b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_aec3620db02966c0ce6da2bea896c307.jpeg
 

İsrailin İrana hücumundan sonra bütün dünyada rəsmi Tehranın buna necə cavab verəcəyi barədə müzakirələr gedir. Artıq 12 saatdan çox zaman keçib və cənub qonşumuzun hələ də tutarlı hücumu müşahidə olunmur. Amma İranın öz dövlət imicini qorumaq üçün İsrailə sərt cavab verəcəyini düşünənlər kifayət qədər çoxluq təşkil edir.

Politoloq Elxan Şükürlü cənub qonşumuzun sona qədər döyüşəcəyini düşünür.

SUKUR.jpeg (167 KB)

Musavat.com xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında status paylaşıb.

Elxan Şükürlü Amerikanın keçmiş dövlət katibi Hillari Klintonun “Çətin seçimlər” adlanan kitabından da maraqlı sitat gətirib.

Politoloq hesab edir ki, hazırda oxşar situasiya yaşanmaqdadır:

“14 əsr əvvəl Yezidin İmam Hüseynə (ə.) təklifi bu idi ki, sağ qalmaq, yaşamaq istəyirsə, onun şərtlərini mütləq qəbul etməlidir...

İndi də ABŞ-İsrail tandemi təklif edir ki, İran üzərindəki sanksiyaların götürülməsini və dünyaya açılmaq istəyirsə, mütləq onların şərtlərini qəbul etməli, nüvə silahı əldə etmək cəhdlərindən birdəfəlik əl çəkməlidir.

İranın nüvə silahı əldə etməsi isə nəinki Yaxın və Orta Şərqdə, bütün dünyada güc balansının müsəlmanların xeyrinə dəyişməsi deməkdir.

Bu qorxunun miqyasını ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2014-cü ildə yazdığı “Çətin seçimlər” adlı kitabında açıqca təsvir edib: İran nüvə silahı əldə edərsə, ABŞ regionda hərbi balansı saxlamaq üçün İranla fərqli məzhəbdə olan digər 3 müsəlman ölkəsinin - Türkiyə, Misir və Səudiyyə Ərəbistanının da nüvə silahı əldə etməsinə göz yummağa məcbur qalacaq, beləcə, birdən-birə 5 aparıcı müsəlman dövləti çəkindirici nüvə silahına sahib olacaq.

ABŞ-İsrail tandeminin öz şərtlərini danışıqlar masasında İrana qəbul etdirmək üçün bütün zorakı vasitələrə əl atacağı bəllidir.

Bəs İran necə, generallarının və alimlərinin öldürülməsindən sonra onların şərtlərini qəbul edəcəkmi?

14 əsr əvvəl İmam Hüseyn (ə.) Yezidin şərtlərini qəbul etməmiş, sonadək vuruşmağı seçmişdi... İndi İran həm də söykəndiyi ideologiya ilə imtahan olunur!”

Cavanşir ABBASLI
Musavat.com

Bölmənin digər xəbərləri

13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
12 İyun 2025 Razi Nurullayev ermənilərlə görüşdən danışdı: - “Dedi ki, heç bir sülh sazişi imzalamayacaq”
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”

Dünyapress TV

Xəbər lenti