Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb. Tramp administrasiyasının Ukrayna məsələsində Putinlə danışıqlara başlaması və ABŞ-Avropa münasibətlərindəki gərginlik regional proseslərə təsir göstərir.
ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə yeni siyasi xətt müəyyən olunub.
Tramp seçki kampaniyası zaman “hər şey Amerika üçün və ya ən güclü Amerika” şüarları ilə hakimiyyətə gəldi. Ona görə bu istiqamətdə addımlar atır. Hətta Amerikanın bu zamana kimi əsas müttəfiqi olan Avropa İttifaqı ölkələrini təhdid edir, onlarla iqtisadi savaşa girə biləcəyini göstərir.

Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də Cozef Bayden və Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Münxen Təhlükəsizlik konfransında ABŞ vitse-prezidentinin çıxışı bütün Qərb dünya və elita üçün “soyuq duş” oldu. Görünən odur ki, ABŞ və Avropa İttifaqının strateji hədəfləri artıq ayrılıb. On ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Moskva az qala qalib tərəf kimi göstərilir. Artıq XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək. Mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər.

Trampa kimi Rusiyanın təsirindən qurtaran və çıxmaq istəyən ölkələrə ABŞ dəstək verirdi.
Amma Tramp açıq şəkildə elan edir ki, hərə öz başının çarəsinə baxsın.
Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ müzakirələri fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı məqamdan yararlanmaq istəyir. Böyük Britaniya quru qoşunlarının Ukraynaya yerlşdirməyə hazır olduğunu bildirir. Bu, Londonun Avropa İttifaqının Ukraynaya dəstək mövzusunda konsensus yaratmaq üçün səylərinin bir hissəsidir.
Parisdə Avropa İttifaqının keçirdiyi iclas Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ danışıqlarına bir gün əvvəldən verilən kəskin reaksiya idi.
Avropa qitəsinin nüvə gücləri olan Böyük Britaniya və Fransa ABŞ ilə fikir ayrılıqları fonunda öz səylərini birləşdirməyə çalışırlar.

ABŞ və Avropa İttifaqı arasında qarşıdurmanın durmadan artması, Donald Trampın açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir. Artıq qlobal media Rusiya-Ukrayna savaşından daha çox ABŞ-Avropa qarşıdurmasını müzakirə edir.
Rusiya ilə ABŞ-nin Ukraynasız müzakirələr aparması Avropa İttifaqını ona görə narahat edir ki, o, Vaşinqtonun Rusiyaya güzəşt sahəsi tanıyacağından ehtiyatlanır.
Avropa İttifaqının narahatlıqlarının Cənubi Qafqazla əlaqədar hissələri də var. Çünki Donald Tramp Cənubi Qafqazı Rusiyanın təsir zonasına salsa, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının varlığı da təhlükə altına düşəcək.

Politoloq Azər Qasımov isə "Sherg.az" a açıqlamasında deyib ki, Trampın Kiyev adminstrasiyasına təzyiqlərinin əsas məqsədi Ukraynanın məğlubiyyətində ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçmaq cəhdidir:

"Ukraynanın Rusiya ilə müharibədə məğlub olması, yəni indiki şərtlər altında müharibənin başa çatması durumunda yaranacaq Rusiyanın qələbəsi fonunda ABŞ və Avropa İttifaqı, eləcə də Ramştayn formatı ölkələrinin də məğlub hesab edilməsi qaçılmaz olacaq. Təbii ki, Rusiya bunu belə təqdim edəcək. Tramp da özünü Rusiyanın yanında göstərərək bu məğlubiyyətin onlara da şamil edilməsindən kənar dayanmaq istəyir.
Amma Aİ buna istəsə belə razı ola bilməz. Çünki bu Avropanın təməl prinsiplərinə ziddir. Rusiyanın qələbəsi kimi qələmə verilən bir durum Avropanın bütün dəyərlərini yox edər, daha doğrusu yerdə qalan dünyanın bu dəyərlərə olan münasibətini yox edər. Bu da Avropanın cazibədarlığının sonu olar. Avropa heç kim üçün maraqlı olmaz. Odur ki, Avropa öz dəyərləri uğrunda artıq ABŞ-ın yoxluğunda bilavasitə özü Ukraynada Rusiyaya qarşı müharibə aparmağa məcburdur. Bu, Avropa üçün tək çıxış yoludur".

Politoliqun fikrincə ABŞ-ın kənara çəkilməsi əslində yaxşı tendensiyadır: "Bu dünyada digər oyunçuların irəli çıxmasına şərait yaradacaq. Dünya düzəninin yeni istiqamətdə getməsinə səbəb olacaq. Burda Türkiyə və Çinin ABŞ-ın boşluğunu doldurmaq ehtimalları güclüdür. Hesab edirəm ki, Türkiyənin son addımları da buna hesablanıb. Türkiyənin sanksiyalara qoşulmamaqla Rusiyanın bu günə kimi ayaqda qalmasında rolu böyükdür. Amma indiki məqamda qarşı cəbhəyə keçmək görüntüsünün altında da məhz durumdan istifadə edib daha böyük oynamaq istəyidir".
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti