İmza atmadı, çıxışdan imtina etdi: Qriqoryan nədən qorxdu?
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsçevrədə keçirilən Ukrayna sülh sammitinə qatılması Rusiyanın kəskin reaksiyası ilə qarşılanmışdı.

Axar.az xəbər verir ki, Ermənistanın bu addımı Rusiyaya qarşı açıq demarş kimi qəbul olundu və rəsmi İrəvanın KTMT-dən çıxacağı ilə bağlı müzakirələr də genişləndi. Xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti məntiqi addımın KTMT-dən çıxmaq olacağını bildirməsindən sonra artıq 2024-cü ilin sonuna qədər prosesin yekunlaşacağı ehtimalı yarandı.

Ancaq Ukrayna sülh sammitinə qatılan 91 ölkə və 8 təşkilatdan 80 ölkə və 4 təşkilat yekun bəyanatı imzalamadı. Bəyanatı imzalamayanlar içərisində Ermənistan da var.

Daha bir məlumat isə Armen Qriqoryanın sammitdə çıxış etməməsidir. Qərb mediasının məlumatına görə, ona çıxış imkanı yaradılıb, lakin Qriqoryan son anda çıxışdan imtina edib.

Qriqoryan sammitdə yalnız Ukrayna XİN rəhbəri Dmitri Kuleba və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşü ilə yadda qalıb.

Maraqlıdır, Qriqoryanı yekun bəyanata imza atmaqdan və çıxışdan imtina etdirən səbəb nədir?

Bəzi avropalı analitiklər Ermənistan nümayəndəsinin son anda geri çəkilməsinin səbəbini Rusiyadan İrəvana qarşı artan kəskin ritorika ilə izah edirlər. Hətta rus politoloqların Rusiyanın Ermənistana hərbi müdaxilə edə biləcəyi haqda hədəsinin də təsadüf olmadığı iddiası mövcuddur.

Görünür, Rusiya ən təhlükəli ssenari haqda İrəvana müxtəlif kanallar vasitəsilə qəti xəbərdarlığını edib.
 

Bölmənin digər xəbərləri

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək

Dünyapress TV

Xəbər lenti