baş verməsini ekrana gətirdiyinə görə rejissora dəstək verənlər də oldu. Filmin rejissoru Rolan Bıkov film terapiyasının alətləri ilə problemin təkcə həllini deyil, həm də başvermə səbəblərini göstərmişdi. Süjet zorakılığa məruz qalmış bir yeniyetmə qızın – Lenanın prizmasından zorakılığın bütün ətrafa mənfi təsirini detallarla ifşa edirdi. Halbuki o vaxtlar bullinq termini yaranmamışdı.

Elə indinin özündə də bullinq (bullying – qorxutma, hədə-qorxu, zorakılıq) qanunlarda və ya məktəb sənədlərində təsbit edilmir. Lakin valideynlər, müəllimlər və psixoloqlar tərəfindən vaxtaşırı istifadə olunur.

Son vaxtlar məktəblərdə baş verən bullinq hallarının artması Elm və Təhsil Nazirliyinin də diqqətini bu istiqamətə yönəldib. Nazirliyin uşaq hüquqları sahəsində hazırladığı konsepsiyada uşaq hüquqlarının qorunması, sağlam mühitin yaradılması məqsədilə valideynlər üçün təlimlərin təşkili, məktəblərdə psixoloji problemlərin və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi, monitorinqlərin gücləndirilməsi və s. tədbirlər nəzərdə tutulur.

Mütəxəssislər konsepsiyanın problemin həllində rol oynayacağına ümidlərini gizlətmirlər.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

“Helikopter valideyn”
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Rasif Dünyamalıyevin fikrincə, uşaqlar arasında aqressiya bu günün problemi deyil, 20-30 il əvvəl də məktəblərdə dava, böyük uşaqların kiçiklərə qarşı zorakılığı olub, bu gün də var: “Sadəcə, o dönəmdə ictimai nəzarət vardı. Uşaqlar dava edəndə böyüklər müdaxilə edir, uşağı başa salırdılar. İndi valideynlər icazə vermirlər ki, kimsə onların uşağına nəsə desin. Valideynlərin bu məsələyə yanaşması dəyişib. Valideynlər “mənim uşağıma heç kim heç nə deyə bilməz” deyirlər. Onda bullinqin qarşısı necə alınacaq? Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti yoxdursa, ancaq təlimlə məşğul olursa, bu etik qaydaları, davranış normalarını uşağa kim öyrədəcək? Təəssüf ki, hazırda dünyada “helikopter valideyn” anlayışı formalaşıb. Valideynlər çalışırlar ki, uşaqların bütün davranışlarına nəzarət etsinlər, helikopter kimi başlarının üstündə fırlansınlar, onları qorusunlar. Belə olanda uşaqlar özlərini “hər şey edə bilmək” səlahiyyətində hiss edirlər, “bizə heç kim heç nə deyə bilməz” deyə düşünürlər”.

İŞ üzvü hesab edir ki, məktəbdə təhsilverənlər və təhsilalanlar üçün qaydalar müəyyən olunmasa, təlim və tədris prosesini təşkil edə bilmərik: “İstənilən müəssisənin daxili intizam qaydaları, etik kodeksi var. Bu qaydalar da ondan ötrüdür ki, məktəb daxilində hər kəs öz limitlərini bilsin. Sərhədlər müəyyən olunmasa, kim nə bildi edəcək. Bir yerdə qayda-qanun yoxdursa, orada nə inkişafdan, nə də perspektivdən danışa bilərik”.

Müəllim-məktəb-ailə üçbucağı
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova hesab edir ki, nazirliyin problemin həlli istiqamətində çıxış yolu axtarması təqdirəlayiqdir: “Çünki məktəblərdə bullinq, ailədən gələn problemlər, tərbiyəvi məsələlərdə valideyn qayğısının təmin olunmaması və s. halları biz artıq uşaqların yanaşmalarında müşahidə edirik”. K.Aşumova hesab edir ki, məktəblərdə peşəkar psixoloqların sayının az olması halları ilə rastlaşılsa da, problemin həllini təkcə psixoloqlardan tələb etmək düzgün olmaz: “Məsələnin həllində müəllimlərin rolu və öhdəlikləri də vacibdir. Çünki uşaqlarla ilk təmasda olan müəllimlər və sinif rəhbərləridir. Psixoloqa da uşağın problemini çatdıran müəllimdir. Müəllim-məktəb-ailə üçbucaq şəklində işləməlidir. Psixoloqların ilkin yardım göstərməsi üçünsə onların maddi-texniki bazası güclü olmalıdır. Həmçinin uşaqların “Uşaq qaynar xətti” haqqında məlumatlılığını gücləndimək lazımdır. Onların çətin durumda müraciət etmələri üçün bir ünvanları olmalıdır”.

“Elə bir məktəb yoxdur ki…”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova bildirir ki, hazırda məktəblərdə bullinqə məruz qalan uşaqların sayı durmadan artır: “Bugünlərdə tələbələrlə mövzumuz ailə münaqişələri idi. 80 faiz tələbə “valideynlərimiz bizə deyir ki, siz bizim yanlışımızsınız”, – deyə gileyləndilər. Bu cür böyüyən uşaq necə aqressiv olmasın və ya bullinqə məruz qalmasın? Əgər uşaqlarda aqressiya varsa, ilk növbədə onun ailəsinə baxmaq lazımdır”. N.Məmmədovanın fikrincə, məktəblərdə problemin həlli istiqamətində peşəkar psixoloqların olması vacibdir: “Yaxşı olardı ki, psixoloqlara dərs saatı verilsin. Hər sinifdə həftədə bir dəfə dərsləri olsa, yaxşı nəticə əldə etmək olar. Düzdür, hazırda məktəblərdə həm ibtidai siniflərdə oxuyanlar, həm də yeniyetmələrlə məşğul olan psixoloqlar çalışır, amma müşahidə edəndə görürsən ki, fəaliyyətləri o qədər də yoxdur.

Hansı yeniyetməni danışdırırsan, içində yaxşı və pis mənada bir dünya var. Uşaqlarla ayrı-ayrılıqda məşğul olunmur. Bu tələb olsa, uşaq rahatlıqla psixoloqa gedə bilər. Bəzi psixoloqlar yanına gedən şagirdin məxfiliyini qorumur. Nəticədə uşaqların etibarı itir və məktəb psixoloqundan qorxurlar”. N.Məmmədova bildirir ki, uşaqların aqressiyası məktəblərə görə dəyişmir: “Elə bir məktəb yoxdur ki, orada belə hallar baş verməsin. Əgər bir yerdə insan faktoru varsa, orada aqressiya da var. Sadəcə, ört-basdır edilənləri və üzə çıxanları olur”.

N.Məmmədovanın fikrincə, maarifləndirmə işləri gücləndirilməlidir: “Valideynlərlə söhbət çox önəmlidir. Yuxarı siniflərdə valideynlər iclasa gəlmirlər. Ailə ilə məktəb əlbir işləsə, tam hərtərəfli, məsuliyyətli şəxsiyyət formalaşdıra bilərik”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti