Naxçıvanda çörək qıtlığı hiss edilir
İki gündür Naxçıvan şəhəri və ətraf ərazilərdə çörək qıtlığı yaşanır. Buna səbəb bölgənin çörək istehsalında əsas rola malik olan APF Qrup MMC-yə aid Naxçıvan şəhərində yerləşön zavodun işçilərinin kütləvi tətilə başlamasıdır. Onlar ağır iş şərtlərinə və maaşlarının gecikdirilməsinə etiraz olaraq fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
Etirazçılardan B.M. „Gündəlik Naxçıvan“a deyir ki, tələbləri yerinə yetirilənə kimi tətili davam etdirəcəklər:
"Dünəndən işi dayandırmışıq, heç kim işləmir. Bizimlə heyvan kimi davranırlar. 18 saat işlədir, üstümüzə bağırır, təhqir edirlər. Bu azmış kimi, maaşlarımızı da vermirlər. Deyirlər ki, maliyyə çatışmazlığı var. Halbuki, normal şəkildə işləyirdik, çörək də əvvəlki qiymətə satılırdı. Maliyyə niyə olmasın ki? Bizim də ailəmiz var, öhdəliklərimiz var. Normal iş şərtləri, maaş tələb edəndə işdən çıxarmaqla hədələyirdilər. İndi hamımız işi dayandırmışıq, görək bundan sonra kimi hədələyəcəklər."
Naxçıvan şəhər sakini Sahibə Muradova deyir ki, çörək qıtlığı dükanlarda növbələrin yaranmasına səbəb olub:
"İki gündür ki, mağazalarda çörək tapmaq müşkülə çevrilib. Dükançılar deyir ki, APF-nin sexləri işləmədiyindən, əsas çörək təminatı dayanıb. Bu gün səhər mağazaya getdim, çörək qurtarmışdı. Satıcı dedi ki, artıq heç kimə çatmır. Digər sexlərdən gələn çörək isə az olduğundan tələbatı ödəmir. Uşaqlarım bu gün çörəksiz qalıblar. Bu vəziyyət belə davam etsə, nə edəcəyimizi bilmirik."
Çörək satıcısı M. Mehdiyev də çörək qıtlığından narazılıq edir:
"APF Qrup MMC əsas çörək istehsalçılarından idi və çox alıcı onların çörəyini alırdı. Dünəndən sexlər işləmir, çörək gəlmir. Özəl çörək sexlərindən sifariş verib gətiririk, amma onlar tələbatı ödəyə bilmir. Bu səbəbdən qıtlıq yaranıb. Alıcılar da narazıdır, hər gün çörək soruşurlar."
Naxçıvanda çörək qıtlığının nə qədər davam edəcəyi məlum deyil. Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini, işçilər isə haqlarının ödənilməsini tələb edirlər.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti