BMT İranı və ABŞ-ni dialoqa çağırıb
BMT İranı və ABŞ-ni dialoqa çağırıb. “Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, BMT bütün tərəflərin ritorikanı azaltmasını istəyir: “BMT nizamnaməsi üzv dövlətləri bütün mübahisələri diplomatik yollarla həll etməyə təşviq etmək baxımından çox açıqdır. Dünyanın bu regionu ilə bağlı hər kəsi gərginliyi artıran ritorikadan çəkinməyə çağırırıq. Həqiqi diplomatik dialoqa qayıtmaq mümkündür”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı təhdid edib. Tramp ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid, ABŞ-nin Hind okeanında yerləşən strateji bazaya B-2 “stealth” bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr, Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib.

Tramp qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, ABŞ onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün iki aylıq müddət çərçivəsinə salıb.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər ABŞ Prezidenti Donald Trampın Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti