YAP NÖVBƏDƏNKƏNAR SEÇKİ QƏRARI VERDİ
Bir qədər əvvəl başlayan Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası yekunlaşıb. YAP-dakı mənbələrdən “AzPolitika”-ya verilən məlumata görə, iclasda, gözlənildiyi kimi, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.

YAP- ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.

Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.

Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.

***

Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilir. Bu barədə “AzPolitika”-ya iqtidar partiyasındakı mənbə məlumat verib.

Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin müzakirə olunduğu ehtimal edilir.

Partiyanın qərarı əsasında YAP-dan olan deputatların növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir.

Bölmənin digər xəbərləri

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək

Dünyapress TV

Xəbər lenti