Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər...
Qazaxıstandakı sonuncu prezident seçkisindən qalib çıxan Kasım-Jomart Tokayev ilk xarici səfərini Rusiyaya etdi və Kremlin divarları arasında həmkarı Vladimir Putinlə danışıqlar apardı.
Tokayev Rusiyanın Ukraynadakı müharibəsinə görə Moskvaya dəstək göstərmir və bu, Kremldən Astanaya istiqamət alan təhdidlərin yaranmasına gətirib çıxarır.
Rusiya ötən aylarda Qazaxıstan neftini Avropaya daşıyan neft kəməri əməliyyatlarını müvəqqəti dayandırmışdı, bunun ardınca isə xüsusi təlimat alan siyasi çevrələr Moskvanın işğal siyahısında növbəti yerdə Qazaxıstanın olması barədə hədələr səsləndirdilər.
Ancaq məharətli Tokayev oyun qurmağı bacarır, Qərblə Rusiya arasındakı tarazlığı saxlamaq xəttinin Qazaxıstanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dərk edir.
Yəni Tokayev nə qədər Rusiyaya qarşı küləklər əsdirsə də, Astana təhlükəsizlik qayğıları səbəbi ilə Rusiyanın çətiri altındakı plakatları üstün tutur, Qazaxıstan liderinin seçkidən sonra ilk səfərini Moskvaya etməsi də bunun əyani sübutu kimi qiymətləndirilməlidir.
Rusiya ilə Qazaxıstanın birgə maraqları enerji dəhlizləri, təhlükəsizlik sferasında birləşir, amma Ukraynadakı müharibənin gedişatı və Moskvanın qazanclarını xərcləməsi Tokayevin fərqli şüura keçidi üçün mərhələdir.
Bununla belə, ikili əlaqələrdəki iplər qırılmayıb, Putin də həmin bağların çürüməməsindən ötrü Qazaxıstanı əlində tutmağı bacarmalıdır.
Rusiya Ukraynada indiki period üçün strateji məğlubiyyətə düçar olmasa da, onun taktiki biabırçılıqları iqtisadi gücünün aşınmasını da kəskinləşdirir.
Putin üçün Tokayevin səfəri güc itkilərinin bərpası, dərinləşən siyasi təcriddə boşluqda qalmamaq baxımından böyük bir tutuma malikdir.
Çünki Qazaxıstan Türkmənistanla yanaşı, Mərkəzi Asiyanın neft gücüdür, Çin, Qərb və Türkiyə ilə dərinləşən əlaqələrə sahibdir. Qərbin və Çinin ölkədə investisiyalarının həcmi şişdikcə isə Rusiya Astananı itirmək təhlükəsi ilə üzləşir.
Putin Kreml üçün qarışıq bir vəziyyətdə Astananı itirmək yox, əksinə, onun mövqeyindən və şaxələnən siyasətindən fayda qoparmaq istəyir, məsələn, Astana hansısa mərhələdə Moskvanı gizli kanallar vasitəsilə hansısa maddiyyatla təmin edə bilər.
Tokayev balansa dair təəssüratları saxlamaq məqsədilə Qərbin bir parçası olan, lakin Moskva ilə isti münasibətlərə malik Fransaya səfər edib və Emmanuel Makronla masa arxasına əyləşib.
Qazaxıstanın Qərb, Rusiya, yoxsa Çinə inteqrasiya şüuru ilə inkişaf edib-etməməsi Fransa üçün maraqlı deyil, Parisi maraqlandıran özünün Hind-Sakit okean regionunda sıxışdırılmasının qarşısını almaqdır.
Mümkündür ki, Rusiya ilə Fransa oyun qurub regionda ABŞ-Britaniya tandeminin sıxışdırılmasına, Mərkəzi Asiyaya nisbətdə isə Qazaxıstanın yerini özlərinə tərəf sürüşdürməyə nail olmaq üçün məxfi tədbirlər planı hazırlasınlar.
Bu mənada Qazaxıstanın yerləşdiyi coğrafiya Fransa üçün də cəlbedicidir və Parisi düşündürən digər bir nüans Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana yerini göstərməsidir. Bu, Parisin İrəvana olan sevgisini bütün parametrlər üzrə göstərməsinə əngəllər deməkdir.
Makron bağlı qapılar arxasında Tokayevdən Ermənistana dəstək verilməsini rica edə və bunun qarşılığında hansısa şirnikləndirici vədlər verə bilər, ancaq Tokayev çox ehtiyatlı, siyasi tədbirliliyi olan adam kimi Parisin hissi davranışlarını əsas tutmaz.
Tokayevin Parisə səfəri zamanı Fransa-Qazaxıstan strateji tərəfdaşlığını yeni mərhələyə keçirəcək danışıqlar aparılmasına baxmayaraq, Tokayev uzunmüddətli perspektivi hesabladığından Parislə hesablaşmaq məcburiyyətində deyil.
NƏTİCƏ: Rusiya Ukraynadakı müharibənin nəticələrini gözləmədən ehtiyatı əldən verməmək üçün Mərkəzi Asiyadakı nüfuzunun dairəsini Qazaxıstan vasitəsilə geniş saxlamaq istəyir.
Qazaxıstan Rusiyaya qarşı Qərbin kampaniyasına qoşulmasa da, Moskva əleyhinə bir sıra tədbirlər kompleksinə dəstək verir və siyasətindəki tarazlığı Avro-Atlantik məkanın xeyrinə dəyişdirmək istəyir.
Hər iki lider – istər Putin, istərsə də Tokayev çox ehtiyatlıdır, Kreml başçısı Qazaxıstanın “Moskvanın vitrinindən düşməsindən”, ikinci isə Moskvadan gələ biləcək təhdidlərdən ehtiyat edir.
Aqşin Kərimov - DİA.AZ

Bölmənin digər xəbərləri

01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər

Dünyapress TV

Xəbər lenti