Rusiya ilə Qərb arasında danışıqlar İstanbulda keçirilə bilər
Türkiyə və Aİ parlament komitəsinin sədri İsmayıl Emrah Karayel Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqların İstanbulda keçirilə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, Türkiyə regionda gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istəyir və bunun üçün çalışır.

“Biz güman edirik ki, tərəflər razılaşarsa, İstanbul danışıqlar məkanına çevrilə və bütün tərəflər üçün məqbul bir yer ola bilər”, - deyə siyasətçi bəyan edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırdığı bildirilib. Məlumata görə, müvafiq təklif artıq “vacib və özəl” diplomatik kanallar vasitəsilə Vaşinqtona çatdırılıb. Amerika tərəfdən planla bağlı ilk şərhlər çox müsbət olub.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın da Rusiya ilə Ukrayna arasında mümkün danışıqların bərpa oluna biləcəyini açıqlayıb.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti