NÖVBƏTİ BLEF, YOXSA İRANA REAL HÜCUM PLANI? –
Namiq Bilal

ABŞ-nin İranla bağlı planlarında iki prioritet məsələ var. Bunlardan birincisi İslam Respublikasının nüvə potensialının məhv edilməsidir. Burda Ağ Evin geri addım atması mümkünsüzdür. İkinci prioritet məsələ isə molla rejiminin ayaqda saxlanmasıdır.

İlk baxışda ziddiyyətli görünür. Lakin ABŞ-nin və onun yanındakı İsrailin bu günə qədər reallaşdırdıqları Böyük Orta Doğu siyasəti ziddiyyətli kimi görünən bu iki xəttin yan-yana aparılmasıdır. Yol xeyli uzun oldu, amma sonuna yaxınlaşılır. Çoxdan gözlənilən qaynar hesablaşma gününün doğuracağı nəticələri hesablamaq üçün tərəflərin hansı qırmızı xəttlərinin olduğunu araşdırmağa çalışaq.

ABŞ - İsrail cütlüyü üçün qırmızı xətt İranın nüvə silahına sahib olmasıdır. Buna əsla imkan verməyəcəklər. İranın nüvə silahına sahib olması Birləşmiş Ştatların on illər boyunca qurduğu Böyük Orta Doğu arxitekturasını və İsrailin təhlükəsizliyi məsələsini darmadağın edərdi. İran atom bombası yaradacaqsa, Türkiyə və Səudiyyə Ərabistanı da avtomatik olaraq nüvə silahı əldə edəcəklər. Bir anlığa təsəvvür edək: İranın, Türkiyənin və Səudiyyə Ərabistanının əlində atom bombası var. Belə şəraitdə ABŞ - İsrail tandeminin Orta Doğudakı strateji üstünlüyündən söhbət belə gedə bilməz.

Yuxarıda deyildiyi kimi, ABŞ üçün İranla bağlı ikinci prioritet məsələ fars-molla rejiminin hakimiyyətdə qalmasıdır. Birləşmiş Ştatlar üçün fars rejimli İran iki mühüm funksiyanı yerinə yetirib. Bunlardan birincisi məzhəb düşmənçiliyi və İran - İsrail düşmənçiliyi üzərində qurulmuş idarə olunan konfliktlərdir. Bu kontrollu konfliktlər vasitəsi ilə Ağ Ev Böyük Orta Doğunu on illər boyunca bölüb və öz nəzarətində saxlayıb. İkinci mühüm funksiya isə odur ki, fars rejimli İran böyük Türk dünyasına qarşı ˝protivoves˝ rolunu oynayır. Türk dünyasını buxovlamaq üçün Qərb bu funksiyadan əsrlər boyu yararlanıb.

Qayıdaq molla rejiminin ABŞ ilə münasibətlərindəki qırmızı cizgiyə. Rəsmi Tehranın ən böyük qorxusu İranda iç toqquşmaların vüsət alması və dövlətin parçalanmasıdır. Bu məsələdə əsas təhlükə İran türklərindən gəlir. Son günlərin Urmiya hadisələri İrandakı türk faktorunun fars rejimi üçün nə qədər təhlükəli olduğunu bir daha aşkar şəkildə göstərdi. Çeşidli kəşfiyyat qurumlarının açıqladığı məlumatlara görə, fars rejimi nüvə bombası yaratmanın bir addımlığındadır. Deməli, manevr üçün əlavə vaxt yoxdur, İran nüvə silahı yaratmaqdan və raket texnologiyalarını inkişaf etdirməkdən vaz keçməsə, nüvə potensialı ağır bombalarla məhv ediləcək.

Planı həyata keçirmək üçün Pentaqon real hazırlıq işlərinə start verib. Hind okeanında, İrandan 4 min km məsafədə yerləşən və İngiltərənin nəzrətində olan Diyeqo Qarsiya adasına çox böyük ölçüdə silah-sürsat yığılır. Adaya yeraltı obyektləri dağıda bilən xüsusi bombalar və ağır bombardman təyyarələri yerləşdirilir.

Sual yarana bilər: ABŞ-nin Orta Doğu ölkələrində çox sayda hərbi bazası olduğu halda əməliyyatlar nə üçün belə uzaq adadan aparılacq?

Cavab sadədir. Tehranın cavab zərbələrindən ehtiyyat edən Orta Doğu ölkələri öz ərazilərindəki bazalardan İrana zərbə endirilməsinə izn vermirlər. Diyeqo Qarsiya detalı ABŞ-nin İranla bağlı planlarının gerçəkliyini göstərən faktor kimi nəzərdən keçirilə bilər.

Tərəflərin qırmızı cizgiləri bilinirsə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini də təxmin etmək olar. ABŞ real müharibə hazırlığı başladaraq öz qırmızı xəttindən geri addım atmayacağını göstərir. Birləşmiş Ştatlar üçün maksimum plan İranın nüvə potensialını yox etmək və fars rejimini hakimiyyətdə saxlamaqdır. İran üçünsə maksimum plan, nüvə potensialı da daxil, bütün hərbi strukturunu qoruyub saxlamaq, ölkəni iç toqquşmalardan və parçalanmaqdan qorunmaqdır.

Ağ Ev stavkasını edib, top İran tərəfdədir. Fars rejimi öz hərbi obyektlərinin vurulması halında İsraili və ABŞ-nin regiondakı bazalarını sərt şəkildə vürmaqla hədələyir. Bu, molla rejiminin blefidir. Belə ki, fars rejimi ABŞ bazalarını və İsraili həqiqətən vurarsa, qarşı tərəfin zərbələri yalnız nüvə obyektləri ilə məhdudlaşmayacq, İranın neft-qaz sənayesi başda olmaqla bütün infrastruktur obyektləri, həkimiyyət quruluşları və.s. çox ağır bombardmanlara məruz qalacaq. Həmin obyektlər yer altında gizlədilməyib, onları yerlə yeksan etmək üçün adi aviabombalar da yetərlidir. Belə ağır bombalama nə fars hakimiyyətinə, nə də İran adlı dövlətin bütöv qlmasına şans tanımaz.

Bu gün ABŞ və İran arasında bir sinir müharibəsi gedir. Tərəflər gərginliyi ən yüksək həddə qaldırırlar. Lakin fars rejimi Ağ Evin bombalama qərarının real olduğunu gördüyü anda, böyük ehtimalla, danışıq masasına oturacaq. İran qarşısında qoyulan şərtlər çox ağır və alçaldıcıdır. Ölkə həm nüvə silahı potensialından, həm də raket texnologiyalarından imtina etməlidir. Tehran gərginliyi o həddə qədər artırıb ki, təslimçi danışıqlar masasına oturması molla rejiminin ˝qorxudulduğu və sındırıldığı˝ anlamına gələcək. Bu səbədən, nisbətən daha kiçik ehtimal kimi, fars rejiminin bu texnologiyalardan imtina etməyəcəyi versiyası da nəzərdən keçirilməlidir.

İran məğlubiyyət masasına oturmayacaqsa, ABŞ İranın nüvə potensialına zərbələr endirəcək. Həmin zərbələrin nə dərəcədə effektli olacağı bilinmir. İstənilən halda molla rejimi nə İsrailə, nə də ABŞ-nin regiondakı bazalarına öldürücü zərbələr endirməyəcək. Çünki belə zərbələrin fars rejimi və İranın bütövlüyü üçün ölüm hökmü olduğunu rəsmi Tehran çoxdan hesaba alıb.

Nüvə potensialının məhv edilməsi isə fars rejiminin və İranın bütövlüyünün məhv edilməsi demək deyil.

azpolitika.info
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti