“PKK diplomatik yolla bitə bilməz, indi onun əsl lideri bu şəxsdir... "
PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışını dəstəkləyib.

"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Bəs PKK-nın diplomatik həllə meyillənməsi realdırmı, yoxsa bu, vaxt qazanmaq üçün taktiki addımdır?

Politoloq Zeynal Əmrəliyev mövzunu bu cür şərh edib:

"PKK diplomatik yolla bitə bilməz. Bu adamları bağışlasalar onların məclisə yolu açılacaq. Leyla Zana, Pərvin Buldanı qəbul etmək olmur, digərləri necə qəbul ediləcək? Əgər bu məsələ siyasi müstəvidə qəbul ediləcəkdisə niyə Səlahəddin Demirtaşa həbsdədir? Niyə Demokratik Toplum Partiyası, Barış və Demokratiya Partiyası kimi siyasi kürd partiyalarının fəaliyyətinə qadağa qoyuldu? Öcalanın sağında əyləşmiş Ahmet Türkə baxın, adam hər bələdiyyə seçkilərində Mardin Böyükşəhər Bələdiyyəsinin sədri seçilir, sonra hökumət onun sədrliyini PKK ilə yaxınlıq səbəbindən ləğv edir, yerinə qəyyum təyin edir. PKK - nın siyasi yolla bitirilməsi xülyadan başqa bir şey deyil. İdeoloji olaraq zərbə vurulması da boş söhbətdir. PKK kənar dövlətlər və Türkiyənin şərqində formalaşmış feodal tayfa qruplarının hökumətə təzyiq vasitəsi kimi istifadə etdiyi, maddiyyat üzərində fəaliyyətini davam etdirən silahlı qrupdur.

21 mart 2013 - cü ildə Diyarbəkirdə Novruz mərasimində Abdullah Öcalanın məktubu oxunmuşdur. Məktubda PKK Türkiyə sərhədlərini tərk etmək çağırışı edilirdi. Həmən ilin 25 aprelində təşkilatın faktiki lideri Murad Karayılan jurnalistlərlə böyük bir mətbuat konfransı keçirir və 8 maydan etibarən geri çəkiləcəklərini bildirir. 26 iyunda Ərdoğan Türkiyə Ziyalılar Fondunun üzvləri ilə Baş Nazirlik binasındakı görüşündə PKK - nın onları aldatdığını, sadəcə 15 faizinin geri çəkildiyini bildirir. PKK isə 9 sentyabrda geri çəkilməni dayandırır. Bundan sonra PKK - nın liderlərindən olan Cəmil Bayık verdiyi açıqlamada "Öcalan orda çarmıxa çəkilmiş vəziyyətdədir. Onun hansısa plan qurmaq, danışıq aparmaq gücü yoxdur. Onun hər hərəkəti, danışığı, sözü kamera vasitəsi ilə izlənilir. Əgər olan qurulacaqsa bunu biz edəcəyik, Öcalan deyil" şəklində açıqlama vermişdir".

Politoloqun fikrincə, kürdlər içində Öcalanın nüfuzu, böyük gücü olsa da, ona əsir kimi baxırlar:

"Öcalan öz siyasi varlığını sonlandırıb, tarix olub. Artıq Abdullah Öcalan yoxdur. PKK üçün o, ölü kimi bir şeydir. Onun şəxsiyyətinə hörmət edirlər, onun haqqında əfsanəvi rəvayətlər danışırlar, lakin tarixi şəxsiyyət kimi baxırlar. 26 ildir həbsdə olan birinin sözünə heç kim etibar etməz. Bir kürd siyasi hərəkatı var, bu gerçəyi heç kim dəyişdirə bilməz, açıq etiraf edək, onun rəhbəri Abdullah Öcalan deyil, onun rəhbəri hazırda həbsdə olan Səlahəddin Demirtaşdır. 2019 - cu ili xatırlayın, Əkrəm İmamoğlu İstanbulu necə qazandı? Əgər PKK siyasi səhnəyə dönərsə bu Demirtaşın gücünə güc qatacaq.

Ümumiyyətlə, Türkiyənin siyasi həyatında bundan sonrakı rolu Hakan Fidan və Əkrəm İmamoğlu, müəyyən qədər də Fateh Ərbakan və Səlahəddin Demirtaş kimi şəxslər oynayacaqlar. Bu 4 şəxsi ciddi şəkildə izləmək lazımdır". \\Musavat.com
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti