“Oğlum oxumaq istəyir, amma təhsil haqqını ödəmək üçün pul tapa bilmirik”
Zaur Xəlilov 2015-ci ilin dekabrın 4-də Dövlət Neft Şirkətinin Günəşli yatağının 10 saylı dəniz özülündə baş verən yanğın zamanı itkin düşüb. İndiyədək bir çoxunun cəsədi tapılsa da, Zaurla bağlı heç bir məlumat yoxdur.

“İki övladımı çətinliklə heç kimin köməyi olmadan böyütmüşəm. Yaşlı qaynanam da mənim himayəmdədir”, – Zaur Xəlilovun həyat yoldaşı Günel Xəlilova deyir.

Onun sözlərinə görə, evdar qadın kimi 2 övlad böyütmək çətin olub:

“Zaur itkin düşərkən oğlum 4-cü sinifdə oxuyurdu. Dövlət tərəfindən 80 manat təqaüd verilirdi. Evdar qadın kimi iki uşağı min bir əziyyətlə böyütmüşəm. Oğlum Məlikəli Xəlilov bu il Bakl Biznes Universitetinə qəbul olub. Onun təhsil haqqı 2 min manatdır. Həyat yoldaşım sağ olsaydı, bu qədər çıxılmaz durumda olmazdıq. Oğlum təhsil almaq istəyir, amma təhsil haqqını ödəmək üçün pul tapa bilmirik”.

Günel Xəlilova bildirib ki, təhsil haqqına köməklik göstərmək üçün SOCAR-a müraciət edib. Onun ərizəsini qəbul ediblər, hətta ümid də verilib. Lakin elə həmin gün zəng edərək, Zaur Xəlilovun SOCAR CAPE-nin işçisi olduğunu və buna görə də köməklik edə bilməyəcəklərini deyiblər:

“Oğlum oxumaq istəyir, amma təhsil haqqını ödəmək üçün pul tapa bilmirik”
Məlikəli Xəlilov. Foto: Meydan TV

“Həyat yoldaşım SOCAR CAPE-nin işçisi idi, amma SOCAR-ın işini həyata keçirərkən həlak olub. Zaur platformada çalışmasaydı, bu gün övladlarının yanında olardı. SOCAR CAPE-yə də müraciət etdik. Dedilər ki, şirkət bizə göstəriş verərsə, yardım edə bilərik”.

Çarəsiz ana övladının təhsil alması üçün yardım göstərilməsini istəyir. Deyir ki, oğlu təhsil almaq istəyir və arzusunun reallaşmasında bir valideyn kimi ona yardım edə bilmir.
2015-ci ilin dekabrın 4-də baş vermiş yanğında 30 işçi həlak olub. Onlardan yalnız 12-nin cəsədi tapılıb.

SOCAR-dan ailənin müraciəti ilə bağlı yazılı sorğu cavablandırılmayıb.
 //Meydan TV//
 

Bölmənin digər xəbərləri

07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

Dünyapress TV

Xəbər lenti