Yerdən göyə qədər tərəfdaşlıq... -
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinin ikinci günü ÇXR sədri Si Cinpinlə görüşüb. Geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüşdə müxtəlif sahələr üzrə əməkdaşlığı əhatə edən memorandumlar, digər dövlətlərarası sənədlər imzalanıb.

Qeyd edək ki, Çin Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir, 2024-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 3.8 milyard dollar olub. Müqayisə üçün qeyd edək ki, həmin il ABŞ və Azərbaycanın ticarəti 1.7 milyard dollara çatmayıb. Çin Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya, Türkiyə və Rusiyadan sonra gəlir, iki ölkə arasında ticarətin həcmi sürətlə artır. Bu rəqəmlər əsasən Çinin Azərbaycana artan idxalı hesabına böyüyür.

İkitərəfli əlaqələrin yaxın dövrünə nəzərə yetirdikdə, ötən il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" imzalanıb. Həmin vaxt da Prezident İ.Əliyev Çinə səfər etmişdi. Eyni zamanda, Azərbaycan rəsmiləri Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəklədiklərini açıqlayıblar. Çin hökumətinin 2013-cü ildə qəbul etdiyi həmin layihə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədi daşıyan infrastruktur inkişafı strategiyasıdır.

Aprelin 23-də Pekində imzalanmış birgə bəyanatda qeyd olunur ki, Azərbaycan və Çin arasında münasibətlər “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilib. Bəyanatda tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə sadiqliklərini vurğulayıblar.

Tərəflər, həmçinin, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığı dərinləşdirmək, nəqliyyat-logistika və enerji sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər.

Daha sonra ölkə başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini Azərbaycana səfərə dəvət edib.

ÇXR sədri Si Cinpin də öz növbəsində Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib.

Bundan əlavə, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalanıb. Bunlar arasında aşağıdakılar var:

Vizaların qarşılıqlı ləğvi, humanitar minatəmizləmə, cinayət işləri üzrə hüquqi yardım və texniki-iqtisadi əməkdaşlıq sazişləri;

Elm, təhsil, texnologiya, ədliyyə, mədəniyyət, əqli mülkiyyət, kosmik əməkdaşlıq, enerji, yaşıl inkişaf, sənaye, nəqliyyat, rəqəmsal iqtisadiyyat və ticarət sahələrində Anlaşma Memorandumları;

Media və informasiya agentlikləri arasında əməkdaşlıq, o cümlədən AZƏRTAC və Sinxua, eləcə də AzTV və Çin Media Qrupu arasında sazişlər;

Naxçıvan və Urumçi şəhərləri arasında qardaşlaşma münasibətləri qurulmasına dair niyyət məktubu.

Bu sənədlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsini və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyətini və Bakının gözləntilərini şərh edən politoloq Fərhad Məmmədov səfəri ABŞ ilə Çin arasında artan tarif müharibəsi fonunda mühüm hadisə kimi dəyərləndirib. Ekspert qeyd edir ki, bu səfər çoxşaxəli əməkdaşlığın dərinləşməsi və Azərbaycanın qlobal proseslərdə müstəqil mövqeyini qoruması baxımından önəmlidir. F.Məmmədova görə, keçmiş illərdə imzalanan strateji tərəfdaşlıq sənədləri siyasi, iqtisadi, nəqliyyat və texnologiya sahələrini əhatə edir. Onun sözlərinə görə, Bakı və Pekin arasında bərpa olunan enerji, texnologiya və birgə istehsalat sahələrində əməkdaşlıq genişlənməkdədir.

Ekspert deyib ki, Azərbaycanın əsas gözləntiləri bunlardır:

“Çindən investisiyaların cəlb olunması,

Texnologiya transferi,

Yüklərin tranzit həcminin artırılması”.

Politoloq vurğulayır ki, Çinlə danışıqlar çətin olsa da, dünya ticarətindəki dəyişikliklər və ABŞ-Çin qarşıdurması Pekinin mövcud yanaşmalarına təsir edə bilər: “Azərbaycan bu proseslərdə neytral və etibarlı tərəfdaş kimi çıxış edir və münaqişələrdən kənarda qalmaqla öz infrastruktur imkanlarını təqdim edir. Ölkə Şanxay Əməkdaşlıq Təşkilatı daxilində də rolunu artırır və Çinlə münasibətlərini üçüncü ölkələrdən asılı olmadan qurmaq istəyir”.

Ekspertin fikrincə, Çin gələcəkdə də əsas güc mərkəzlərindən biri olacaq, ona görə də Pekinlə yüksək səviyyəli münasibətlər Azərbaycan üçün vacibdir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı imzalanan yeni Anlaşma Memorandumuna diqqət çəkib. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycan üçün böyük əhəmiyyət daşıyır və ölkənin qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından vacib addım sayılır.

Yüksək dəqiqlikli peyk antenaları quraşdırılması,

Rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər sahələrində əməkdaşlıq edib.

Yeni anlaşma nəticəsində Azərbaycan:

Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevrilə bilər,

“Tier 4” sertifikatlı teleportu ilə qlobal peyk operatorları üçün etibarlı hostinq mərkəzi ola bilər”.

Ekspert hesab edir ki, eyni zamanda risklər də var:

“Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq, amma Çin və İsrailin geosiyasi maraqları fərqlidir.

Hər iki ölkənin texnologiyalarının eyni teleportda istifadəsi risklər yarada bilər”.

O.Gündüz yekunda vurğulayır ki, Azərbaycan bu əməkdaşlıqları balanslı və neytral şəkildə idarə etməyə çalışır və Çinlə əldə olunan razılaşmalar ölkənin qlobal kosmos oyunçusuna çevrilməsinə xidmət edir.

Pressklub.az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti