Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" -
Ölkədə uzun müddətdir ki, müzakirə olunan mövzulardan biri də yas mərasimlərinin təşkili ilə bağlıdır.

Belə ki, son vaxtlar yas mərasimlərinin təşkili zamanı vətəndaşların maddi imkanının olmasından asılı olmayaraq yüksək səviyyədə keçirilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Yəni bəzi ailələr yas mərasimi zamanı müxtəlif sayda yemək, meyvə və şirniyyat çeşidi təqdim edir. İmkansız vətəndaşlar isə ona uyğun davranmaq məcburiyyətində qalır ki, borc vasitəsilə də olsa, yas mərasimində bahalı süfrə təqdim etməyə çalışır.

Bu prosesin qadağan olunması barədə müxtəlif fikirlər səslənsə də, hələlik həmin vəziyyət davam edir. Hazırda ölkənin cəmi bir neçə bölgəsində artıq yas mərasimi zamanı süfrədə pendir və tərəvəz ağırlıqlı qidalar təqdim etməklə kifayətlənirlər.

Ancaq hələlik bütün ölkədə bu öz həllini tapmayıb. Mövcud problem, yas mərasimlərində çox sayda yeməklərin təqdim olunması prosesi nə vaxt aradan qaldırılacaq və həmin problemin həllinin qarşısını kəsən amillərdən biri də mərasim zallarının biznes sahəsinə çevrilməsidirmi?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”a bildirib ki, bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur və artıq bir sosial sifarişə də çevrilib:

“Bu gün insanların hamısı arzulayır ki, həmin proses bir qədər yüngülləşsin. Bunun iki yolu var. Birincisi, vətəndaşlar özləri qərar qəbul edib bunu reallaşdırırlar. Məsələn, Naxçıvanda, Şəkidə, Füzulidə və ayrı-ayrı yerlərdə vətəndaşlar özləri bunu tənzimləyir. Bunun digər bir yolu isə qanunveriliklə bağlıdır. Bu Mərkəzi Asiya respublikalarının bəzilərində tətbiq olunur.

Həmin problem yalnız yas mərasimləri ilə bağlı deyil. Məhz toylarla da bağlı məsələdir. Bu məsələlərlə bağlı müzakirələr çoxdur. Hesab edirəm ki, hazırda çıxış yollarından biri də davamlı maarifləndirmə və təbliğat məsələsidir. Yəni hər iki tərəfin fərqli yanaşması var.

Qanunla bağlı onun əleyhinə olan insanlar deyir ki, ictimai münasibətlər onunla tənzimlənməməlidir. Digər şəxslər isə deyir ki, biz bunu mütləq tənzimləməliyik. Düşünürəm ki, bu zaman məsələsidir. İnsanlar özləri çalışmalıdır, bu prosesə getməlidirlər. Eyni zamanda gələcəkdə müəyyən tənzimləmələr də nəzərdə tutula bilər.

Mərasim evlərinə gəldikdə isə, bu həqiqətən də bir biznes sahəsinə çevrilib. Gündən-günə bu cür yerlərin sayı artır. Həmin amilin bu və ya digər formada genişlənməsi bir adət halını alıb. Bu məsələ vətəndaşın özündən və dövlətin özündən asılıdır. Hansı daha doğrudur?

Vətəndaşlar özləri şüurlu şəkildə buna doğru getməlidirlər. Əgər dövlət hesab etsə ki, müdaxiləyə ehtiyac var, o zaman bu addımlar atılacaq. Həmin yerlərə gedənlər məhz vətəndaşlar özləridir. Bəzən də çox böyük vəsait ayrılır.

Bir qədər yüngülləşməyə gedilməlidir. İnsanlar da buna gedən vətəndaşları “filankəs təmtəraqla yas vermədi, zəif götürdü, yaxşı yemək vermədi, masanın üzərində hər şey yox idi” kimi məsələlərdə qınamamalıdır”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti