Tramp: "ABŞ Rusiya ilə bir neçə saziş imzalamağa çalışır"
"Biz Rusiya ilə iqtisadi inkişafla bağlı bir sıra sazişlər bağlamağa çalışırıq. Rusiyada bizə lazım olan nadir metallar var".

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla danışıqlardan sonra bəyan edib.

O, bildirib ki, tezliklə Putinlə görüşəcək.

"Əgər hər şey yoluna düşsə, Moskvaya gələcəyəm. 9 May üçün hələ çox erkəndir. Amma tezliklə Putinlə görüşəcəyəm. Mən Ukraynaya heç kimin kömək etmədiyi qədər kömək edirəm. Biz Ukraynadakı müharibəni bir neçə həftə ərzində bitirə bilərik", - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp bildirib ki, Avropa qoşunlarının Ukraynaya sülhməramlı kimi göndərilməsində heç bir problem görmür. O, Kiyevin öz torpaqlarının bir hissəsini geri ala biləcəyinə ümid etdiyini bildirib.

Trampa görə, Ukraynadakı müharibə üçüncü dünya müharibəsinə çevrilə bilər və ABŞ belə bir nəticənin qarşısını almaq niyyətindədir.

Öz növbəsində, Makron da Avropa dövlətləri tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini mümkün hesab edib.

"Avropa Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır. Lakin dondurulmuş Rusiya aktivlərinə əl qoymaq mümkün deyil, çünki bu beynəlxalq hüququ pozur. Qoşunların göndərilməsi üçün plan hazırlanıb. Onların mütləq cəbhə xəttində yerləşməsi vacib deyil, onlar təhlükəsizlik zəmanəti kimi prosesdə iştirak edəcəklər", - Makron qeyd edib.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti