“Qadınlar kişiləşib, kişilər dişiləşib”
Bu sözləri tanınmış türkiyəli ailə həkimi Ender Saraç deyib. Onun müasir yaşayış tərzinin qadınlar və kişilərə təsiri barədə dedikləri müzakirələrə səbəb olub:

Həkimin sözlərinə görə, qadınların daha az doğum etməsi, gec yaşda ana olmaları və karyeralarındakı ağır məsuliyyət onlarda hormonal tarazlığı pozur.

E.Saraç qeyd edib ki, yanlış qidalanma vərdişləri və müasir həyatın gətirdiyi ətraf mühit faktorları da hormonal dəyişikliklərdə böyük rol oynayır.

“Qadınlar kollegiya iclasında ağrı sancı içrəisində işlərini davam etdirmək məcburiyyətində qalırlar”- o deyib.

Mütəxəssis bildirib ki, bu vəziyyət estrogen və testosteron balansını pozur. Hər qadında testosteron, hər kişidə müəyyən aşağı faizlərdə estrogen hormonu olduğunu ifadə edən Saraç sözlərinə belə davam edib:

“Qadınları kişilərdən ən çox fərqləndirən üç orqan: yumurtalıqlar, uşaqlıq və süd vəziləri funksiyasını yerinə yetirmir. Dövrümüzün reallıqlarına uyğun gəlmir, lakin onların daha erkən yaşda hamilə qalması və uşaqlığın hamiləliyi yaşaması, yumurtanın mayalanması və süd vəzilərinin daha erkən yaşda süd verməsi vacibdir. Bir şeyi nə qədər təxirə salsan, tarazlıq bir o qədər pozula bilər”.

E.Saraç qadınların müasir dövrdə çox yükləndiyini söyləyib:

“Buraya pis qidalanma, idman etməmək, artıq çəki, stress, kimyəvi dərmanlardan çox istifadəni əlavə etdikdə tarazlıq pozula bilər. Böyük şəhərdə çox heyran olduğum məhsuldar müasir qadınların əksəriyyəti antidepresanlardan istifadə edirlər. Çünki biz onlara belə bir yük yükləmişik ki, sən güclüsən, sən də hesabı ödəməlisən. Biz qadına kişi rollarını da yükləmişik.
Biz kişilik və qadınlığı səhv başa düşmüşük. Həm analıq, həm karyera, həm doğuş, həm pul qazanmaq, məsuliyyətlər və s. ilə qadınları çox yorduq. Klimaks yaşı çox erkənə çəkilib”, - deyə o bildirib. \\Ölkə.Az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti