Ardını oxu...
Hazırda 670 min insan Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayır.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Komsomolskaya Pravda” radiosunun efirində Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy bildirib.

O qeyd edib ki, 670 min nəfərin yarısından çoxu qadın və uşaqlardır.

Qorovoyun sözlərinə görə, bu sayda insan Rusiya ərazisində qanunsuz yaşayır. Lakin 2024-cü il dekabrın 30-dan 2025-ci il aprelin 30-dək onların hüquqi statusu ilə bağlı məsələni həll etmək üçün müvafiq idarə və daxili işlər orqanları ilə əlaqə saxlamaq hüququ var.

“Xüsusi qeydlərimizi yoxladıqdan və ictimai asayişi təhdid edən hər hansı hüquq pozuntusunun olmamasını qiymətləndirdikdən sonra biz bu xarici vətəndaşların hüquqi statusunu tənzimləyəcəyik. Əks halda, onlardan ölkəni tərk etmək tələb olunur”, - Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.
Ardını oxu...
Sosial şəbəkə asılılığı günümzdə böyük-kiçik demədən demək olar ki, hər kəsin üz-üzə qaldığı problemdir. Bəs bu "bəladan" necə qurtulaq?

Referans.az sosial media asılılığından qurtulmaq üçün addım-addım planı təqdim edir:

Problemi qəbul edin
Özünüzə sual verin: "Sosial mediaya nə qədər vaxt sərf edirəm? Bu, mənə nə qazandırır, nə itirdir?"

Gündə neçə saatınızı sosial mediada keçirdiyinizi müəyyən edin.
Əsas məqsədinizin nə olduğunu düşünün: Məlumat əldə etmək, vaxt öldürmək, yoxsa sadəcə vərdiş?

Məhdudiyyətlər təyin edin
Vaxt limiti qoyun - Telefonunuzda "Screen Time" (Ekran müddəti) və ya "Digital Wellbeing" funksiyasından istifadə edin.
Tətbiqləri məhdudlaşdırın - Sosial media tətbiqlərini telefondan silin və ya dondurun.
Sosial media detoksu edin - Bir həftə və ya bir ay ərzində sosial mediadan uzaq durmağa çalışın.

Telefonu daha az əlinizə alın
Gecə telefondan uzaq durun - Yatmazdan ən az 1 saat əvvəl telefonu kənara qoyun.
Bildirişləri bağlayın - Sizi cəlb edən bildirişləri deaktiv edin.
Alternativ tapın - Sosial media yerinə kitab oxuyun, idman edin, real insanlarla görüşün.

Sosial medianın sizi necə manipulyasiya etdiyini anlayın
Sonsuz skrollama tələsinə düşməyin - Algoritmlər sizi daha çox vaxt keçirməyə məcbur edir.
Müqayisə etməyi dayandırın - Sosial mediada hər kəsin mükəmməl həyatı varmış kimi görünə bilər, amma bu, həqiqət deyil.
Yalnız faydalı məzmunları izləyin - Sizi inkişaf etdirən səhifələrə yönəlin.

Real həyata daha çox fokuslanın
Yeni hobbilər tapın - İdman, musiqi, rəsm, yazıçılıq və ya başqa maraqlarınızı inkişaf etdirin.
Dostlarınızla real görüşlər təşkil edin - Virtual ünsiyyət real münasibətləri əvəz edə bilməz.
Təbiətlə əlaqə qurun - Açıq havada vaxt keçirin, uzun gəzintilərə çıxın.

Lazım olanı saxlayın, qalanı atın
Özünüzə sual verin: "Bu platforma mənə nə qazandırır?"
Əgər sizə heç nə qatmırsa, hesablarınızı bağlamağı düşünün.
Sosial medianı idarə edin, onun sizi idarə etməsinə icazə verməyin.

Unutmayın: Həyat ekranda deyil, ətrafınızdakı gerçək dünyada baş verir!
 
 
 
Ardını oxu...
Müasir valideynlər icazə vermirlər ki, məktəbdə kimsə onların uşağına nəsə desin. Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti olmayanda da bullinq halları çoxalır.

“Müqəvva” filmi 1983-cü ildə ekranlara çıxanda tənqidçilər sovet məktəbinin rüsvay edildiyini əsas tutaraq rejissora qarşı hücuma keçdilər. Məktəblilər arasında zorakılığın baş verməsini ekrana gətirdiyinə görə rejissora dəstək verənlər də oldu. Filmin rejissoru Rolan Bıkov film terapiyasının alətləri ilə problemin təkcə həllini deyil, həm də başvermə səbəblərini göstərmişdi. Süjet zorakılığa məruz qalmış bir yeniyetmə qızın – Lenanın prizmasından zorakılığın bütün ətrafa mənfi təsirini detallarla ifşa edirdi. Halbuki o vaxtlar bullinq termini yaranmamışdı.

Elə indinin özündə də bullinq (bullying – qorxutma, hədə-qorxu, zorakılıq) qanunlarda və ya məktəb sənədlərində təsbit edilmir. Lakin valideynlər, müəllimlər və psixoloqlar tərəfindən vaxtaşırı istifadə olunur.

Son vaxtlar məktəblərdə baş verən bullinq hallarının artması Elm və Təhsil Nazirliyinin də diqqətini bu istiqamətə yönəldib. Nazirliyin uşaq hüquqları sahəsində hazırladığı konsepsiyada uşaq hüquqlarının qorunması, sağlam mühitin yaradılması məqsədilə valideynlər üçün təlimlərin təşkili, məktəblərdə psixoloji problemlərin və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi, monitorinqlərin gücləndirilməsi və s. tədbirlər nəzərdə tutulur.

Mütəxəssislər konsepsiyanın problemin həllində rol oynayacağına ümidlərini gizlətmirlər.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

“Helikopter valideyn”
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Rasif Dünyamalıyevin fikrincə, uşaqlar arasında aqressiya bu günün problemi deyil, 20-30 il əvvəl də məktəblərdə dava, böyük uşaqların kiçiklərə qarşı zorakılığı olub, bu gün də var: “Sadəcə, o dönəmdə ictimai nəzarət vardı. Uşaqlar dava edəndə böyüklər müdaxilə edir, uşağı başa salırdılar. İndi valideynlər icazə vermirlər ki, kimsə onların uşağına nəsə desin. Valideynlərin bu məsələyə yanaşması dəyişib. Valideynlər “mənim uşağıma heç kim heç nə deyə bilməz” deyirlər. Onda bullinqin qarşısı necə alınacaq? Məktəbdə müəllimin uşağın tərbiyə prosesinə müdaxilə etmək səlahiyyəti yoxdursa, ancaq təlimlə məşğul olursa, bu etik qaydaları, davranış normalarını uşağa kim öyrədəcək? Təəssüf ki, hazırda dünyada “helikopter valideyn” anlayışı formalaşıb. Valideynlər çalışırlar ki, uşaqların bütün davranışlarına nəzarət etsinlər, helikopter kimi başlarının üstündə fırlansınlar, onları qorusunlar. Belə olanda uşaqlar özlərini “hər şey edə bilmək” səlahiyyətində hiss edirlər, “bizə heç kim heç nə deyə bilməz” deyə düşünürlər”.

İŞ üzvü hesab edir ki, məktəbdə təhsilverənlər və təhsilalanlar üçün qaydalar müəyyən olunmasa, təlim və tədris prosesini təşkil edə bilmərik: “İstənilən müəssisənin daxili intizam qaydaları, etik kodeksi var. Bu qaydalar da ondan ötrüdür ki, məktəb daxilində hər kəs öz limitlərini bilsin. Sərhədlər müəyyən olunmasa, kim nə bildi edəcək. Bir yerdə qayda-qanun yoxdursa, orada nə inkişafdan, nə də perspektivdən danışa bilərik”.

Müəllim-məktəb-ailə üçbucağı
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova hesab edir ki, nazirliyin problemin həlli istiqamətində çıxış yolu axtarması təqdirəlayiqdir: “Çünki məktəblərdə bullinq, ailədən gələn problemlər, tərbiyəvi məsələlərdə valideyn qayğısının təmin olunmaması və s. halları biz artıq uşaqların yanaşmalarında müşahidə edirik”. K.Aşumova hesab edir ki, məktəblərdə peşəkar psixoloqların sayının az olması halları ilə rastlaşılsa da, problemin həllini təkcə psixoloqlardan tələb etmək düzgün olmaz: “Məsələnin həllində müəllimlərin rolu və öhdəlikləri də vacibdir. Çünki uşaqlarla ilk təmasda olan müəllimlər və sinif rəhbərləridir. Psixoloqa da uşağın problemini çatdıran müəllimdir. Müəllim-məktəb-ailə üçbucaq şəklində işləməlidir. Psixoloqların ilkin yardım göstərməsi üçünsə onların maddi-texniki bazası güclü olmalıdır. Həmçinin uşaqların “Uşaq qaynar xətti” haqqında məlumatlılığını gücləndimək lazımdır. Onların çətin durumda müraciət etmələri üçün bir ünvanları olmalıdır”.

“Elə bir məktəb yoxdur ki…”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova bildirir ki, hazırda məktəblərdə bullinqə məruz qalan uşaqların sayı durmadan artır: “Bugünlərdə tələbələrlə mövzumuz ailə münaqişələri idi. 80 faiz tələbə “valideynlərimiz bizə deyir ki, siz bizim yanlışımızsınız”, – deyə gileyləndilər. Bu cür böyüyən uşaq necə aqressiv olmasın və ya bullinqə məruz qalmasın? Əgər uşaqlarda aqressiya varsa, ilk növbədə onun ailəsinə baxmaq lazımdır”. N.Məmmədovanın fikrincə, məktəblərdə problemin həlli istiqamətində peşəkar psixoloqların olması vacibdir: “Yaxşı olardı ki, psixoloqlara dərs saatı verilsin. Hər sinifdə həftədə bir dəfə dərsləri olsa, yaxşı nəticə əldə etmək olar. Düzdür, hazırda məktəblərdə həm ibtidai siniflərdə oxuyanlar, həm də yeniyetmələrlə məşğul olan psixoloqlar çalışır, amma müşahidə edəndə görürsən ki, fəaliyyətləri o qədər də yoxdur.

Hansı yeniyetməni danışdırırsan, içində yaxşı və pis mənada bir dünya var. Uşaqlarla ayrı-ayrılıqda məşğul olunmur. Bu tələb olsa, uşaq rahatlıqla psixoloqa gedə bilər. Bəzi psixoloqlar yanına gedən şagirdin məxfiliyini qorumur. Nəticədə uşaqların etibarı itir və məktəb psixoloqundan qorxurlar”. N.Məmmədova bildirir ki, uşaqların aqressiyası məktəblərə görə dəyişmir: “Elə bir məktəb yoxdur ki, orada belə hallar baş verməsin. Əgər bir yerdə insan faktoru varsa, orada aqressiya da var. Sadəcə, ört-basdır edilənləri və üzə çıxanları olur”.

N.Məmmədovanın fikrincə, maarifləndirmə işləri gücləndirilməlidir: “Valideynlərlə söhbət çox önəmlidir. Yuxarı siniflərdə valideynlər iclasa gəlmirlər. Ailə ilə məktəb əlbir işləsə, tam hərtərəfli, məsuliyyətli şəxsiyyət formalaşdıra bilərik”.
 
Ardını oxu...
Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, artımlar iki istiqamətdə olacaq. Yəni həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.
 
 


 

Ardını oxu...
  

 

Xəbər verildiyi kimi, Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət proqramınaəsasən, Elm və Təhsil Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.

Təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq ediləcək.

Musavat.com xəbər verir ki, yeniliyə əsasən, paytaxta nəqliyyatın sıxlığını azaltmaq məqsədilə təhsil müəssisələrində dərs saatlarının fərqli vaxtlarda başlanması təklif edilir.

Ardını oxu...

Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətdə qeyd edib ki, hazırda paytaxtda səhər saatlarında, xüsusilə 8:00-9:00 aralığında, təxminən 600 mindən çox şagird və tələbə eyni vaxtda hərəkət edir ki, bu da nəqliyyat axınını kəskin artırır:" Eyni zamanda, işə gedən insanların hərəkəti ilə bu proses üst-üstə düşərək tıxacları daha da ağırlaşdırır.

Dərs saatlarının mərhələli şəkildə təşkil edilməsi – bəzi məktəblərin və universitetlərin dərsə 8:00-da, digərlərinin isə 9:00 və ya 10:00-da başlaması, nəqliyyat axınını bölüşdürərək pik saatların yükünü azaltmağa kömək edə bilər. Dünya təcrübəsində bu model uğurla tətbiq edilir. ABŞ və Avropanın bəzi ölkələrində məktəblərin dərs saatlarının tənzimlənməsi nəqliyyat sıxlığını 15-20% azaldıb və ictimai nəqliyyatın səmərəliliyini artırıb".

Ekspert əlavə edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 14-cü maddəsinə əsasən, təhsil müəssisələrinin fəaliyyət rejimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bu da dərs saatlarının tənzimlənməsi üçün hüquqi əsas yaradır. Əgər bu addım düzgün planlaşdırılarsa, şəhərdaxili nəqliyyat rahatlaşacaq, ictimai nəqliyyatın yükü azalacaq və şagirdlər daha rahat bir rejimdə təhsil ala biləcəklər. Bu yanaşma həm ekoloji baxımdan, həm də sosial rahatlıq baxımından müsbət nəticələr verə bilər".

Afaq Mirayiq,
Musavat.com

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil ediləcəyi qeyd edilib.

Sözügedən proqramı Ölkə.Az-a şərh edən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu adımı müsbət qiymətləndirib. O hesab edir ki, burada həm iş yerlərində fərqli qrafikin, həm də istirahət günlərinin vaxtının dəyişdirilməsindən söhbət gedə bilər:

"Bir neçə il öncə Bakı şəhərində tıxacın azaldılması istiqamətində müsbət təsir göstərə biləcək bir sıra məsələləri qeyd etmişdik. Onlardan biri də iş vaxtlarının dəyişkən şəkildə - məsələn, istirahət günləri fərqli günlərdə olması ilə bağlı idi.

Hazırda demək olar ki, bütün qurumlarda istirahət günləri şənbə və bazardır. Bu da ona gətirib çıxarır ki, həftəiçi sıxlıq həddindən çox olur. Ona görə də səhər saatlarında və iş gününün sonunda nəqliyyat sıx olur.

Dəyişkən iş qrafikinə keçməklə biz məsələn, işin səhər 8-də başlayıb axşamüstü 5-də və ya səhər saat 10-da başlayıb axşamüstü 7-də bitməsini tətbiq etməklə nəqliyyatın yükünü də bölüşdürə bilərik.

Digər tərəfdən istirahət günlərinin fərqli günlər olaraq müəyyənləşdirilməsi məsələsi gündəmdədir. Onsuz da qanunvericilikdə müəyyən olunmayıb ki, istirahət günləri şənbə və bazar günləri olmalıdır. Qanunvericilik bizə deyir ki, bir qayda olaraq müəssisələrdə 5 günlük iş həftəsində 2 gün istirahət olmalıdır. İstirahət gününün hansı günlər olmasını işəgötürən özü müəyyənləşdirir.

Düşünürəm ki, bunlar ən azından yaxın bir neçə il üçün nəqliyyatın yükünün azaldılmasına ciddi mənada təsir göstərəcək".

N.Xəlilov deyib ki, iş qrafikinin dəyişməsi maaşlara təsir etməyəcək:

"Bu dəyişikliyin işçilərin əmək fəaliyyətinə ciddi təsiri olmayacaq. Çünki qanuna əsasən, işçilər gündəlik 8 saatdan, həftəlik 40 saatdan çox çalışmamalıdırlar. Bu halda işçinin 09:00-18:00 ya da 10:00-19:00 saatları aralığında işləməsinin bir fərqi yoxdur. İş saatlarının dəyişdirilməsi o halda əməkhaqqına təsir edə bilər ki, qanunda müəyyən olunduğu kimi işçi 22:00-06:00 aralığında işləsin. Bu müddət gecə vaxtı hesab edilir və bu vaxta düşən işə görə də əlavə ödənişin olunması qanunvericiliyin tələbidir. Biz müəssisədəki iş rejimini 14:00-23:59 etsək, bu halda iş vaxtının müəyyən hissəsi gecə vaxtına düşəcəyi üçün əlavə ödəniş ediməlidir. Qalan hallarda isə bu fərq etməyəcək".

Ekspertin fikrincə istirahət günləri dəyişdirilərsə, bu, insanların digər işlərinin həll edilməsinə müsbət təsir edəcək:

"Normal olaraq həftəiçi işləyən insanlar səhhəti, ailə-məişət problemləri, sənəd işləri və s. ilə bağlı məsələləri həftəsonlarında həll edə bilmir. Həftəsonu ixtisaslı həkimlər işləmir deyə, insanlar tibbi xidmətindən yararlana bilmirlər. Tibb müəssisələrində bunun növbəli şəkildə tənzimlənməsi tıxacların azaldılması ilə yanaşı, həm də insanların problemlərinin həll edilməsinə müsbət təsir göstərə bilər.

Biz 2025-2026-cı illərdə bu proqramın mərhələli şəkildə tətbiq olunacağını və faydalarını görə bilərik".
 
Ardını oxu...
Əhalinin xərcləri inanılmaz dərəcədə artıb. Görün inflyasiyanın səviyyəsi necə olur ki, 2019-cu illə müqayisədə üç dəfədən çox vəsait xərcləmək lazım gəlib. Qiymətlər rəsmi məlumatlarda deyilənlərdən xeyli çox artıb. Yoxsa indiki mənzərə heç bir halda yaranmazdı.
Bizimyol.info xəbər verir ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq məhsul satılıb. Bunun 34,1 milyard manatı ərzağın, tütün və içki məmulatlarının payına düşüb. Əhali qeyri-ərzaq məhsullarına 28,1 milyard manat xərcləyib. Beləcə, xərclərin 55 faizi ərzaq istiqamətinə gedib.

İlin ikinci yarısında daha çox vəsaitin xərclənməsi xüsusi diqqət çəkir. 62,2 milyard manatın təxminən 35 milyard manatının pərakəndə ticarət şəbəkəsinə yönəlməsi iyundan sonraya təsadüf edib. Əhali ilin ikinci yarısında birinci yarıya nisbətən 30 faizə qədər çox ərzaq xərcləri ilə üz-üzə qalıb. Statistika yetərincə vahiməli görünür.

Yuxarıda 2019-cu il göstəricilərindən bəhs etmişdik. Onda əhalinin ümumi xərcləri heç 20 milyard manata çatmamışdı. Vəsaitin yalnız 10 milyard manatdan az hissəsi ərzağa getmişdi.

Rəqəmlərə diqqət yetirəndə vəziyyətin əhali üçün necə ağırlaşdığını aşkar görmək olar. İnsanların real gəlirləri artmayıb, əksinə, azaldığını əminliklə demək mümkündür. Heç nominal gəlirlərin ciddi artımı da müşahidə edilməyib. Bəs onda xərclərin beş il ərzində 3,1 dəfə artmasını necə izah etmək olar? Yalnız bir cür. Ciddi inflyasiya olub, qiymətlər kəskin artıb. Əhalinin böyük artımı olmadığından, bu arqumentin irəli sürülməsi gülünc olardı. Hər il inflyasiyanın birrəqəmli olmasını açıqlamaqla deyil. Böyük inflyasiya qeydə alınıb.

Yəqin ki, bunu əvvəllər də yazmışıq. İqtisadiyyatına güvənən ölkələrdə əhalinin ərzaq xərcləri 15 faizi keçmir. Bizdə isə camaat yemək üçün yaşamaq məcburiyyətində qalır. İnsanlar üçün başqa yaşam imkanları saxlanılmayıb.
 
Ardını oxu...
Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək. Həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir:

“Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq, 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir”.

Deputat əlavə edib ki, bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq:

“Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni ki, yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o yanvarın 1-dən qüvvədə olur. Yəni ilin əvvəlindən etibarən, bütün əmək pensiyaları indeksləşdirilir. Amma bizim nümunədə alınan məbləğ – 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq”.
 
Ardını oxu...
Böyük Britaniyada 200-dən çox şirkət 4 günlük iş rejiminə keçid edib. Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.

Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur.

Bəs Azərbaycandakı müəssisələrin iş qrafikində hər hansısa yenilik, dəyişiklik gözlənilə bilərmi?

İnsan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə sözügedən ehtimalı “Yenisabah.az-la müzakirə edib. Ekspert bildirib ki, hazırkı vəziyyətdə bu, mümkün deyil:

“Hazırda biz 4 günlük iş rejiminə bütün müəssisələrdə keçə bilmərik. Pilot olaraq bəzi dövlət qurumları və müəssisələr yavaş-yavaş buna keçə bilər. Amma burada bir şeyi nəzərə almaq lazımdır. İstehsalat müəssisələri, müəyyən sektorda fəaliyyət göstərən kafe, restoran, otel və digər şəbəkələri sözügedən rejimə tam şəkildə keçə bilməz. Həmin iş yerləri 6 günlük qrafiklə çalışdığı üçün nəinki 4, heç 5 günlük iş rejiminə keçid də mümkün görünmür”.

İ.Mirzəzadə yalnız müstəqil fəaliyyət göstərən şirkət və qurumların belə bir dəyişikliyə gedə biləcəyini vurğulayıb:

“Hansı müəssisənin xaricdən gəlirləri varsa və bu məqam onlar üçün xüsusi bir əhəmiyyət kəsb etmirsə, onlar üçün həmin qrafik rahatlıqla uyğundur. Lakin elə iş yerləri də var ki, yerli müəssisələrdə çalışır və qrafik 5 günlükdür. Həmçinin, dövlət qurumları, eyni zamanda banklar da 5 günlük rejimdə fəaliyyət göstərir. 4 günlük iş həftəsinə keçid həmin qurumların səmərəliliyini azaldacaq. Alternativ olaraq, hibrid yanaşma təklif edilə bilər. İş qrafiki müəyyən dərəcədə təkminləşdirilə, hər bir işçi müəyyən vaxta gələ bilər. Yaxud iş qrafikinin saatında müəyyən dəyişikliklər oluna bilər. Gün ərzindəki iş saatlarını 1 saat azaltmaqla 35-ə salmaq olar. Bu da 4 günlük iş qrafikinə oxşar olacaqdır”.
 

  
Ardını oxu...
Bəzən bir sıra şirkət və müəssisələrdə əməkhaqqının gecikdirilməsi kimi neqativ hallar müşahidə edilir. Hətta elə iş yerləri var ki, maaş gecikməsinə mütəmadi rast gəlindiyindən bunu normal hal kimi qəbul kimi edirlər. Belə olan halda işçinin hüquqları nədən ibarətdir?

Hüquqşünas Hikmət Əliyev işçinin gecikdirilən hər günə görə məhkəmədə iddia qaldıraraq kompensasiya tələb etmə hüququ olduğunu vurğulayıb.

O bu barədə "Xəbərin olsun" verilişinə açıqlaamsında bildirib:

"Əmək məcəlləsinə əsasən, işə götürən tərəf işçinin əməkhaqqını vaxtında və tam ödəmək öhdəliyi daşıyır. Əməkhaqqının gecikdirildiyi hər gün üçün isə məhkəmədə iddia qaldırmaqla ağılabatan həddə kompensasiya tələb etmək mümkündür".

Hər gecikdirilən gün üçün isə işçiyə əməkhaqqının bir faizi ödənilməldir. Bu problem Əmək Məcəlləsinin "Əmək Mübahisələri" bölməsində nəzərdə tutlan qaydada həll edilir.

Ətraflı videoda:

 

Dünyapress TV

Xəbər lenti