Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR -
Azərbaycanda qanunsuz tikili və sənədsiz evlərlə bağlı illərdir ki, müzakirələr gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov mətbuata açıqlamasında ölkədə 400 minə yaxın qeyri-qanuni tikilinin qeydə alındığını deyib.

Sənədsiz, yəni çıxarışsız evlərin sənəd ala bilməməsinin bir sıra səbəbləri var.

Bəzi evlər yaşayış üçün təhlükəli ərazilərdə, yaşamağa icazə olmayan ərazilərdə tikilib.

Rüstəm Şahbazov da mühafizə zonalarına düşən tikililər məsələsinə toxunaraq, onlarla bağlı vəziyyətin daha fərqli yanaşma tələb etdiyini bildirib:

"Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.

Bildiyimiz kimi, sənədsiz evlərin qeydiyyata alınması, onların sənədləşdirilməsi üzrə müəyyən layihələr hazırlanır.

Maraqlıdır, bu layihələr həyata keçirilərkən mühafizə ərazilərində tikilən tikililərin aqibəti necə olacaq? Onların sahiblərinə kompensasiya verilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, qadağan olunan ərazilərdəki tikilərin qanuniləşməsi mümkün olmayacaq:

“Son illər ərzində sənədsiz evlərin leqallaşması istiqamətində bir çox müzakirələr aparılır və dövlət qurumları tərəfindən addımlar atılmaq istiqamətində işlər görülür. Yaxşı tərəfi odur ki, qanunların təkmilləşməsi və leqallaşması istiqamətində daha çox işlər görülüb.

Mühafizə zolaqları ərazisində inşa olunmuş, qanunla tikintisinə yol verilməyən tikililərin aqibəti barədə mənə də dəfələrlə müraciət edirlər. Mühafizə zolaqlarına düşən, qadağan olan ərazilərdə inşa olunan fərdi evlər, tikililərin qanuniləşməsi mümkün olmayacaq. Bununla bağlı heç nə nəzərdə tutulmur”.

Elspert hesab edir ki, həmin evlərin sahiblərinə hər hansı kompensasiya verilməyəcək:

“Sadəcə sual yaranır ki, o evlər olduğu kimi qalacaqmı? Əsas məsələ odur. Yəni dövlət onların aradan qaldırılması üçün hər hansı iş görəcək, yoxsa yox... Əgər dövlət tərəfindən bu kimi evlərin təhlükəli olması barədə qərar veriləcəksə, sözsüz ki, bu evlər nə vaxtsa söküləcək. Amma söküldüyü təqdirdə kompensasiya ilə bağlı büdcədən vəsait ayrıla biləcəyini düşünmürəm”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti