b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_c9e8d548c43b53a9c052da393bc770c3.jpg
  

İsrailin nüfuzlu “Maariv” nəşrində dərc olunan geniş təhlildə Azərbaycanın bölgədə artan nüfuzu, strateji mövqeyi və həm İsrail, həm də Türkiyə ilə qurduğu çoxvektorlu münasibətlər xüsusi vurğulanır.

Musavat.com xəbər verir ki, yazının müəllifi, siyasi təhlilçi Dr. Anat Xoxberq-Marom maraqlı məqamlardan yazıb. O, qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda öz gücünü yalnız enerji ixracatçısı olaraq deyil, həm də diplomatik, hərbi və strateji tərəfdaş kimi təsdiqləməkdədir.

Azərbaycan – İsrail və Türkiyə arasında vasitəçi

Məqalədə bildirilir ki, İranla həssas münasibətləri fonunda Azərbaycan dost ölkələr – İsrail və Türkiyə arasında vasitəçi qismində çıxış edir. Bu isə Bakıya həm siyasi dividendlər qazandırır, həm də bölgədə yeni diplomatik imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında qeyd edib ki, Türkiyə ilə İsrail arasında Suriyaya dair gərginliklər regional sabitliyə və Azərbaycanın maraqlarına zərbə vurur. Prezidentin fikrincə, Azərbaycan bu iki ölkə arasında əvvəlki – 2022-ci il barışıq prosesində olduğu kimi, bu dəfə də normallaşma səylərinə töhfə verməyə hazırdır.

Hazırkı danışıqlar, Suriyadakı hadisələr və bölgədəki gərginlik fonunda baş tutur. Türkiyənin Suriya daxilindəki hərbi mövcudluğunu gücləndirməsi və hava hücumundan müdafiə sistemlərini bərpa etməsi İsrail tərəfindən təhlükə kimi qəbul olunur. Bu səbəbdən Bakı tərəfindən aparılan vasitəçilik cəhdləri olduqca əhəmiyyətlidir.

BMT-dən Vaşinqtona qədər uzanan dəstək

Yazıda qeyd olunur ki, bu proseslərdə ABŞ prezidenti Donald Tramp administrasiyası da tərəflər arasında dialoq mexanizmlərinin qurulmasını və gərginliyin artmasının qarşısının alınmasını dəstəkləyir. Əgər bu səylər uğurlu alınarsa, Bakı, Ankara və Qüds üçbucağında təhlükəsizlik və sabitlik bərqərar ola bilər. Azərbaycan həmçinin bu yolla öz beynəlxalq mövqelərini gücləndirə, Avrasiya və Cənubi Qafqazda strateji gücə çevrilə bilər.

“Real siyasət” və balanslaşdırılmış mövqe

Azərbaycan Türkiyə ilə dərin tarixi və mədəni bağlara malikdir (iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 6,13 milyard dollara çatıb). Bununla yanaşı, Bakı İsrailə qarşı da loyal və strateji yanaşma nümayiş etdirir – hər iki ölkə ilə eyni vaxtda sıx əməkdaşlıq qurub. Azərbaycanın İsrailə ixracı 2021-ci ildə 898 milyon dollara çatıb ki, bu da ərəb ölkələrinə ümumi ixracdan çoxdur (801,6 milyon dollar).

SOCAR-ın İsrailin Tamar qaz yatağında 10% paya sahib olması, Azərbaycanın Aralıq dənizi enerji bazarında da təsirini artırmaq niyyətində olduğunu göstərir.

Yazıda qeyd olunur ki, Bakı İsraili həm neftlə təmin edir, həm də müdafiə sənayesində əsas müştərilərindən biridir. 2018-2022-ci illər arasında İsrailin hərbi ixracının 9%-i Azərbaycana yönəlib. Azərbaycan İsraildən pilotsuz uçuş aparatları, radar sistemləri və rabitə texnologiyaları alır.

İranla münasibətlər – gərgin, lakin praqmatik

Yazıda Azərbaycanın İranla münasibətlərinin mürəkkəbliyi də əhatə olunur. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 580 milyon dollar olsa da, münasibətlər gərgin olaraq qalır. Bunun əsas səbəbləri sırasında İranın Ermənistanı dəstəkləməsi və İsrailə qarşı düşmən siyasətinin davam etməsi göstərilir. Bu ilin əvvəlində Azərbaycan ərazisindəki yəhudi icmasının liderinə qarşı İran tərəfindən hazırlanmış sui-qəsdin qarşısının alınması da bu fonu daha da kəskinləşdirib.

Azərbaycanın strateji kursu

“Maariv” yazır ki, Bakı qarşısında duran təzyiqlərə və qarşılıqlı maraqlara baxmayaraq, məharətlə tarazlaşdırılmış siyasət yeridir. Azərbaycan nə Türkiyə ilə İsrail arasında köklü problemləri tam həll edə, nə də İsrail-Fələstin münaqişəsinə son qoya bilər. Amma bu gərginliklərdən mövqeyini gücləndirmək, ticarət əlaqələrini genişləndirmək və iqtisadiyyatını şaxələndirmək üçün maksimum istifadə edə bilər.

Azərbaycan bir tərəfdən Türkiyə ilə enerji əlaqələrini dərinləşdirməyə, digər tərəfdən İsraildən texnoloji və hərbi dəstək almağa çalışır. Eyni zamanda, ABŞ ilə strateji əməkdaşlığı möhkəmləndirməyə və “Əbrahim sazişləri”nə qoşulmağa can atır.

Musavat.com-a görə, “Maariv” qəzetinin gəldiyi nəticə belədir: Azərbaycan artıq sadəcə neft və qaz ixracatçısı deyil. Qafqazın kralı kimi, Bakı öz diplomatik çevikliyi, güclü iqtisadi dayaqları və balanslaşdırılmış siyasəti ilə Avrasiya və Yaxın Şərqdə söz sahibi olan əsas aktora çevrilmək yolundadır.

Qeyd: bu məqalə İsrailin “Maariv” qəzetində dərc olunmuş Dr. Anat Xoxberq-Maromun müəllifi olduğu yazının Azərbaycan dilinə uyğunlaşdırılmış geniş tərcüməsidir.

Musavat.com

 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti