Ardını oxu...
Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
 
Ardını oxu...
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 72,6 min ailənin 321 min 100 üzvü ünvanlı dövlət sosial yardım alıb. Bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği isə 95 manat 50 qəpik olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin və şəxslərin sayı 2,2 dəfə çox olub.

Son bir ildə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 39,2 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 174 min 670 nəfər artıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 34 min 318 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra ən çox Tovuz rayonun sakinləri sosial yardım alıblar - 18 min 467 nəfər.

Bundan başqa Lənkəran rayonunda sosial yardım alanların sayı 17 min 436, Masallı rayonunda 16 min 161, Yardımlı rayonunda isə 13 min 325 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (140 nəfər), Xızı (328 nəfər), Balakən (332 nəfər) və Naftalan (449 nəfər) yer alıb.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından - 243 manatdan aşağı olan aztəminatlı ailələrə verilir.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Ardını oxu...
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb.
Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.
Evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək. Belə olduğu halda çıxarışı olmayan evlərin aqibəti sual doğurur.
BAKU.TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Ardını oxu...
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Hüseynov Ceyhun Akif oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Ombudsman Səbinə Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident!

Yazaraq Sizə bildirmək istəyirəm ki, mən 1969-cu il təvəllüdlü Hüseynov Ceyhun Akif oğlu, 1988-ci ildə hərbi xidmət dövründə şiddətli ağrılar verən mədə yarası səbəbilə əməliyyat olunmuşam. Həmin tarixdən 2007-ci ilə qədər həyatda qalmaq üçün davamlı ambulator müalicələr almışam.

2007-ci ildə Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşmüşəm və 2009-cu ildə xəstəliyim 2-ci dərəcəli əlilliklə öz təsdiqini tapmışdır. Bir müddət sonra, yəni 2010-cu ildə mədəmdə olan yaranın deşilməsi səbəbilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olundum. O zamandan etibarən xüsusi pəhrizlər və ambulator müalicələrlə yaşayıram. Bəzən xəstəliyimin şiddətli ağrıları səbəbilə günlərlə yatağa məhkum oluram. Hətta yaxın insanların köməkliyilə öz ehtiyaclarımı qarşılayıram.

Aldığım pensiya ilə demək olar ki, yalnız müalicələrimi etdirirdim. Xəstə halda və eyni zamanda maddi sıxıntılarla keçirdiyim illər ərzində dövlətimin mənə verdiyi pensiya üçün Sizə minnətdaram. Lakin 2021-ci ilin fevral ayından etibarən naməlum səbəblərlə aldığım pensiya dayandırıldı. 22.03.2021-ci il tarixdə TSEK-ə göndərilən müayinəyə imtina cavabı gəldi. İmtina səbəbi odur ki, guya dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: “2007-dən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur, müayinələr qənaətbəxş deyil”. Halbuki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılmış müayinədə, diaqnoz "REFLÜKS EZOFAGİT(GRADE A), KARDİYANİN ÇATMAMAZLIĞI, KATARAL EROZİV QASTRİT, EROZİV BULBIT.DUODENAL ÇAPIĞ DEFORMASİYA, DUODENAL XORA. QANAXMA-FORREST 3" göstərilmişdir.

Bundan əlavə, imtinadan sonra Göyçay rayon Mərkəzi Xəstəxanasında da stasionar müalicə almışam. Sonuncu dəfə isə bir daha Göyçay rayon Mərkəzi Xəstəxanasından Respublika Klinik Xəstəxanasına göndəriş verdilər. Lakin orada Covid 19-la əlaqədər olaraq stasionar müalicə almağım mümkünsüz olduğu üçün, bir çox müayinələrdən keçdim və mənim Göyçay rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almağımı tövsiyə etdilər. Mən də rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə olundum. Buna baxmayaraq, xəstəliyimdə sağalma müşahidə olunmur.

Göyçay rayon Mərkəzi Xəstəxanasının Həkim komissiyası 10.08.2021-ci il tarixdə TSEK-ə yenidən “Forma-88” göndərdi. Lakin 14.08.2021-ci il tarixdə bir daha əsassız imtina cavabı gəldi. İmtina səbəbi: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb. İxtisaslaşmış əlavə müayinə məsləhət görülür”.

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların ətraflı araşdırılıb, haqqım olan 2-ci dərəcəli əlilliyin yenidən bərpa olunması üçün tapşırıq verəsiniz! Çox xahiş edirəm, TSEK tərəfindən Həkim Komissiyası təşkil edilib, yaşadığım ünvanda obyektiv müayinə aparılmasını təmin edəsiniz!

Həqiqətən də maddi sıxıntılar elə bir həddə çatıb ki, pensiyam kəsiləndən bəri müalicə oluna bilmirəm. Məndən və həyat yoldaşımdam ibarət ailəmiz var. O da uzun illərdir ki, onkoloji xəstədir. Ümid edirəm ki, dediklərim tərəfinizdən tezliklə obyektiv araşdırılacaq və əlimdən alınmış hüquqlarım bərpa olunacaqdır! Sizə öncədən təşəkkürümüzü bildiririk”.

“Hürriyyət”
Ardını oxu...
Bakı şəhəri, H.B.Əliyev küçəsi 6, mənzil 51-də yaşayan Məmmədova Xanım Bəylər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qızı Nigar Məmmədovaya layiq olduğu elmi dərəcəni vermirlər. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu ixtisarla təqdim edirik:

“Hörmətli redaksiya!

Keçən ilin may ayında, qızımın dissertasiya müdafiəsi ərəfəsində Ali Attestasiya Komissiyasında mövcud olan iki korrupsiya tələsi haqqında bizə ətraflı məlumat verdilər. Dedilər ki, iddiaçıların hamısını bir nəfər kimi ekspert şuralarına çağırırlar və onları orada sındırıb, öz məqsədlərinə çatana kimi get-gələ salırlar. Ekspert şuralarına gələ bilməyən iddiaçılar üçün yalançı plagiat düzəldib, deyirlər “get gör neynəyirsən”.

Bu məlumatdan sonra, həmin tələləri ləğv etdirmək məqsədi ilə ölkəmizin Prezidentinə, Birinci vitse-prezidentə, Milli Məclisin sədrinə, Prezident Aministasiyasının rəhbərinə, Birinci vitse-prezidentin Katibliyinin rəisinə, DTX rəisinə, Baş Prokurora çoxsaylı müraciətlər etdim. Heç bir tədbir görülmədi.

Ali Attestasiya Komissiyasında qızımın dissertasiyasının təsdiqi bizə əvvəlcədən məlum olan ssenari üzrə getdi. Belə ki, qızımın dissertasiyasını 07.10.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim etdilər və 11.10.2022-ci il tarixdə qeydiyyata aldılar. 11.01.2023-cü il tarixdə dissertasiyaya baxılma müddəti bitdiyindən, qızımın müdafiə etdiyi Elmi Şuranın katibindən dissertasiya barədə soruşduq, o isə Ali Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirdi ki, Ekspert Şurasının 16.01.2023-cü il tarixdə keçiriləcək iclasında qızımın dissertasiya işi müzakirəyə çıxarılacaq və qızımı bu iclasa dəvət ediblər. Soruşduq ki, bu nə cür dəvətdir, bizim xəbərimiz yoxdur? Dedilər ki, bu cənablar, Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərirlər.

14.01.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə qızımın xaricdə ikinci təhsil alması və onu Bakıya gətirdmək üçün bizim maliyyə vəsaitimizin olmaması barədə teleqram vurdum. 16.01.2023-cü il tarixdə qızımın Ekspert Şurasında iştirkının mümkünsüzlüyünü bilən kimi, onun dissertasiyasını plagiat yoxlanışına göndəriblər. Halbuki, plagiat yoxlanışı Ali Attestasiya Komissiyasının vəzifəsi deyil və bu qanunsuz hərəkətdir… Ən əsas da odur ki, iddiaçını tələyə salmaq üçün plagiat yoxlanışını müdafiədən qabaq deyil, dissertasiyaların təsdiqinin son mərhələsində aparırlar. Məqsəd iddiaçını “yükləməkdir”. Bu yükün ağırlığı, “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” sərlövhəsi adı altında saytların birində dərc olunan yazıda qeyd edilib: “İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir…”.

30 min manatı biz haradan alaq? Bu açıqlamada yazılanlar əsasında demək olar ki, Ekspert Şuraları, əslində, qapalı əqli mülkiyyət hərraclarıdırlar. Pulun varsa, əqli mülkiyyətin olan dissertasiyanı özəlləşdirirsən, yoxdursa xoş getdin. Amma bu hərraclarda yığılan pullar dövlətə deyil, ciblərə gedir. Plagiat hoqqasının məğzi də bundan ibarətdir…

5.13.02.2023-cü il tarixdə Ali Attestasiya Komissiyası sədrinin müavini S.Cabarovun mənim qızıma göndərdiyi məktubunu bizə təqdim ediblər. 08.02.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubunda bu cənab bildirir ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və iqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 06.02.2023-cü il tarixli qərarı ilə iddiaçı Nigar Arzu qızı Məmmədovaya “Dəyər zəncirinin genişləndirilməsi kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 –“Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”.

Bu qərar gözlənilən idi. Qızımın müdafiəsindən əvvəl, bu ssenari ilə bizi tanış etmişdilər. Bu məktubu alandan sonra qızım, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanladı. Qızım mənə vəkalətnamə verdiyi üçün, mən də analoji müraciəti etdim və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərdim. Kollegiyanın qərarını bizə vermədilər. Bu günə kimi bizə bu qərarı vermirlər. Bir müddət keçəndən sonra qızımın elekrom poçtuna “palgiat faktları” barədə imzasız və möhürsüz sənəd göndərdilər. 04.03.2023-cü il tarixdə qızım bu “plagiat faktları”na yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərdi. Mən bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərdim.

Həyat yoldaşım göndərilmiş plagiat sənədini rus dilinə tərcümə edib, rus iqtisadçıları ilə müzakirə etdi və mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazıldı. Mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirmədilər. Halbuki, Ali Attestasiya Komissitasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmayıb. Mart ayının 17-də həyat yoldaşımı Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət etdilər. Həyat yoldaşım Mübariz müəllimdən təkidlə xahiş edib ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əssasız və mənasız olduğunu onlara sübut etsin. Həyat yoldaşımın bu xahişini nəzərə almadılar.

Sonra Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin qəbulunda olanda da eyni xahişi edib və xahişini yerinə yetirməyiblər. 17 aprel tarixində mənim həyat yolaşım, Ali Attestasiya Komissiyası sədrinin müavininin qəbulunda olmuş, orada bəyan etmişdir ki, bir gündən sonra Famil Mustafayevin qəbulunda olacaq və onun plagiat adlandırdığı faktların hansının üstünə barmağını qoysa, ona bu faktın plagiat olmadığını sübut edəcək. Bu söhbətin videosuna baxandan sonra, Famil Mustafayev mənim həyat yoldaşımı qəbul etməkdən imtina etdi və qızımın electron poçtuna onu 26.04.2023-cü il tarixdə Ekspert Şurasının iclasına dəvət barədə imzasız və möhürsüz məlumat göndərtdirdi. Biz bu adama başa sala bilmirik ki, subordinasiya baxımından aşağı orqan olan Ekspert Şurası Kollegiyanın qərarını ləğv edə bilməz…

Həyat yoldaşım Ali Attestasiya Komissiyasında qəbullarda olanda ona deyiblər ki, “Ekspert Şurasında qızınızın apelyasiya şikayətinə baxırlar və əgər gızınız verilən suallara Şura üzvlərinin xoşuna gələn cavablar versə, Kollegiyaya tövsiyyə edəcəklər ki, qızınıza elmi dərəcənin verilməməsi barədə çıxardığı qərarı ləğv etsin”. Birincisi, mənim qızım apelyasiya şikayəti verməmişdir. O, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 10.1. maddəsinə əsasən şikayət vermişdir. Apellyasiya şikayətini Apellyasiya Şurasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar verə bilərlər. Ali Attestasiya Komissiyasında yaradılmış Apellyasiya Şurasının Əsasnaməsinin 1.1 maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komissiyanın qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.7-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”. Və həmin əsasnamənin 5.1.3. maddəsinə əsasən şikayətçinin şikayət ərizəsində onun VÖEN-inin göstərilməsi tələb olunur. Mənim qızım sahibkar deyil, onun VÖEN-i yoxdur. Famil Mustafayev Ekspert Şurasını hətta Apellyasiya Şurası kimi qəbul etsə belə, qızımın verdiyi şikayət orada baxılmamalıdır. Çünki Ekspert Şurasının verdiyi tövsiyyə əsasında Kollegiya elmi dərəcənin verilməməsi barədə artıq qərar qəbul edib. Ya Famil Mustafayevin qanundan xəbəri yoxdur, ya da ki, şəxsi maraqları naminə özünü qanundan xəbərsiz kimi aparır. Çünki Azərbaycan Qanunlarına uyğun olmayan ekspert şuralarının əsasnaməsini, plagiat qaydalarını və s. düzədib, öz məqsədlərinə çatmaq üçün düşüblər iddiaçıların üstünə. Ekspert şuraları haqqında düzəltdikləri əsasnamədə, ekspert şuralarının vəzifələrindən biri “dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması”dır. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də “şikayət “ sözü var, “şikayət ərizələri (apellyasiyalar)” sözü yoxdur. Şikayət və apelyasiya şikayətinin fərqini mən yuxarıda izah etdiyim üçün, bir daha bu məsələyə qayıtmaq istəmirəm. Komissiyanın qərarından verilmiş şikayətin Ekspert Şurasında baxılmasının İnzibati İcraat haqqında Qanuna zidd olması da yuxarıda Qanunun maddələri ilə əsaslandırıldığından bu məsələyə bir də qayıtmıram.

Famil Mustafayev və onun əməkdaşları aşkarladıqları plagiat faktlarını mənim həyat yoldaşımla müzakirə etməkdən çəkinirlər. Hesab edirlər ki, plagiat faktları iddiaçı ilə müzakirə edilməlidir. Bu bəhanə də əsassız və qanunaziddir. Belə ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə görə şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu qanunun 79.1 maddəsinə əsasən, “İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir”. Həmin Qanunun İV fəslində yer alan 37.1 maddəsinə əsasən, “Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər”. Yəni bir daha bu məmurların Qanunları öz məqsədlərinə çatmaq üçün təhrif etdiklərinin şahidi oluruq.

Hörmətli redaksiya!

Elm, dövlətin texniki və texnoloji müstəqilliyinin əsasıdır. SSRİ dövründə Azərbaycan SSR yüksək elmi potensiala, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik idi. SSRİ dağılandan sonra keçən əsrin 90-cı illərində özəlləşmə adı altında sənaye müəssisələrini qəpik-quruşa özəlləşdirib, həmin müəssisələrin böyük əksəriyyətini dağıdaraq, İrana mettallom kimi satdılar. Bu özəlləşdirmənin iştirakçılarından biri Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev olmuşdur. Dağıdılan sənaye obyektlərindən biri və ən nəhəngi neft-kimya kompleksi olmuşdur. Mənim qızımın dissertasiyası bu kompleksin bərpasına və fəaliyyətinin təkmilləşdirilməsinə həsr edilib. Famil Mustafayev dağıdıcı fəaliyyətini davam etdirərək, bir vaxtlar dağıdılmasında iştirak etdiyi kimya kompleksinin bərpası və fəaliyyəti üçün əhəmiyyətə malik olan dissertasiyanın təsdiqinə imkan vermir. Al Attestasiya Komissiyasında mövcud olan qaunusuzluqlar və özbaşınalıqlar barədə mənim Azərbaycanın dövlət rəhbərlərinə etdiyim çoxsaylı müraciətlərin hamısı bloklanır. Heç bir tədbir görülmür.

Biz pulsuz olduğumuz üçün, qızıma layiq olduğu elmi dərəcəni vermirlər”. //“Hürriyyət”//
 
Ardını oxu...
Araz Bayramov: “Ya növbəti özəlləşdirmə prosesində onların iştirakına şərait yaradın, ya da müvafiq kompensasiya ödəyin”

Adil Qeybulla: “Hökumət ziyalıların çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”

Müşviq Sadıqov: “Özəlləşdirmə çeklərinin tədavülünü dayandırmaq kökündən yanlış qərar idi, bu gün tarixi imkan yetişib ki, həmin səhvi düzəldək”

Özəlləşdirilmə çeklərinin istifadəyə verilməsindən 26, tədavül müddətinin başa çatmasından isə 12 il ötür. Qanunvericiliyə görə, özəlləşdirmə çekləri qiymətli kağız olaraq “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir və bu qanunda qiymətli kağızlar üçün tədavül müddəti nəzərdə tutulmayıb.

Qanunda daha bir məqam isə özəlləşdirmə payına qanunla düşən əmlak ekvivalentinin inflyasiyadan qorunmaqla, minimum 2000 ABŞ dolları həcmində müəyyən edilməsi ilə bağlıdır. Eyni zamanda özəlləşdirməyə çıxarılan dövlət əmlakının ən azı 65 faizinin dövlət özəlləşdirmə paylarını təqdim edən çek sahiblərinə əvəzsiz qaydada verilməsi təsbit olunub.

Buna baxmayaraq, Azərbaycan hökuməti tədavül müddətinin başa çatdığını elan edib və yüz minlərlə vətəndaş 12 ildir ki, vauçerləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkəmizin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Milli Məclisin deputatları, mədəniyyət-incəsənət xadimləri, iqtisadçılar, hüquqşünaslar, QHT rəhbərləri hökumətə çağırışlar edərək, özələşdirmə çekləri ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini bəyan edirlər.

Qeyd edək ki, ötən dövr ərzində xeyli sayda səhiyyə ocağı da özəlləşdirilməyə yönəldilib. Lakin onların hansı şərtlər və qaydalar əsasında özəlləşdirildiyi bu günə qədər sirr olaraq qalır.

Səhiyyə ictimaiyyətinin nüfuzlu nümayəndələri özəlləşdirmə çekləri, onların tədavül müddətinin dayandırılması, çeki əlində qalan vətəndaşların gələcək taleyi və digər mövzular ətrafında təəssüratlarını AYNA ilə bölüşüblər.

Fransada təhsil almış uroloq-cərrah Araz Bayramov özəlləşdirmə çekləri paylanılan zaman yeniyetmə olduğunu deyib: “O zaman bizə deyirdilər ki, “Sovet İttifaqı dağılıb, SSRİ-dən qalma dövlət əmlakı vətəndaşlar arasında paylanacaq, istəyən sata bilər, istəyən zavodda, fabrikdə pay sahibi ola bilər”. O zaman biz valideynlərimizə təkid edirdik ki, zavodda pay sahibi olaq. Düşünürdük ki, bizim gələcəyimiz, gələcək məşğulluğumuz üçün bu, vacib qərar olar. Sonradan gördük ki, özəlləşdirmə çekləri mənasız kağız parçasına çevrildi”.

“Fransada olduğum müddətdə özəlləşdirmə çeklərinin müqəddəratı ilə maraqlandım. Məlum oldu ki, Azərbaycanda özəlləşdirmə prosesi formal olaraq aparılıb. Bundan sonra daha o mövzu ilə maraqlanmadım”, - deyə həkim bildirib.

Bayramov vurğulayıb ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır və tədavüldən çıxarıla bilməz: “Lakin sonradan tədavül müddətinin başa çatdığını elan etdilər. Bir halda ki, bu qərar verilib, heç olmasa özəlləşdirmə çekləri əlində qalan vətəndaşların statistikasını aparmaq, onlara dəymiş zərərin kompensasiya edilməsi vacibdir. Ya növbəti özəlləşdirmə prosesində onların iştirakına şərait yaradın, ya da müvafiq kompensasiya ödəyin”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da birmənalı şəkildə söyləyib ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir: “Hesab edirəm ki, Azərbaycan hökuməti bu mövzunu diqqətdən kənarda qoymamalıdır. Ola bilər ki, bu gün yox, sabah bu mövzuya qayıdılsın. Qeyd oluna bilər ki, postmüharibə dövründə dövlətin buna ayıracaq vəsaiti yoxdur. Lakin bütün hallarda niyyət və mövqe ortaya qoyulmalıdır”.

“Bunu necə həyata keçirmək olar: hərracamı çıxarılmalıdır, kompensasiyamı ödəniləcək, yoxsa növbəti özəlləşdirmə prosesində iştiraklarına yaradılacaq - buna müvafiq qurumlar qərar verməlidir. Kifayət qədər həssas mövzudur və həllini gözləyən sosial problemlərdən biridir. Qeyri-rəsmi məlumatlara görə, yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu qədər adamı Allahın ümidinə də buraxmaq olmaz. Azərbaycan hökuməti ölkə ziyalılarının çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”, - deyə həmsöhbətimiz qeyd edib.

Tanınmış alqoloq və reanimatoloq Müşviq Sadıqov da özəlləşdirmə çekləri əlində qalan vətəndaşların vəziyyətinin narahatlıq doğurduğu düşüncəsindədir: “Vauçerlər paylananda buna böyük ümidlər var idi. Sonradan bu ümidlər özünü doğrultmadı. Vauçerlərin gələcək taleyinə də aydınlıq gətirilmədi. Hansı zavodlar bu yolla özəlləşdirilməyə çıxarıldı, nə qədər vauçer bu prosesdə iştirak etdi, heç bir məlumat vermədilər. Bir də onda ayıldıq ki, artıq tədavül müddəti başa çatıb”.

“Bu, kökündən yanlış qərar idi. Bu gün tarixi imkan yetişib ki, həmin səhvi düzəldək. Əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Mühüm qərarlar qəbul edilir. Kimin əlində nə qədər özəlləşdirmə çeki var, ona uyğun olaraq dəymiş zərəri qarşılamaq olar. Dövlətimizin də buna gücü yetər. Ya tədavül müddətini artırmaqla, vauçeri əlində qalan vətəndaşların növbəti özəlləşdirmə prosesində iştirakına, ya da onların hər hansı formada bu çekləri realizə etməsinə şərait yaradılmalıdır”, - deyə Sadıqov fikrini yekunlaşdırıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!

Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz. (https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/)

Müəllif: Aydın Gəray
ayna.az
Ardını oxu...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Naziri cənab Sahil Babayevə

Ucar rayonu Pirkənd kəndində yaşayan Həşimov Elmin Yaşar oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almaq üçün 14.03.2023-cü il tarixində etdiyimiz müraciətə imtina verilib. İmtinanın səbəbi kimi «Ailənin əmlakının düzgün qeyd edilməməsi» göstərilib. Bu əsassız və qanunsuz verilmiş imtinadır. Çünki biz əmlaklarımız barədə bütün məlumatları sistemdə qeyd etmişik.

Qeyd edim ki, bundan əvvəlki 10.11.2022-ci il tarixində ünvanlı dövlət sosial yardım almaq üçün etdyimiz müraciətimizə aylıq 376,33 AZN pul təyin olunmuşdu. Həmin vaxt müraciət edəndə bir neçə dəfə «Ailənin əmlakının düzgün qeyd edilməməsi» barədə belə əsasız və qanunsuz olaraq imtinalar verilirdi. Lakin Sizə həm rəsmi ərizə və media vasitəsi ilə müraciət etdikdən sonra ailəmə ünvanlı dövlət sosial yardımı təyin olundu.

Üç ay sosial yardımı aldıqdan sonra bu ilin fevral ayında həyat yoldaşım daimi işlə təmin olunduğu ilə əlaqədar ailəmizin gəliri artdığı üçün verilən sosial yardım dayandırıldı və yoldaşım maaş aldıqdan sonra yenidən sənədləri toplayıb ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etdik və yuxarıda qeyd etdiyim kimi təssüf ki, yenədə əsassız və qanunsuz imtina verilir.

Mənim və həyat yoldaşımın, hər birimizin bir pay torpağı var. Həyat yoldaşımın 4 nəfər payçının paylı mülkiyyəti olan A seriyalı, 2722008744 nömrəli, 904013018955 reyestr nömrəli 0,67 hektar pay torpağı, mənim isə 6 nəfər payçı ilə paylı mülkiyyət olan A seriyalı, 2722008983 nömrəli, 904013043140 reyestr nömrəli 0,34 hektar pay torpağım var. Eyni zamanda həyat yoldaşım Həşimova Gülzar Namət qızının adına Ucar rayon Qaracallı kəndində valideynləri ilə birlikdə paylı mülkiyyət olan ev var. Bu üç əmlakdan başqa mülkiyyətimiz yoxdur. Hər üç əmlakıda qeyd etmişik.Əmlakımızda dəyişiklik olmadığı halda necə ola bilər ki, ünvanlı dövlət sosial yardım alamq üçün 10.11.2022-ci il tarixində etdiyimiz müraciətə təyinat verilir, amma 14.03.2023-cü il tarixində olan müraciətimizə əmlakın düzgün qeyd edilməməsi bəhanəsi ilə imtina verilir.

Himayəmdə iki azyaşlı övladım var. Oğlum xəstədir və sağlamlığı məhdud uşaq kimi sosial müavinət alır. Özümdə üçüncü qrup əliləm. İşləyə bilmirəm, daimi iş yerim yoxdur. Ailəmin maddi vəziyyəti həddindən artıq kasıb vəziyyətdədir.

Hörmətli cənab nazir mən bir daha mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni şəxsən özünüz qəbul edəsiniz. Mən həmin qəbulda bu müraciətdə qeyd etdiyim faktlarla bağlı subutlarımı şəxsən Sizə təqdim edəcəm

Hörmətlə:Həşimov Elmin Yaşar oğlu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Pirkənd kəndində yaşayan Həşimov Elmin Yaşar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab nazir, mən mətbuat vasitəsi ilə Sizə bildirirəm ki, aztəminatlı ailə olaraq ünvanlı sosial yardım almaq üçün 14.03.2023-cü il tarixində etdiyimiz müraciətə imtina verilib. İmtinanın səbəbi kimi «Ailənin əmlakının düzgün qeyd edilməməsi» göstərilib. Bu əsassız və qanunsuz verilmiş imtinadır. Çünki biz əmlaklarımız barədə bütün məlumatları sistemdə qeyd etmişik.

Qeyd edim ki, bundan əvvəlki 10.11.2022-ci il tarixində ünvanlı dövlət sosial yardım almaq üçün etdyimiz müraciətimizə aylıq 376,33 AZN pul təyin olunmuşdu. Həmin vaxt müraciət edəndə bir neçə dəfə «Ailənin əmlakının düzgün qeyd edilməməsi» barədə belə əsasız və qanunsuz olaraq imtinalar verilirdi. Lakin Sizə həm rəsmi ərizə və media vasitəsi ilə müraciət etdikdən sonra ailəmə ünvanlı dövlət sosial yardımı təyin olundu.

Üç ay sosial yardımı aldıqdan sonra bu ilin fevral ayında həyat yoldaşım daimi işlə təmin olunduğu ilə əlaqədar ailəmizin gəliri artdığı üçün verilən sosial yardım dayandırıldı və yoldaşım maaş aldıqdan sonra yenidən sənədləri toplayıb ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etdik və yuxarıda qeyd etdiyim kimi təssüf ki, yenədə əsassız və qanunsuz imtina verilir.

Mənim və həyat yoldaşımın, hər birimizin bir pay torpağı var. Həyat yoldaşımın 4 nəfər payçının paylı mülkiyyəti olan A seriyalı, 2722008744 nömrəli, 904013018955 reyestr nömrəli 0,67 hektar pay torpağı, mənim isə 6 nəfər payçı ilə paylı mülkiyyət olan A seriyalı, 2722008983 nömrəli, 904013043140 reyestr nömrəli 0,34 hektar pay torpağım var. Eyni zamanda həyat yoldaşım Həşimova Gülzar Namət qızının adına Ucar rayon Qaracallı kəndində valideynləri ilə birlikdə paylı mülkiyyət olan ev var. Bu üç əmlakdan başqa mülkiyyətimiz yoxdur. Hər üç əmlakıda qeyd etmişik.Əmlakımızda dəyişiklik olmadığı halda necə ola bilər ki, ünvanlı dövlət sosial yardım alamq üçün 10.11.2022-ci il tarixində etdiyimiz müraciətə təyinat verilir, amma 14.03.2023-cü il tarixində olan müraciətimizə əmlakın düzgün qeyd edilməməsi bəhanəsi ilə imtina verilir.

Himayəmdə iki azyaşlı övladım var. Oğlum xəstədir və sağlamlığı məhdud uşaq kimi sosial müavinət alır. Özümdə üçüncü qrup əliləm. İşləyə bilmirəm, daimi iş yerim yoxdur. Ailəmin maddi vəziyyəti həddindən artıq kasıb vəziyyətdədir.

Hörmətli cənab nazir mən bir daha mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm məni şəxsən özünüz qəbul edəsiniz. Mən həmin qəbulda bu müraciətdə qeyd etdiyim faktlarla bağlı subutlarımı şəxsən Sizə təqdim edəcəm..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
İqtisadçı: “Əgər bu vergi aşağı salınsaydı, o zaman 59 manatlıq ərzaq səbəti müştərilərə 51 manata başa gələcəkdi”

Bakıda qiymətlər günlə deyil, saatbasaat artır. Ərzaq xüsusilə, bahalaşır - alıcılar qiymət etiketlərinin artımını izləmək mümkün olmadığını etiraf edirlər. Mallar rəflərdən yoxa çıxır və sonra yenidən görünür, lakin fərqli, bahalı qiymət etiketi altında.

Bizdə qiymət artımı məhz belə ssenari ilə baş verir. Paytaxt sakini Firuzə İbrahimova belə deyir: “Əgər məhsul birdən-birə satışdan itibsə, bu o deməkdir ki, tezliklə, lakin daha baha qiymətə satışa çıxarılacaq”. – Məsələn, bu yaxınlarda mağaza rəflərindən “Snickers”, Mars və “Bounty” şokoladlarını yığışdırdılar. Mən onları tez-tez uşaqlarım üçün alırdım və səkkiz yaşlı oğlumun ona şokolad almaq üçün başqa növbəti xahişindən sonra aşkar etdim ki, bu şokoladlar demək olar ki, bütün mağazalardan yoxa çıxıb. Mənim təxminim doğru idi. İki və ya üç həftədən sonra həmin mallar eyni vaxtda bütün rəflərə qayıtdı, lakin artıq iki dəfə baha qiymətlə”.

Bir məhsulun paylama şəbəkəsindən qəfil yoxa çıxması qiymət artımının əmin, lakin zəruri əlaməti deyil. Daha doğrusu, qiymət etiketləri elə oradakı vitrinlərin üzərinə mağazanın ərzaq şöbəsində yenidən yazılır, alıcı paylaşır: “Dünən bir qiymətə almışam, sabah isə qəfil qalxır və daha ucuzunu axtarmaq lazım gəlir. Axı bu yarışda maaş açıq şəkildə uduzur. Mənim maaşım dəyişmir, amma qiymət dəyişir, hər şey çox tez bahalaşır”.

Alıcılar etiraf edir ki, bu il mart-aprel aylarından başlayaraq ərzaq məhsullarının qiyməti əvvəlki kimi sürətlə bahalaşmır. Kənd təsərrüfatı məhsullarının baha olması vətəndaşları narahat edir. İlk meyvə və tərəvəzlər çox vaxt mərkəzi pərakəndə satış şəbəkələrinin əksər ziyarətçilərinin “əlini yandırır”, buna görə də orada və şəhər mağazalarında bu məhsulların qiymətində iki, hətta üçqat fərq olduğuna görə, çoxları ölkə bazarlarına üz tuturlar.

“Dünən mağazadan alçanının kiloqramını 7 manata almışam, axşam bazarında isə endirimlə cəmi 2 manat 50 qəpiyə satılır. Bilmirəm niyə belə böyük fərq var, amma bundan sonra bazardan mal alacağam”, - deyə meyvə-tərəvəz piştaxtası qarşısında dayanan vətəndaş bildirib.

Həqiqətən də mağazalarda ağız sulandıran pomidorun, təzə kartofun, yaşıl lobyanın qiyməti may ayında ucuzlaşsa da, bazardakından xeyli fərqlənir. Yerli iqtisadçılar bunun səbəblərini müxtəlif faktorlarda görürlər.

İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya bildirdiyinə görə, biznes xərclərini azaltmaq və qiymətləri aşağı salmaq üçün hökumətə ərzaq seqmentində əlavə dəyər vergisini aşağı salmaq təklif olunub: “Lakin hökumət bu addımla razılaşmadı, amma nədənsə bəzi meyvələri 15 faizlik gömrük rüsumundan azad etdi... Bəli, söhbət ölkəyə idxal olunan tropik meyvələrdən gedir!”.

“Daxili ticarət şəbəkəsinin tropik çeşidi həqiqətən idxal vergisindən xilas oldu. Bu sevindirici hadisə Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası” adlanan sənədə etdiyi dəyişikliklərdə özünü göstərir. Fərman gələn ilin yanvarından tətbiq ediləcək və 2030-cu ilin dekabr ayının sonuna qədər qüvvədədir. Düzdür, bunun əhaliyə demək olar ki, təsiri yoxdur. Axı hansımız bütün günü papaya və ananas yeyirik? Baxmayaraq ki, bəlkə də bu, hökumət üzvləri üçün adi menyudur. Əks halda, kartofun qiyməti rekordları qırdığı vaxt, niyə birdən-birə tropik ləzzətlər üçün belə bir narahatlıq yarandı?”, - iqtisadçı vurğulayıb.

“Cüzdanlarımızın içindəkiləri xilas etməyə çalışan Azərbaycan hökuməti tropik meyvələri gömrük rüsumlarından azad etdi. Ola bilsin ki, bəzilərimiz səhər tezdən avokado, marakuya meyvəsi və ramburanın dadına baxmadan işə getmirik. Amma hamı üçün olan gündəlik darıxdırıcı menyudakı 18 faiz ƏDV-nin 2 faizə endirilməsi hökumət tərəfindən lazımsız görüldü. Əgər bu vergi aşağı salınsaydı, o zaman 59 manatlıq ərzaq səbəti müştərilərə 51 manata başa gələcəkdi”, - Cəfərli deyib.

Qlobal ərzaq qiymətlərinin aşağı düşməsi ilə bağlı məlumatlara baxmayaraq, ölkəmizdə ərzaq inflyasiyası davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar və fevral aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən illə müqayisədə nəinki azalmayıb, hətta 21 faiz artıb. Bir sözlə, fevralda idxalın dəyərinin yanvar ayı ilə müqayisədə daha bir faiz artması və ötən ilin fevral ayı ilə müqayisədə 20,4 faizə qədər artması təəccüblü deyil.

Müəllif: Emma Rzayeva
 

Dünyapress TV

Xəbər lenti