Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
Pekin ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin bərpası çərçivəsində Avropa Parlamentinin deputatlara tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı Çinlə apardığı müzakirələr "son mərhələdədir".

Avropa Parlamentinin sözçüsü AzadlıqRadiosuna deyib: "Çin hökuməti ilə müzakirələr davam edir və son mərhələdədir".

Avropa Parlamentinin sədri Roberta Metsola "Çin hökuməti sanksiyaların götürüldüyünü rəsmən təsdiqlədikdən sonra əvvəlcə qrup liderlərini (parlamentdə) məlumatlandıracaq", - sözçü əlavə edib. "Həmişə Avropa Parlamentinin niyyəti sanksiyaların götürülməsi və Çinlə münasibətlərin bərpası olub".

Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr Pekinin ABŞ prezident Donald Tramp administrasiyası ilə davam edən ticarət müharibəsi fonunda baş verir. Çinin ən böyük ixrac bazarı olan ABŞ-nin tətbiq etdiyi 145 faizlik tariflər qarşısında Pekin uzun illər davam edən gərgin münasibətlərdən sonra indi Aİ ilə əlaqələri yaxşılaşdırmağa çalışır.

Pekin 2021-ci ildə Avropa Parlamentinin bir neçə üzvünə qarşı sanksiyalar tətbiq edib. Bu addım Brüsselin Çin rəsmi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra atılıb. Brüssel insan haqları pozuntularına, xüsusən də Sincan bölgəsində uyğurlar və digər müsəlman azlıqlara, həmçinin etnik qazaxlar və qırğızlara qarşı təzyiqlərə cavab olaraq Çinə sanksiyalar tətbiq edib.

Ozamankı Avropa Parlamenti Çinlə ticarət əlaqələrini dərinləşdirmək məqsədilə hazırlanmış Aİ-Çin Hərtərəfli İnvestisiya Sazişinin (CAI) təsdiqini dayandırıb.

Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr barədə ilk məlumatı Almaniyanın gündəlik "Süddeutsche Zeitung" qəzeti yayıb. Bu, hər iki tərəfin Tramp administrasiyasının təzyiqlər altında olduğu bir vaxtda baş verir.

Eyni zamanda, iyulda Aİ və Çin Pekində sammit keçirməyə hazırlaşır.

"Əhəmiyyətli yaxınlaşma şansı zəifdir"
AzadlıqRadiosuna anonim danışan Aİ rəsmisi bildirib ki, "sanksiyaların aradan qaldırılması üzərində işlədiyimiz doğrudur".

Lakin Aİ rəsmisi əlavə edib ki, bu addım "heç bir ticarət razılaşması əldə etmək məqsədi daşımır" və Çinlə Hərtərəfli İnvestisiya Sazişi 2021-ci ildə Çin avropalı deputatlara sanksiya tətbiq etməzdən əvvəl maneələrlə üzləşmişdi.

Onun sözlərinə görə, Pekinlə danışıqlar bir neçə aydır ki, davam edir və bu danışıqlar Tramp tərəfindən tətbiq edilən tariflərdən əvvəl başlanıb.

"Rhodium Group" konsaltinq şirkətinin baş məsləhətçisi Noa Barkin deyir ki, Pekin sanksiyaların ləğvindən Brüssellə ticarət əlaqələrini gücləndirmək üçün istifadə etmək istəyir. Ukraynaya qarşı müharibədə Çinin Rusiyaya dəstəyi ilə bağlı Pekin sərt tənqidlərlə üzləşib. Həmçinin Avropa Komissiyası uzun illərdir ki, Çin şirkətləri və hökumətin ticarət siyasətini dərindən araşdırır.

Aprelin 23-də N.Barkin Aİ rəsmilərinə istinadən bloqunda yazıb: "Çin sanksiyaların ləğvinin CAI-nin canlanmasına gətirib çıxaracağına, Pekin və Brüsselin prezident Trampın başlatdığı qlobal ticarət müharibəsinin təzyiqi altında olduğu vaxtda Aİ-Çin əməkdaşlığı haqqında güclü siqnal göndərəcəyinə ümid edir".

Barkin əlavə edib ki, Çin tərəfindən bu gözləntilərə baxmayaraq, "Aİ ilə Çin arasında əhəmiyyətli bir yaxınlaşma şansı zəifdir".

Aİ-nin Çin qurumlarına tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq. Eyni zamanda, Çinin 2021-ci ildə hədəf aldığı bütün parlamentarilərin və Avropa qurumlarının qara siyahısından çıxarılacağı da hələ bəlli deyil.

Çinin qara siyahısında Aİ-yə bağlı iki komitə, Avropa Parlamentinin bir neçə deputatı, "Mercator" Çin Araşdırmaları İnstitutu, Demokratiyaların Alyansı Fondu, Çin və Sincanla bağlı tədqiqat aparan iki akademik yer alır.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib
25 Aprel 2025 İlham Əliyev Firidun Sinirlioğlunu qəbul etdiFOTO

Dünyapress TV

Xəbər lenti